Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə43/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   176

 

130 


cə də digər ġərq ölkələrinin məĢhur alim və Ģairlərinin adları tez-tez 

xatırlanır.  Bunlardan  Əbu  Əli  ibn  Sinanı,  Xaqanini,  Nizamini, 

Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, ġeyx Mahmud ġəbüs-

tərini, Əvhədi Marağalını və baĢqalarını göstərə bilərik. 

Nəsimi  “Bulunmaz”  rədifli  qəzəlində  insanlıqdan  danıĢarkən 

göstərir igidlik iddiasında olan kiĢi bunu əməli iĢində göstərməlidir. 

Sözü ilə əməli bir olmayan, hər çalma qoyan, amma xalqının iĢinə 

yaramayanları,  hünər,  mənsəb  sahiblərinin  insanlara  yardım 

etməməsini kiĢilik saymaq olmaz: 

Hər bihünər insafı yox, uĢ mənsəbi tutdu, 

Sahib hünərə mənsəbü idrar bulunmaz, 

Xəlqin əməli azdı, könül yıxıcı ögüĢ, 

Bir xəstə könül yapıcı memar bulunmaz. 

Yaradıcılığının  ilk  dövrlərində  Nəsimi  də  ustadı  Nəimi  kimi 

sufizm  mövqeyində  dayanmıĢ  və  tanınmıĢ  sufi  Ģeyxi  ġiblinin  təli-

mini davam etdirmiĢdir. Bu mərhələdə Ģair öz əsərlərini "Hüseyni", 

"Seyid  Hüseyni",  "Seyid"  təxəllüsləri  ilə  yazmıĢdır.  Lakin  X  əsrin 

sufi Ģairi Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi. 

Nəsimi  yaradıcılığının  mərkəzində  lirik  qəhrəmanın  aĢiq 

olduğu, onu yüksəldən, kamilləĢdirən və öz nuruna qərq edən gözəl 

Allah,  ilahi  eĢq  dayanır.  Ġnsan  üçün  ən  yüksək,  ülvi  duyğu  həmin 

sevgilinin  vüsalına  yetiĢmək,  ona  qovuĢmaq,  onda  əriyib  yox  ol-

maqdır. ġair yazır ki, eĢqi günah sayanların sözlərinə baxmayaraq, 

o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, hə-

qiqətə çatdıra bilər. Nəsiminin bu düĢüncələrini poetik tərzdə ifadə 

edən məĢhur Ģeir də bu fikri təsdiq edir: 



Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, 

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 

Ġnsanın  əxlaqi  keyfiyyətlərini  ürək  açan  keyfiyətlərini  ifadə 

etməklə bərabər, həmçinin insanı qəmgin edən rəzil əlamətlərini də 

Nəsimi öz Ģeirində belə ifadə etmiĢdir: 



Həyadır birisi, biri ədəbdir

Biri dəxi nədir: xövfi-qiyamət. 

 

Dəxi könlü edər üç nəsnə qəmgin, 

Qulaq ur kim, edəm sana hekayət. 

 


 

131 


Yaman qonĢu, yaman yoldaĢi-bədxu, 

Yaman övrət siyasətdir, siyasət. 

 

Nəsimi, sən yəqin əhli-nəzərsən, 

Bu üç nəsnəyi qıl kəndunə adət: 

 

Biri lütfü kərəm, həm xülqi-niku, 

Biri – heç kimsəyə baxma həqarət. 

 

Bu sözlər xoĢ nəsihətdür bilənə, 

Səadətdir, vəli eyni-səadət. 

Hürufilik təsəvvüf xətti ilə orta əsrlərin tərbiyə və təhsilində, 

pedaqoji fikrində, ədəbiyyatında öz qüvvətli təsirini buraxmıĢdır. 

 

 

4.9. Əxilikdə tərbiyə 

 

Əxilik qədim türk mədəniyyətinin bir qoludur. Türk toplumu-



nun dini, əxlaqi, mənəvi dəyərləri, fəlsəfəsi, sosial -iqtisadi anlayıĢı 

əxilikdə öz əksini tapmıĢdır. Əxiliyin məqsədi insanların dünya və 

axirətdə rahatlıq içində olmalarını təmin etmək və bununla bərabər 

Ġslam  adət  və  ənənələri  ilə  səsləĢən  kamil  insan  tipini  tərbiyə 

etməkdir.  Əxiliyin  bir  məqsədi  də  bu  olmuĢdur  ki,  zənginlə  kasıb, 

istehsalçı ilə istehlakçı, əməklə sərmayə, xalq ilə dövlət arasında sıx 

və sağlam əlaqələr quraraq “Sosial ədalət”i gerçəkləĢdirməkdir. 

Əxilik  dini-fəlsəfi  təlim  kimi  XII  əsrdə  Ġranda,  Anadoluda, 

Azərbaycanda  yayılmıĢ  və  insanların  təlim-tərbiyəsində,  dünyagö-

rüĢündə  böyük  rol  oynamıĢdır.  XII  əsrdə  Anadoluda  Əxiliyi  təĢki-

landıran, onu inkiĢaf etdirən “Əxi Evrən” adı ilə məĢhur olan azər-

baycanlı ġeyx Nəsirəddin Mahmud olmuĢdur. O 1171-ci ildə Azər-

baycanın Xoy Ģəhərində anadan olmuĢdur. “Əxi” sözünün izahmda 

iki  mülahizə  vardır.  “Əxi”  ərəbcə  “QardaĢ”  və  ya  türkcə  “Aki”-

“Alicənab”  (Aka,  qədim  türk  sözü  olub  “Alicənab”,  “Comərd”, 

“Əliaçıq”)  mənalarını  verir.  Ġnsanpərvərlik,  əliaçıqlıq,  xeyirxahlıq 

Əxiliyin təməl görüĢlərindən biridir. Bu görüĢə bağlı olaraq, Əxilik 

bir sinfin,  bir zümrənin  və  ya bir adamın hökmranlığına qarĢı çıx-




 

132 


mamıĢ, insanlar arasında ayrılıq güdməmiĢ, əksinə onların bərabər-

liyini qoruyub saxlamıĢdır. 

Əsasən  Ģəhər  sənətkarlarını,  ticarətlə  məĢğul  olanları  birləĢ-

dirən  Əxi  təĢkilatlarının  xüsusi  nizamnamələri  olmuĢdur  ki,  buna 

"Fütuvvətnamə"  (Ərəbcə  “Fəda”  sözünün  cəmidir.  Yəni  -  "mərd-

lik",  "igidlik",  "səxavətlilik")  demiĢlər.  Onların  toplaĢdığı  yerə 

“Təkyə”  və  ya  “Zaviyə”  deyilmiĢdir.  Ġslam  qaydalarına  müvafiq 

özlərinə məxsus düĢüncə və davranıĢ tərzləri, ədəb və əxlaq qayda-

ları olmuĢdur. Fütuvvətnaməyə əsasən dörd dini əxlaq normasına - 

Ģəriətə, təriqətə, mərifətə, həqiqətə əməl etməli, yoxsullara, kimsə-

sizlərə,  qəriblərə  yardım  göstərməli,  istismarçılara  qarĢı  mübarizə 

aparmalı, əxlaqı daim saflaĢdırmalı idilər. 

Əxiliyə  girənlər  bellərinə  bağladıqları  qurĢağa  “Vəfa  Ģəddi” 

deyirdilər. Bunun mənası belə idi: «Belimə bağlayıram ki, sözümdə 



durum. Şeytana uymayın və daim ona düşmən olun. Dünya malına 

göz dikməyim. Tanrının qəzavü-qədərinə səbr edim. Haraya getsəm 

bu qurşaq məndə olsun. Tanrının bunda hikməti vardır”. 

Əxilikdə yüksək mərtəbəyə çatanlara “Əxi Ata” statusu veril-

miĢdir ki, bu öz xüsusiyyətlərinə görə qədim Ģamançılara çox yaxın 

olmuĢ  və  hamısı  “Kəramət”  sahibi  sayılmıĢdır.  Əxi  birliklərində 

sənətkarlıq  yüksək  qiymətləndirilmiĢ  və  sənətə  "hikmət"  adı  veril-

miĢ və bu hikmətin kimsələrdən qorunması tövsiyə edilmiĢdir. Əxi-

lər  gündüz  çalıĢar,  axĢamlar  isə  “Təkyəyə”yə  gəlib,  ibadətlərini 

edər, söhbətlər keçirər, yeməklərini birlikdə yeyərdildər. Bu təkyə-

lərdə  qonaq,  yolçu  heç  vaxt  əksik  olmazdı.  Əxilər  zalım  və  haq-

sızlara  qarĢı  mübarizə  apardıqları  kimi,  öz  aralarında  da  hər  hansı 

biri Əxi prinsiplərini pozarsa, müĢtərilərini aldadarsa, yalan söylər-

sə dərhal Əxi -Ata tərəfəindən mühakimə edilib cəzalandırılardı. Bu 

cəhətdən  də  Əxilik  təĢkilatı  islami  ticarət  anlayıĢını  qoruyan,  bir 

iman, igidlik, cihad, əxlaq və mənəviyyat ocağı olmuĢdur. 

Əxilərin özlərinə məxsus məktəbləri,  təlim  mərkəzləri  olmuĢ 

və  burada  təhsil  alanlara  aĢağıdakılar  öyrədilmiĢdir:  Dinin  əsasla-



rını oxuyub öyrənmək, yazmaq; insanlıq tərbiyəsi-təmizlik, paklıq və 

əxi  ocağının  qanunlarına  əməl  etmək;  ilahilər-  şeirlər,  rəqslər  və 

nağıllar  öyrənmək;  yeddi  müxtəlif  formada  qurşaq  bağlamağı  və 

açmağı  öyrənmək  ki,  bunun  da  mənası  belədir:  Nəfs  və  tamah 

qapısını  bağlayıb,  mərdlik  qapısını  açmaq;  zülm  etmək  qapısını 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə