Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə35/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   176

 

107 


Ruminin  “Məsnəvi”si  hələ  sağlığında  оna  böyük  Ģöhrət 

qazandırmıĢ və “Peyğəmbər deyil, amma kitabı vardır” - deyə el 

arasında, Ġslam aləmində Quran və hədislərdən sоnra ən çох söhbət 

açılan,  охunan  kitab  –  “Məsnəvi”  оlmuĢdur.  Bu  kitab  didaktik, 

tərbiyəvi mahiyyət daĢıdığından о padĢah saraylarında, mədrəsələr-

də охunmuĢ, оna darül-məsnəvilər qurulmuĢdur. 

Hindistanda 300 il hakimiyyətdə olmuĢ türk sülaləsi  - Babur 

Ģah,  daha  sonra  hakimiyyətə  gəlmiĢ  onun  nəvəsi  Əkbər  Ģah  saray 

adamlarına deyirdi ki, Cəlaləddin Ruminin “Məsnəvi”sini və Nəsi-

rəddin Tusinin “Əxlaqi-Nasir”ini mütləq оxumaq lazımdır. 

“Məsnəvi”nin əvvəlində yazılmıĢdır: “Tanrıdan ədəb istəyək, 

ədəbi оlmayan adam Tanrının inayətindən məhrumdur”

“Məsnəvi”nin ilahi, fəlsəfi, pedaqoji fikirlərinin əsas qaynağı 

müqəddəs kitabımız Qurani-Kərimdir. 

Mövlana  Səma`(Mövləvilərin  fırlanaraq  “Səma`vi”  adlanan 

rəqsləridir.  “Səma`”  və  ya  “Sima`”  lüğəti  mənası  “eĢitmək”,  “duy-

maq”  deməkdir.  Musiqini  eĢitmək  səma`nın  bir  hissəsidir,  musiqi 

(ruhun qidası) və Ģeir (hiss və duyğuların inkiĢaf vasitəsi) kimi tər-

biyə vasitələrindən istifadə edərək insanları mənəvi kamilliyə, əхla-

qi saflığa çağırmıĢdır. Bu üç vasitənin vəhdətini “Səma`vi” rəqslə-

rində  aydın  görmək  оlar.  Bu  rəqslərlə  Allahı  anma,  Allaha  qоvuĢ-

ma, əхlaqi paklanma, insanın ən yüksək varlıq olması kimi simvоlik 

mərasim nəzərdə tutulur. 

Mövlana  həyatını  sevgi  içində  keçirib,  sоnsuz  хоĢbəхtliyə 

qоvuĢmağı  və  hər  cür  pisliklərdən  arınmağı  gənc  nəslə  öyüdləmiĢ 

və humanist düĢüncələri ilə insanları “Gəl”-deyə mənəvi kamilliyə, 

yüksəliĢə  çağırmıĢdır:  “Geri  dön,  bir  daha  gəl.  Hər  kimsən 



bundan öncə - dinsiz, imandan uzaq, bütpərəst və ya atəĢpərəst 

və  hər  nə  isən  gəl.  Ġstər  yüz  kərə  tövbə  etmiĢ  оl,  istər  yüz  kərə 

tövbəni pоzmuĢ оl yenə gəl. Ümidsizlik qapısı deyil bizim qapı-

mız, necəsənsə elə gəl”! 

Bu  qiymətli  fəlsəfi,  pedaqоji  fikirlər  insana  böyük  sevgi  və 

məhəbbətdən  irəli  gəlmiĢdir.  Mövlana  insanların  heç  zaman  ümid-

siz, çarəsiz qalmasını istəməmiĢdir. Mövlananın belə humanist, in-

sansevər  duyğu  və  düĢüncələri  müqəddəs  kitabımız  Qurani-Kərim-

dən nəĢ`ət etmiĢ və demək olar ki, “Əz-Zümər” surəsinin 53-cü ayə-

sinə tam uyğun gəlir: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) 



 

108 


de:  “Ey  Mənim  (günah  törətməklə)  özlərinə  zülm  etməkdə  həddi 

aşmış  bəndələrim!  Allahın  rəhmindən  ümidsiz  olmayın.  Allah 

(tövbə  etdikdə)  bütün  günahları  bağışlayar.  Həqiqətən,  O  bağış-

layandır, rəhm edəndir!” Bir sonrakı ayədə isə: “Rəbbinizə dönün, 

ona təslim olun”,- söylənilir. 

Mövlana insanları hər cür ümidsizlik, çarəsizlik, bədbinik hal 

və  duyğularından  qurtarır,  öz  müdrik  fikirləri  ilə  insana  yeni 

ümidlər,  yeni  ruh  verir,  həyatın  gözəlliyini  duymağı,  səbr  və  təm-

kinli  olmağı,  həyatda  həmiĢə  nikbin  olmağı  tövsiyə  edir:  “Üzül-

mə!...  Dərd  etmə  can!...  Görə  bilirsən,  toxuna bilirsən, nəfəs  ala 

bilirsən,  yeriyə  bilirsən....  Nə  mutlu  sənə!...  Əlində  olmayanları 

söyləmə  mənə...  Əlində  olanlarından  bəhs  et  can!....  Üzülmə!... 

Düşünürsən  ki,  gecələr  həmişə  belə  kimsəsiz  keçəcəkmi?..  Ge-

dənlər  heç  dönməyəcəkmi?....  İtiridyin  nə  varsa,  bir  baxarsın  ki, 

yağmurlu bir gecədə ... və ya bir bahar səhərində qarşına çıxmış... 

Bil ki, gözəlliklər də var bu həyatda ...” Mövlana insanların həmiĢə 

bir-birinə  yardım  etməsini  istəmiĢdir.  Rumiyə  görə  əgər  insan  bir-

birinə yardım etmirsə, demək хоĢbəхtliyini istəmir. Belə insanların 

davranıĢını о bədəndəki çibana bənzətmiĢdir 

Mövlana insanları saf və təmiz görmək istəyirdi. Ona görə də 

hamıya  ilk  növbədə,  saf,  doğru,  dürüst  olmağı,  hər  cür  riyadan, 

məkrdən  uzaq  olmağı  tövsiyə  edirdi:  “İnsanı  Allaha  qovuşmağa 

aparan  yolun  bünövrəsi  saflıq  və  doğruluq  xəmiri  ilə  yoğrulub. 

Düzlük insanın şərəfi, namusu və başının tacıdır. Düzlük, təmiz-

lik,  paklıq  cənnətin  açarlarıdır.  Bu  sadə  həqiqəti  başa  düşmə-

yənlər ən bədbəxt adamlardır”. 

Rumi sevgi və məhəbbəti bütün canılıların hərəkətverici qüv-

vəsi hesab etmiĢ və göstərmiĢdir ki, sevməyi bitkilər də, heyvanlar 

da bacarır. Amma, yalnız ruhu və ağlı ilə sevənlər, könlü eĢqlə dolu 

olanlar  insanlardır.  O  deyirdi:  “Eşqsiz  könülə  sahib  olan,  padşah 

belə olsa atlas kəfənə bürünmüş, məzara gömülmüş ölüdən başqa 

bir  şey  deyildir”. Mövlana göstərir ki,  təbiətdə hər zərrədə bir  eĢq 

və bir cazibə vardır. Dünya, aləm eĢq ilə yaranmıĢdır. 

EĢq  insanı  kamilləĢdirir,  bütövləĢdirir,  qorxmaz  və  fədakar 

edir:  “Eşqdə  zərrə  qədər  qorxu  yoxdur;  eşq  qanununa  görə,  hər 



şey eşqə qurban verilir...” Mövlana özü də aĢiq olmuĢ, ilahi eĢqin 

varlığına  dalmıĢ,  bu  varlıqda  yoxluğa  çəkilmiĢdir.  Ona  demiĢlər 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə