Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu


Süfrəmizdəki loxmalar hamısı halaldır



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə40/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   176

 

121 


Süfrəmizdəki loxmalar hamısı halaldır, 

Yeyənlərə nur olur, çörəyimiz, aĢımız! 

BektaĢilkdə  hər  Ģeyin  təməlində  əxlaq  və  bilginin  olması 

zəruri  sayılır  və  belə  deyilir:  “Ġslamın  təməli  gözəl  əxlaqdır. 

Əxlaqın təməli bilgidir, bilginin özü ağıldır”. 

Ġnsanın  mərifət,  ədəb  əxlaq  sahibi  olması  üçün  isə  daim 

oxuyub öyrənməsi tövsiyə edilir: 

“Daim  yaxĢını,  gözəli,  doğrunu  öyrənə  bilmək  üçün 

oxuyun və oxudun”. 

Mərifət günəĢə, ağıl aya, 

Elm ulduza bənzər, həm Aya 

Gün doğar, ay dolanar, elm oxunar. 

BektaĢilik maddə, cəhalət, nəfs və könül qaranlığına mübtəla 

olanların aydınlanma yolunu da göstərir: 

Maddə qaranlığı, ağıl nuru; 

Cəhalət qaranlığı, elm nuru

Nəfs qaranlığı, mərifət nuru; 

Könül qaranlığı, eĢq nuru ilə aydınlanır! 

BektaĢilik  baĢdan  baĢa  insana  hədsiz  sevgi  və  məhəbbətdir. 

BektaĢilərin bütün fikir və ideyalarında insana qayğı, insana sonsuz 

məhəbbət  durur.  “Yaradılanı  sev  yaradandan  ötrü”  ideyasından 

irəli gələrək BektaĢi müdrikliyində deyilir: 

“Allahını sevən bir insan bir kimsənin verdiyi üzüntüdən 

sıxılmaz  və  qırılmaz.  Cavan  mərd  odur  ki,  qırılmağa  dəyər 

kimsəni belə qırmaz!”. Bu fikridə insana nə qədər yüksək dəyər və 

qiymətin bariz nümunəsini görürük. 

BektaĢilik  ağlını,  təfəkkürünü  iĢlədən  düĢünən  insanı  tələb 

edir. Оna görə Hacı  BektaĢ Vəli deyir: “Ağılla  gedilməyən  yоlun 



sоnu  qaranlıqdır”.  Bu  cəhətdən  BektaĢilikdə  təlim  zamanı  fərdə 

bilik  verməzdən  əvvəl  оnun  düĢüncəsi,  təfəkkürü,  inkiĢaf  etdirilir. 

Müstəqil fikirləĢmək, düĢünmək, hiss etmək, duymaq, iradəni möh-

kəmləndirmək, nəfsə qalib gəlmək kimi keyfiyyətlər bilik vermədən 

öncə  öyrədilir.  BektaĢilər  buna  “Qabını  geniĢləndirmə”  deyirlər. 

BaĢqa  sözlə  öyrənmək  istəyən  Ģəхs  bilik  ala  biləcək,  idrak  edə 

biləcək səviyyəyə, müəyyən “hal”a gətirilir. 

BektaĢilik “Sərimi verrəm, sirrimi verməm!” deyərək, sirr 

saхlamağı,  “Ayıbları  örtücü  ol”  –  deyərək  baĢqasının  eybini 



 

122 


açmamağı, qüsurunu yaymamağı tövsiyə edir. 

Mərifətdir haqqı yaymaq; 

Xətir almaq¸ xətir saymaq! 

Sənə düĢməz könül qırmaq; 

Ġncinsən də incitmə sən. 

deyərək könül sındırmamağı, “Ağır baĢlı ol”- deyərək səbirli 

və  təmkinli  olmağı,  “Bir  olalım  iri  olalım,  diri  olalım!-  deyərək 

insanları  birliyə,  bərabərliyə  səfərbər  etməyi  öyüdləmiĢ,  “Kirləri 



arıtan  baxsana  suya/  Üzü  yerlərdə,  göydə  deyildir”-  deyərək 

insanları sadə, səmimi, təbii və təvazökar olmağa, “72 millətə eyni 



nəzərlə  bax”  -  deyərək  insanları  irqindən,  rəngindən,  dinindən, 

dilindən  asılı  olmayaraq  bir  birindən  ayırmamağa,  humanizmə, 

bəĢəri duyğulara, bütöv bir dünya insanı olmağa çağırmıĢdır. 

Hacı BektaĢ Vəli insanlara daim yaxĢılıq etməyi, həmiĢə yaxĢı 

əməl  sahibi  olmağı  öyüdləmiĢdir.  O  deyirdi:  “Mənim  üç  dostum 

vardır. Nə zaman ki, mən ölürəm birisi evdə qalır, birisi yolda 

qalır,  birisi  isə  mənimlə  bərabər  gəlir.  Evdə  qalan  mənim  ma-

lımdır, yolda qalan mənim yaxınlarım və ailə üzvlərimdir, mə-

nimlə gələn yaxĢılıqlarım və əməllərimdir”. 

Bu  müdrik  fikirlər  BektaĢi  mısralarından  belə  süzülüb 

gəlmiĢdir. 

Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı 

Oğlum, qızım, əqrabam, getdiyim yolda qaldı 

Dostlarımdan, birisi, məndən heç ayrılmadı 

Allah üçün yapdığım yaxĢılıqlar məndə qaldı. 

Bu  baxımdan  Hacı  BektaĢ  Vəli  insanlara  dünya  malına  sarı-

lanlara  heç  nə  əldə  etməyəcəklərini,  sonunda  onlara  həsrətlə  baxa-

caqlarını bildirir,  mal-mülk  toplamaq  əvəzinə  elm, bilik  toplamağı, 

mənəvi zənginliklərlə zənginləĢməyi tövsiyə edərək yazırdı: 

Dünyanın varlığına ey hirslə sarılanlar 

Yeməyib, gətirməyib, yük altında qalanlar, 

BaĢqasına qalırlar, həsrətlə toplananlar 

Həsrətlə ayrılırlar axirətə yollananlar. 

Bu fikirlərin davamı olaraq BektaĢilik insanoğlunun ən böyük 

bədbəxtçiliyinin də aĢağıdakılar olduğunu söyləyir: 

1.Mal, mülk və mövqe hərisliyi; 2) Yalançılıq və boğazına 

düĢkünlük; 3) Qeybət, xəyanət, haqqı inkar və ədəbsizlik. 



 

123 


Ġnsanoğlunun  xoĢbəxtliyinin  isə  aĢağıdakılar  olduğu  söylə-

nilir: 


1.  Doğru,  dürüst  olmalı;  2)  Gözəl  əməl  sahibi  olmalı;         

3)  Özünü  kamilləĢdirmək  üçün  göstərilən  səy;  4)  Haramdan 

uzaq durmalı; 5) Hal əhli ilə söhbət etmək. 

BeĢ ünsür də hər Ģeyin yazığı olduğunu göstərir: 

1.

 

GünəĢə  qarĢı  yanan  iĢıq;  2)  Görməyən  gözə  qarĢı 



gözəllik;  3)  Corat  torpağa  qarĢı  gözəl  yağmur;  4)  Qarnı  toxa 

qarĢı xoĢ bir yemək; 5) Axmağa qarĢı haqq sözü. 

BektaĢi  düĢüncəsinə  görə  hər  Ģey-  xoĢbəxtlik  də,  bədbəxtlik 

də,  insanın  “mələk”,  ya  “Ģeytan”  olması  da  öz  əlindədir,  hər  Ģey 

onun nüvəsində, kökündədir. Bu xüsusda BektaĢi belə deyir: 



Ararsan Mövlanı özündə ara 

Nə yerdə, nə göydə, nə masivanda 

Adəm də sənsən, Ģeytan da sənsən 

Pak eylərsən könlünü rəhman səndədir. 

BektaĢilikdə qadına, onun hüquqlarına, təhsil almasına böyük 

önəm  verilir,  “Qadın  təhsil  almalıdır”  deyilir  və  qadın  -  kiĢi 

bərabərliyinə xüsusi diqqət yetirilir: 



KiĢi qadın sorulmaz məhəbbətin dilində 

Haqqın yaratdığı hər Ģey yerli yerində 

Bizim nəzərimizdə qadın kiĢi fərqi yox 

Nöqsanlıq, əksiklik sənin görüĢündə! 

BektaĢilikdə insanın kamilləĢməsinə xüsusi önəm verilmiĢ və 

kamilliyə çatmağın da Ģərtləri müəyyənləĢdirilmiĢdir. Həmin Ģərtlə-

rə əməl edənlər – “MürĢidi-kamil” adlanır və ya “Ata” kimi müqəd-

dəs  ada  layiq  görülür.  “MürĢid”  və  “Ata”  haqqını  ala  bilmək  üçün 

aĢağıdakı Ģərtlərə əməl edilməlidir: 1) Bilik sahibi оlmalı və bütün 

davranıĢlarda  islam  qayda-qanunlarına  əməl  etməli;  2)  Batini  elmi 

anlamalı. (Ġnsanın öz daxili aləmi ilə özünü təkmilləĢdirmə ilə bağlı 

elm);  3)  Sakit  və  ağır  təbiətli  оlmalı;  4)  Səxavətli,  mərhəmətli  və 

comərd olmalı; 5) ġücaət sahibi olmalı (könlünü haqq-taalaya bağ-

lamalı); 6)Nəfsə uymamalı, Ģəhvət hisslərindən qorunmalı; 7) Dün-

yaya çox məhəbbət və ülfət etməməli, istəklərdən keçməli; 8) Kim-

səyə acı və zərər verməməli, hər zaman xeyirxah və yardımçı olma-

lı;  9)  YumĢaq  təbiətli,  əffedici  olmalı;  10)  Gözəl  əxlaq  və  mənə-

viyyat sahibi olmalı; 11) Özünə rəva bilmədiyini, baĢqasına da rəva 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə