Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   38   39   40   41   42   43   44   45   46

85 
 
―Əhsənüt-təvarix‖  müəllifi  bu  barədə  məlumat  verməmişdir.  Lakin  Həsən  bəy 
Rumlu Şirvanda 985 (1577-78)-ci ildə baş verən üsyan haqqında bildirir ki, həmin 
il  Şirvanlılar  qızılbaşlar  əleyhinə  hərəkət  edərək  Bürhanın  bacısı  oğlu  Kavus 
Mirzəni hakimiyyətə  qaldırdılar.  Şabrana hücum  edən  Kavusla  Şirvan  valisi  Ərəs 
Sultan Rumlu arasında başlanan döyüşdə üsyançılar məğlub edildilər [65, 491]. 
Tariximizlə əlaqədar hadisələrdən biri də Təbrizdə iki il üsyan edən xalq 
kütlələrinin 981 (1573/74)-ci ildə qətl edilməsidir [65, 455]. Həsən bəy Rumlu bu 
üsyanın səbəbini Təbriz hakimi Allahqulu bəy Ustaclunun bir   mülaziminin yerli 
camaat  tərəfindən  döyülməsində  görmüşdür  [65,  455].  Müəllifin  məlumatından 
anlaşılır ki, mülazimin döyülməsi xalqın qızılbaş əsgərlərinə qarşı nifrətinin ifadəsi 
olmuşdur. 
Bu üsyan haqqında İ.P. Petruşevski müfəssəl danışdığından [bax: 36, 214-
224] kiçik bir qeydlə kifayətlənəcəyik. Həsən bəy Rumlunun təsvirindən belə çıxır 
ki, iki il davam edən bu üsyanın vaxtında yatırılmamasının səbəbi şah Təhmasibin 
üsyan  yatırılan  zaman  rəiyyət  qırğını  baş  verəcəyini  düşünməsində  olmuşdur. 
Lakin  əslində  belə  deyildir.  Məhz  üsyançıların  sayca  çox  olması  və  üsyanın 
mütəşəkkil  davam  etməsi  qızılbaşların  onlar  üzərinə  hücuma  keçməsini 
ləngitmişdi.  Əsərdə  verilmiş  bir  beytdən  o  zaman  minlərlə  üsyançının  ayağa 
qalxdığı məlum olur: 
―Minlərlə fədayi vuruşa gəldi, 
Qorxunc fillər kimi xuruşa gəldi‖
46
 
Göstərmək lazımdır  ki, 984  (1576)-cü ildə  vəfat  edən  I  Şah Təhmasibin 
yerinə tərəfdarı olan əmirlərin köməyi ilə uzun müddət həbsdə saxlanılan şahzadə 
İsmayıl Mirzə II Şah İsmayıl adı ilə taxta əyləşmişdi [65, 480]. Onun il yarımlıq 
hakimiyyəti  zamanı  nəzəri  cəlb  edən  hadisələrdən  biri  yuxarıda  danışdığımız 
Kavus Mirzənin üsyanı olmuşdur ki, Həsən bəy Rumlu bu xalq hərəkatı haqqında 
məlumat vermişdir. 
985  (1577)-ci  il  ramazan  ayının  13-də  (noyabrın  25-də)  sui-qəsd 
nəticəsində  öldürülən  II  Şah  İsmayılın  [65,  495]  yerinə  onun  kor  qardaşı 
Məhəmməd  Xudabəndə  taxta  çıxmışdı  [65,  500]  ki,  bu  səfəvi  hökmdarının 
hakimiyyəti  dövründə  baş  verən  hadisələr  ―Əhsənüt-təvarix‖  salnaməsində 
işıqlandırılmamışdır. 
 
 
 
 
 
 
 
                                                             
46
 Beytin (65, 465) tərcüməsi bu sətirlərin müəllifinindir. 


86 
 
NƏTİCƏ 
 
XV  –  XVI  əsrlər  Azərbaycan  tarixinin  hadisələrlə  zəngin  və  olduqca 
maraqlı  dövrlərindən  biridir.  O  zaman  Azərbaycan  ərazisində  Qaraqoyunlu, 
Ağqoyunlu  və  Səfəvi  dövlətləri  yaradılmış,  Şirvan  və  Şəki  feodal  dövlətləri 
mövcud  olmuşdur,  həmin  əsrlərin  ictimai-iqtisadi  və  siyasi  tarixinin 
öyrənilməsində ―Əhsənüt-təvarix‖ əsərinin xüsusi yeri vardır. 
İndiyə  qədər  tarixşünaslıqda  bu  salnamə  əsasən  12  cilddən  ibarət  zənn 
edilirdi. Lakin ―Əhsənüt-təvarix‖in M. E. Saltıkov-Şedrin adına Leninqrad Dövlət 
Kütləvi kitabxanasında saxlanılan əlyazma nüsxənin tədqiqinə əsasən belə qənaətə 
gəlmək  olur  ki,  əsər  10  cilddə  qələmə  alınmış,  onun  yalnız  son  IX  və  X  cildləri 
dövrümüzə  gəlib  çatmışdır.  Əsərin  cildləri  haqqında  Həsən  bəy  Rumlunun  öz 
qeydlərinə  əsaslanaraq,  ehtimal  etmək  olur  ki,  ―Əhsənüt-təvarix‖in  əlimizdə 
olmayan VI, VII və VIII cildləri  XII - XIV əsr hadisələrini əhatə etmişdir. 
Dövrün bir sıra tarixi mənbəyinin ―Əhsənüt-təvarix‖lə müqayisəsi göstərir 
ki, Həsən bəy Rumlu əsərini yazmaqdan ötru zəngin məxəzlərdən istifadə etmişdir. 
Xüsusilə  İdris  Bidlisinin  ―Həşt  behişt‖,  Əbdürrəzzaq  Səmərqəndinin  ―Mətləüs-
sədeyn 
və 
məcməül-bəhreyn‖, 
Mirxondun  ―Rövzətüs-səfa‖,  Dövlətşah 
Səmərqəndinin  ―Təzkirətüş-şüəra‖,  Əbubəkr  Tehraninin  ―Kitab-i  Diyarbəkriyyə‖, 
Xandəmirin  ―Həbibüs-siyar‖  və  başqa  əsərlər  ―Əhsənüt-təvarix‖  salnaməsinin  IX 
cildinin yazılmasından ötrü vasitə olmuşdur. 
―Əhsənüt-təvarix‖  və  başqa  mənbələrə  əsasən  müəyyən  edilmişdir  ki, 
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin dövlət quruluşunda əmirül-üməra və vəkil 
vəzifələri  bəzən  şərikli  aparılmış,  XVI  əsrin  ikinci  yarısında  qorçibaşı  mənsəb 
əmirül-üməra vəzifəsini qismən əvəz etmişdir. 
Soyurqal  torpaq  mülkiyyəti  institutu  feodallarda  mərkəzdənqaçma 
ehtirasını  gücləndirdiyindən  Səfəvi  dövlətində  tiyul  torpaq  mülkiyyəti  növü 
mahiyyət 
etibarilə 
soyurqalı  əvəz  edərək  dövlətdə  mərkəzləşdirməni 
gücləndirməyə başlamışdı. Səfəvilər məhz belə bir siyasət həyata keçirməklə öz ilk 
hakimiyyətləri  dövründə  nisbətən  mərkəzləşmiş  dövlət  yaratdılar  ki,  ―Əhsənüt-
təvarix‖  salnaməsinin zəngin  məlumatları  bunu  təsdiq  edir.  Həsən  bəy  Rumlunun 
əsərinə  əsasən  müəllif  bu  nəticəyə  gəlmişdir  ki,  XVI  əsrdə  soyurqal  feodal 
mülkiyyətinin  daha  iki  növü  -  pulla  verilən  və  müştərək  soyurqal  növü  mövcud 
olmuşdur. 
―Əhsənüt-təvarix‖in  öyrənilməsi  göstərir  ki,  XV  -    XVI  əsrlərdə 
Azərbaycan  və  ona  qonşu  ölkələrdə  xalq  kütlələrinin  həyat  şəraitinin  ayrı-ayrı 
dövrlərdə həddən artıq ağırlaşması sinfi mübarizənin kəskinləşməsinə və nəticədə 
üsyanlara  səbəb  olurdu.  Bir  sıra  sovet  tarixçisi  ―Əhsənüt-təvarix‖  əsərində  əks 
olunan  sinfi  mübarizə  məsələlərinə  xüsusi  diqqət  yetirdikləri  halda,  burjua 
tarixçiləri bu məsələlərin üstündən sükutla keçmişlər. Həsən bəy Rumlu XV-XVI 
əsrlərdə feodal zülmü və təcavüzünə qarşı baş verən aşağıdakı iğtişaş və üsyanlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə