Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

79 
 
―Əhsənüt-təvarix‖in məlumatına görə, həmin il I Şah İsmayıl ilə baş verən 
müharibə  vaxtı  Şeybək  xan  həlak  olmuş  və  az  müddət  ərzində  bütün  Xorasan 
qızılbaşların əlinə keçmişdi [65, 122; 81, 248a]. 
916  (1510/11)  -  917  (1511/12)-ci  illərdə  Bədəxşan  hakimi  Məhəmməd 
Sultan  Üveys  (Sultan  Əbu  Səidin nəvəsi),  Mavərənnəhr hakimləri  Übeyd  xan  və 
Teymur Sultan da I Şah İsmayıla tabe olduqlarını bildirdilər [65, 123-125]. Lakin 
az sonra bu Mavərənnəhr hakimlərinin qızılbaşlarla bir neçə hərbi toqquşması baş 
vermişdisə  də,  onlar  məğlub  edilmişdilər  [65,  129-130;  132-133].  Həsən  bəy 
Rumlu  yazır  ki,  nəhayət  918  (1512/13)-ci  ildə  Übeyd  xan  Heratı  ələ  keçirib, 
Xorasanı  tutmağa  nail  oldu  [65,  133-134].  Lakin  bu  da  uzun  sürmədi.  Özbək 
hakimləri  arasında  başlanan  ixtilaf  onların  Heratı  tərk  etmələrinə  və  I  Şah 
İsmayılın yenidən Xorasan paytaxtını tutmasına səbəb oldu [65, 137-138]. 
Göstərmək  lazımdır  ki,  917  (1511/12)-ci  ildə  qızılbaş  qoşunu  ilə 
osmanlıların  ilk  hərbi  toqquşması  baş  vermişdi  [65,  125-126].  Həsən  bəy 
Rumlunun yazdığına görə, 918 (1512/13)-ci ildə Şah İsmayıl Ruma qoşun yolladı 
və  osmanlılarla qızılbaşlar arasında yeni döyüş  oldu [65, 134-135]. 920 (1514)-ci 
ildə isə Sultan Səlim xəbərdarlıq elan etdikdən sonra 200 min nəfərlik bir qoşunla 
Azərbaycan  üzərinə hücuma  keçdi.  Həsən  bəy  Rumlu  yazır  ki,  türk  sultanının  bu 
hücumunun səbəbi qızılbaşların dəfələrlə Rum ölkəsinə olan basqın və təhqiramiz 
hərəkətlərində idi [65, 143]. 
Rəcəb  ayının  əvvəllərində  (avqustun  axırlarında)  Təbriz  yaxınlığındakı 
Çaldıran  adlı  yerdə  böyük  müharibə  başlandı.  Türklər  qələbə  əldə  etdilərsə  də, 
səkkiz gündən sonra geri qayıtmaq məcburiyyətində qaldılar [65, 149]. Bu, I Şah 
İsmayılın ilk və son böyük məğlubiyyəti idi. Həmin ildən 930 (1524)-cu ilə qədər I 
Şah İsmayılın siyasi fəaliyyətində və Səfəvi dövlətinin inzibati quruluşunda elə bir 
mühüm hadisə olmamışdır. 922 (1516/17)-ci ildə səfəvi hökmdarı gürcü knyazları 
arasında olan ixtilafı həll etmək məqsədi ilə Gürcüstana qoşun yollamış [65, 162-
163],  924  (1518/19)-cü  ildə  Mazandaran  valisi  Ağaməhəmmədin  üsyanını 
yatırmışdı  [65,  167-168].  927  (1521/22)-ci  ildə  üç  dəfə  Xorasana  hücum  edən 
Übeyd  xanın  cəhdləri  müvəffəqiyyətsizliyə  uğramış  və  o,  Buxaraya  qayıtmağa 
məcbur  olmuşdu  [65,  170-171].  Yenə  həmin  il  gürcü  hakimi  Levonun  (Ləvənd 
xanın)  Şəkiyə  etdiyi  basqın  qızılbaş  əmiri  Div  Sultan  Rumlu  tərəfindən  dəf 
olunmuşdu [65, 173]. 
Bu  illər  ərzində  şirvanşah  II  İbrahim  və  Şəki  valisi  Hüseyn  bəy  səfəvi 
şahının  itaətindən  çıxmağa  səy  göstərmir,  vaxtaşırı  onunla  görüşür  və  peşkəş 
göndərirdilər [65, 168-180]. 
930 (1523/24)-cü ildə Ləvənd xan yenidən Şəkiyə hücum etdi. Həsən bəy 
Rumlu xəbər verir ki, döyüşdə Şəki hakimi Hüseyn bəy öldürüldü və Ləvənd xan 
geri  qayıdandan  sonra  şəkililər  öldürülən  hakimin  oğlu  Dərviş  Məhəmməd  xanı 
özlərinə  hakim  qəbul  etdilər  [65,  180-181].  ―Əhsənüt-təvarix‖də  verilən  bu 
məlumat olduqca əhəmiyyətlidir. Müəllif Şəki hakiminin səfəvi padşahı tərəfindən 


80 
 
deyil,  yerli  xalq  tərəfindən  təyin  olunduğunu  bildirmiş  ki,  bu  da  Şəkinin 
müstəqilliyinə dəlalət edir. 
930  (1524)-cu  ildə  I  Şah  İsmayıl  [65,  181],  az  sonra  isə  Şirvanşah  II 
İbrahim vəfat etdi [65, 184]. Onların əvəzinə səfəvi taxtına şahzadə Təhmasib [65, 
184], Şirvan taxtına isə II Xəlilullah əyləşdi [65, 184]. 
Səfəvi  dövlətinin  qüvvətli  banisinin  ölümündən istifadə  edən  Übeyd  xan 
4-cü  dəfə  Xorasana  hücum  etmiş,  lakin  qızılbaşlar  tərəfindən  məğlub  olaraq  geri 
qayıtmışdı  [65,  185-187].  I  Şah  Təhmasibin  gəncliyi  ilə  əlaqədar  olaraq  qızılbaş 
əmirləri arasında  baş  verən  ixtilaflar  [65, 191-194]  Übeyd  xanı 932  (1526/27)-ci 
ildə  yeni  Xorasan  səfərinə  ruhlandırdı  [65,  196].  Ancaq  Heratın  7  ay  sürən 
mühasirəsi  də  ona  qələbə  qazandırmadı  [65,  205-207].  Nəhayət,  Cam  şəhəri 
yaxınlığında  böyük  döyüş  oldu.  Bu,  I  Şah  Təhmasibin  hərbi  əməliyyatda  birinci 
iştirakı  idi.  Übeyd  xan  məğlub  edilsə  də  [65,  213-320],  bir  neçə  aydan  sonra 
yenidən Xorasana hücum etdi. Bu onun 7-ci hərbi yürüşü idi. Übeyd xan bu dəfə 
―çoxlu  döyüşçü  ilə  Herata  girərək,  səltənət  taxtına  oturdu‖  [65,  222].  936 
(1530/31)-cı  ildə  I  Şah  Təhmasibin  Herata  hücumu  nəticəsində  Übeyd  xan 
Xorasanı yenidən tərk etmək məcburiyyətində qaldı [65, 225-233]. 
938  (1532/33)-ci  ildə  Übeydin  Xorasana  8-ci  həmləsi  oldu.  Heratın  il 
yarımlıq mühasirəsindən sonra I Şah Təhmasib üçüncü dəfə özbək qoşunu üzərinə 
hərəkət etdi və özbək xanı şəhərdən qaçmağa məcbur oldu [65, 240-243] 
Übeyd  xanın  Xorasana  növbəti  hücumu  942  (1535/36)-ci  ildə  həyata 
keçirildi  və  Herat  yenidən  özbəklər  tərəfindən  zəbt  olundu  [65,  269-272].  Həsən 
bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib 4-cü dəfə Xorasana qoşun çəkmiş 
və  Übeyd  xan  yenidən  Buxaraya  qayıtmışdı  [65,  274-276].  946  (1539/40)-cı  ildə 
isə  bu  özbək  xanı  Xorasana  10-cu  və  sonuncu  səfərini  etdi,  lakin hələ  yolda  ikən 
xəstələnib öldü [65, 294-295]. 
Göstərmək  lazımdır  ki,  Übeyd  xanın  vəfatı  ilə  də  özbək-qızılbaş 
münasibətləri  yaxşılaşa  bilməmiş,  müxtəlif  illərdə  onların  arasında  qanlı 
vuruşmalar olmuşdur. Özbəklər 950 (1543/44), 952 (1545/46), 955; (1548/49), 957 
(1550/51),  967  (1559/60),  971  (0,163/64,  973  0,6506),  974  (1566/67)  və  977 
(1596/70)-ci illərdə (bax: 65, 305, 313, 337-338, 343-344, 413, 421, 430, 431, 449-
450)  Xorasan  əyalətinin  müxtəlif  şəhərlərinə  basqınlar  etmiş  və  hər  dəfə  geri 
çəkilməyə məcbur olmuşdular. 
I Şah Təhmasib hələ gənc ikən Səfəvi dövlətindəki daxili çəkişmələrdən 
istifadə  edən  Sultan  Süleyman  940  (1533/34)-cı  ildə  Azərbaycana  qoşun  çəkdi. 
Türklərin Azərbaycana bu yürüşü zamanı səfəvi hökmdarı özbəklərlə müharibəyə 
yollanmışdı.  Azərbaycanın  çox  hissəsinin  osmanlılar  tərəfindən  tutulmasına 
baxmayaraq,  I  Şah  Təhmasib  gəlib  onları  Azərbaycan  torpaqlarından  çıxarmışdı 
[65, 247-252]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə