Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

77 
 
Aralarında  baş  verən  döyüş  nəticəsində  Eybə  Sultan  cəmi  6  ay 
hakimiyyətdə  olan  Əhməd  şahı  [65,  19]
42
  devirməyə  müvəffəq  oldu  [65,  17]. 
Ancaq  Sultan  Muradın  şahlığı  ilə  də  kifayətlənməyən  Eybə  Sultan  onunla 
vuruşaraq  qalib  gəlmiş  və  Uzun  Həsənin  başqa nəvəsi  Əlvənd  bəyi  (Yusif  bəyin 
oğlu) Təbriz taxtına əyləşdirmişdir [65, 17]. 
Həsən bəy  Rumlu göstərir ki, qardaşı Məhəmmədi Mirzənin ona müxalif 
olduğunu görən Əlvənd bəy qardaşını dəf etmək üçün Eybə Sultanla birlikdə Reyə 
tərəf yollandı [65. 21]. Döyüşdə Eybə Sultan həlak olmuş, Əlvənd bəy Diyarbəkrə 
qaçmışdı [65, 21]. 
Beləliklə  də,  Əlvənd  Diyarbəkrdə,  Məhəmmədi  Mirzə  isə  Azərbaycanda 
taxta  əyləşdilər.  Həsən  bəy  Rumluya  görə  Əlvənd  tezliklə  Təbrizə  hücum  etdi. 
Qardaşının  gəldiyini  eşidən  Məhəmmədi  Mirzənin  şəhəri  tərk  edib  qaçmasından 
sonra Təbriz yenidən Əlvəndin ixtiyarına keçdi [65, 21]. Lakin Əlvəndin daha bir 
rəqibi  olduğu  zahirə  çıxdı.  O  905  (1499-1500)-ci  ildə  Məhəmmədi  Mirzəni 
öldürüb,  Təbrizə  hücum  edən  Sultan  Murad  idi  [65,  24].  Həsən  bəy  Rumlunun 
məlumatına  görə,  Sultan  Muradla  Əlvənd  arasında  sülh  müqaviləsi  bağlandı. 
İkitərəfli razılığa əsasən Qızılüzən çayı sərhəd kimi qəbul edilməklə Azərbaycan, 
Aran və Diyarbəkr Əlvəndin, İraq (hər ikisi), Fars və Kirman Sultan Muradın oldu 
[65, 25; 81, 240b]. Həqiqətdə isə yalnız əcəm İraqının bir hissəsi Sultan Muradın 
əlində idi. Yəzd, Kirman və Diyarbəkri bayanduri sülaləsinin başqa üzvləri idarə 
edirdilər.  Fars  və  ərəb  İraqı  isə  pornak  tayfasından  olan hakimlərin  əlində  idi  ki, 
onlar  işləri  Sultan  Muradın  adından  icra  etsələr  də,  əslində,  müstəqil  idilər  [36, 
225]. 
XV  əsrin  sonlarında  Şirvan  və  Şəki  feodal  dövlətləri  öz  müstəqilliklərini 
saxlamaqda  idilər
43
. Ağqoyunlular arasında baş verən hərc-mərcliyi görən Fərrux 
Yasar həmişə  Şirvanı tutmağa  cəhd  etmiş  və  səfəvi  sülaləsinin  gənc  üzvlərini  ələ 
keçirmək və beləliklə də, gələcəkdə Şirvana qarşı ola biləcək təhlükənin qabağını 
irəlicədən almaq məqsədi  ilə  Karkiya  Mirzə  Əliyə  böyük  məbləğdə  pul  yollamış, 
İsmayılı Şirvana gətirdib məhv etmək istəmişdi [65, 28-29]. Lakin məqsədinə nail 
olmayan  Fərrux  Yasarın  özü  906  (1500)-cı  ildə  İsmayıl  Səfəvi  ilə  baş  verən 
döyüşdə öldürülmüş [65, 45; 36, 231] və beləliklə də, Şirvan dövləti qızılbaşların 
təsiri altına keçmişdi. 
907 (1501)-ci ildə Naxçıvanda Əlvəndlə vuruşan İsmayıl qələbədən sonra 
―alişan padşahların xilafət mərkəzi‖ olan Təbrizdə taxta çıxmış [65, 60, 61; 52, 90-
91] və beləliklə də, Azərbaycan Səfəvi dövləti yaranmışdı
44
 
                                                             
42
 Əhməd şahın hakimiyyət müddətini Budaq Qəzvini səhvən bir il göstərmişdir. (Bax: 61, 274b). 
43
 B.N. Zaxoder Azərbaycandan danışarkən Şəki dövlətinin adını çəkməmişdir (Bax: 29, 558). Halbuki 
1551-ci ilə qədər Şəki də müstəqil dövlət olmuş və Şəki xanları tərəfindən idarə edilmişdir. 
44
  Səfəvi  dövlətinin  yaranmasında  Azərbaycan  tayfalarının  deyil,  Kiçik  Asiya  və  Suriya  köçərilərinin 
həlledici rol oynadığını sübut etməyə çalışan İ.P. Petrovun fikri əsassızdır. (Bax: 33, 79). Məlumdur ki, 


78 
 
Həsən  bəy  Rumlu  göstərir  ki,  908  (1502/03)-ci  ildə  Əlvəndlə  qızılbaşlar 
arasında  olan  ikinci  döyüş  də  səfəvilərin  qələbəsi  ilə  nəticələndi.  Əlvənd 
Azərbaycanı  tərk  edərək  Bağdada,  oradan  da  Diyarbəkrə getdi  [65, 63,  64,  67...]. 
Tezliklə Sultan Murada da qalib gələn şah İsmayıl [65, 68-69; 52, 93] Azərbaycan 
və  Şirvan  uğrunda  ölüm-dirim  mübarizəsinə  girmiş  rəqiblərindən  yaxa  qurtarmış 
oldu. 
Bu  müvəffəqiyyətlərdən  az  sonra  fars  və əcəm İraqı  da  səfəvilərin  əlinə 
keçdi  [65,  73].  ―Əhsənüt-təvarix‖in  verdiyi  məlumatdan  aydındır  ki,  bir-birinin 
ardınca  yeni-yeni  ölkə,  şəhər,  qala  fəth  edən  Şah  İsmayılın  istilaçılığı  getdikcə 
artmaqda  idi:  909  (1503/04)  -  914  (1508/09)-cü  illər  arasında  qonşu  ölkələrin 
Firuzkuh  (65,  75),  Gülxəndan  [65,  75;  76],  Osta  [65,  78]  Ərk  [65,  80]  qalaları, 
Yəzd [65, 83-84], Təbəs [65, 85] şəhərləri, bütün Diyarbəkr [65, 94, 96, 105, 106], 
ərəb İraqı [65, 103] Kürdüstanın bəzi vilayətləri [65, 92-93], o cümlədən Hüveyzə 
[65, 104], Dizful [65,m104], Şüştər [65, 104], Larkuçek [65, 104] və Xürrəmabad 
[65,  104]  qızılbaş  qoşunları  tərəfindən  tutuldu.  Dini  şüar  altında  istilaçı  siyasət 
yeridən  I  Şah  İsmayıl  haqqında  K.  Marks  yazmışdır:  ―Səfəvi  sülaləsinin  əsasını 
qoyan... Şah İsmayıl... hökmranlığının 14 ili müddətində  14 vilayət ələ keçirdi‖
45
 
Göstərmək lazımdır ki, bu vaxt  ərzində Şirvan dövləti qızılbaşların təsiri 
altına düşmüşdüsə də, oranı Fərrux Yasarın oğlu İbrahim (Şeyxşah) müstəqil idarə 
etməkdə  idi.  Onun  sərbəstliyi  ilə  razılaşmayan  I  Şah  İsmayıl  915  (1509)-ci  ildə 
ikinci dəfə Şirvana hücum edərək qələbə ilə Təbrizə qayıtmışdı [65, 108-109; 81, 
247a]. 
I Şah İsmayılın bütün bu siyasi müvəffəqiyyətləri vaxtı Xorasan hökmdarı 
Sultan  Hüseyn  Bayqara  vəfat  etmiş,  hakimiyyət  üstündə  onun  oğlanları  arasında 
mübarizə  başlanmışdı  [65,  89-90].  Bundan  istifadə  edən  Mavərənnəhr  hakimi 
Məhəmməd  xan  Şeybani  (Şeybək  xan)    Xorasana  hücum  edərək  Bəlx  şəhərini 
tutmuş [65, 92], 913 (1507/08)-cü ildə bütün Xorasan özbək qoşunu tərəfindən fəth 
edilmişdi [65, 97-99]. Şeybək xan bu müvəffəqiyyətindən qürurlanıb qızılbaşların 
hakimiyyəti altında olan Kirmana hücum etdi. Həsən bəy Rumlu bildirir ki, o hətta 
Şah İsmayıla təhqiramiz bir məktub da göndərmişdi [65, 109-110] 
Qeyd  etmək  lazımdır  ki,  özbəklərin  Xorasanı  tutmalarından  sonra  I  Şah 
İsmayıl Şeybək xanla müharibə etmək haqqında düşünür, lakin müxtəlif hadisələr 
üzündən bu iş baş tutmurdu [65, 111]. 
Artıq 916 (1510)-cı ildə I Şah İsmayılın hökmü altında bu ölkələr vardı: 
Azərbaycan, Şirvan, Diyarbəkr, əcəm İraqı, Fars, Kirman, Şeybək xan isə Xorasan, 
Bədəxşan və Mavərənnəhrin hökmdarı olmuşdu [65, 111]. 
                                                                                                                                             
səfəviyyə ordeni nümayəndələrinin daimi məskəni Ərdəbil olmuşdur və onların tərəfdarlarının çoxu da 
məhz Azərbaycan qızılbaş tayfalarının nümayəndələri idilər. 
45
 Архив К. Маркса и Ф. Энгельса, т. VII, 1938, səh. 206. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə