Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   38   39   40   41   42   43   44   45   46

83 
 
silah gücü ilə sakitləşdirdikdən sonra geri qayıdırdılar. Şah Təhmasibin Gürcüstana 
bu  dəfəki  yürüşünün  səbəbi  ―Əhsənüt-təvarix‖  əsərində  göstərilmirsə  də, 
hadisələrin  gedişindən  aydın  olur  ki,  bu  səfərdən  onun  məqsədi  heç  də  gürcüləri 
cəzalandırmaq  olmamışdır.  Fikrimizcə,  Şah  Təhmasib  bu  yürüşə  qardaşı  Əlqas 
Mirzəni həbs etmək xatirinə çıxmışdı. Həsən bəy Rumlu yazır: ―Dinin pənahı olan 
şah köç-köç Gəncəyə gəldi. Oradan çıxdıqdan sonra Yevlaxda dayandı. Yevlaxdan 
da İbrahim xan Zülqədər, Hüseynxan Sultan Rumlu, Göyçə Sultan Qacar, Şahverdi 
Sultan  Ziyadoğlu  və  Xacəbasanı  500  döyüşkən  süvari  ilə  haqtanımaz  Əlqasın 
olduğu  Şamaxıya  hücuma  göndərdi‖  [65,  317].  Yuxarıda  göstərmişdi  ki,  Əlqasın 
xoşagəlməz hərəkətini Şah Təhmasib bağışlamışdı, lakin görünür, qardaşının üsyan 
etmək cəhdi onu təşvişə salmış və məhz buna görə də o, Gürcüstana yürüş bəhanəsi 
ilə Təbrizdən çıxaraq Əlqasa hücum etmişdi. Demək lazımdır ki, Şah Təhmasibin 
təşvişi  əsassız  deyildi.  941  (1534/35)-ci  ildə  Herata  hakim  təyin  etdiyi  ortancıl 
qardaşı Sam Mirzə də ona qarşı düşmənçilik mövqeyində durmuş, ancaq tezliklə 
bağışlanmasını xahiş etmiş və həbs edilib qalaya salınmışdı [65, 260-262]. 
I Şah Təhmasibin Şamaxıya qoşun göndərməsi ilə Əlqas üsyanının ikinci 
mərhələsi  başlanmış  oldu.  O  vaxt  Əlqas  Dağıstana  hərbi  səfərə  çıxmışdı. 
Hadisədən  xəbərdar  olub  geri  qayıdan  səfəvi  şahzadəsi  Samur  çayı  sahilində  və 
Qəbələdə şah qoşunları ilə döyüşüb məğlub olmuşdu [65, 320]. Əlqasın İstambula 
qaçması ilə onun üsyanının ikinci mərhələsi bitdi. 
Əsərdə  biz  bir  daha  Əlqasla  955  (1548)-ci  ildə  Sultan  Süleymanın 
Azərbaycana  3-cü  hücumu  zamanı  qarşılaşırıq.  Əvvəlcə  türklərlə  əlbir  olan, 
sonradan isə osmanlı sultanından üz çevirən Əlqas çox keçmədən Şah Təhmasibə 
təslim  olub  qalaya  salınmışdı  [65,  340;  81,  270a;  76,  516]  ki,  bununla  da  Əlqas 
üsyanının son mərhələsi tamamlanmış oldu. 
Göstərmək  lazımdır  ki,  qızılbaş  yürüşü  zamanı  mühasirədə  saxlanılan 
Gülüstan və Dərbənd qalaları, nəhayət, 954 (1547/48)-cü ildə fəth olunmuş və adı 
çəkilən birinci qala Şah Təhmasibin əmri ilə dağıdılmışdı [65, 321-322]. Həsən bəy 
Rumlu  yazır  ki,  Sulut  (?)  qalasının  hakimi  Məsih  Şirvaninin  təslim  olmasından 
sonra  ―Şirvan  vilayəti  ikinci  dəfə  dinin  pənahı  olan  şahın  əlinə  keçdi.  O,  bütun 
Şirvan məmləkətini oğlu İsmayıl Mirzəyə verdi‖ [65, 323]. Lakin məlum olduğu 
kimi,  elə  həmin  il  Şirvanın  qızılbaşların  əlindən  çıxarılmasından  ötrü  cəhd 
edilmişdi.  Görünür  ki,  şirvanşahların  varisləri  öz  nəsli  hakimiyyətlərindən  əl 
çəkmək  istəmirdilər.  Həsən  bəy  Rumluya  görə,  954  (1547/48)-cü  ildə 
şirvanşahların  nəvələrindən  biri  olan  Bürhan  Dağıstandan  Şirvana  hücum  edərək 
qızılbaş  əsgərləri  ilə  döyüşmüş  və  məğlub  olmuşdu.  Elə  o  vaxtlarda  da  Sultan 
Süleymanın  Azərbaycana  3-cü  yürüşü  başlanmış  və  bunu  eşidən  İsmayıl  Mirzə 
Şirvanı  tərk  edib,  atasının  köməyinə  getmişdi.  Bundan  istifadə  edən  Bürhan 
Şamaxını  ələ  keçirmişdi  [65,  326-327].  Bizim  müəllif  yazır  ki,  Şirvan  iki  il 
Bürhanın  əlində  qaldı.  Ancaq  956  (1549/50)-cı  ildə  Bürhan  qəflətən  vəfat  etdi, 
məhz  bu  zaman  I  Şah  Təhmasib  öz  qohumu  Abdulla  xan  Ustaclunu  Şirvanı 


84 
 
tutmağa  yolladı  və  qızılbaşlar  təzədən  ora  sahibləndilər  [65,  341].  Göstərmək 
lazımdır  ki,  şirvanlılar  onlara  rəğbət  bəsləmir,  özlərinə  şirvanşahların  nəslindən 
hakim  istəyirdilər.  Təsadüfi  deyil  ki,  954  (1547-48)-cü  ildə  Şirvana  hücum  edən 
Bürhan  üstünə  göndərilən  qızılbaşlarla  döyüşən  vaxt  onun  tərəfində  çoxlu  yerli 
əhali  vardı.  Bürhanın  məğlubiyyətini  təsvir  edən  Həsən  bəy  Rumlu  həmin 
məğlubiyyəti  ―Bürhan  məğlub  oldu‖  kimi  yox,  ―Şirvan  məğlub  oldu‖  deyə  ifadə 
etmişdir [65, 326]. Bu məsələ ilə əlaqədar bir faktı da göstərmək lazımdır ki, 956 
(1549/50)-cı ildə Bürhanı dəfn edən şirvanlılar ölkələrini ələ keçirən Abdulla xana 
onun qəbrinin yerini göstərməmişdilərsə də, qızılbaşlar qəbri tapıb, meyiti oradan 
çıxarmış,  ölü  başı  bədənindən  ayırmışdılar.  Həsən  bəy  Rumlu  bildirir  ki,  bu 
hadisəyə  görə  şirvanlılar  yenidən  üsyan  etdilərsə  də,  Abdulla  xan  üsyanı  qanla 
yatırtdı  [65,  341].  Bu  misallarda  öz  hakimiyyətlərini  bərpa  etmək  uğrunda 
şirvanlıların inadla apardıqları mübarizə nümayiş etdirilmişdir. 
I  Şah  Təhmasib  Şəki  dövlətini  də  ələ  keçirməyi  qət  etmişdi.  O, 
osmanlıların  Azərbaycana  3-cü  yürüşündən  sonra  qorçibaşı  Sevindik  bəy  Əfşarı 
Şəki  üzərinə  göndərmiş  [65,  334],  əmr  yerinə  yetirilmişdi  [65,  334].  Lakin 
qorçilərin hücumu zamanı qaçıb Kiş qalasına sığınan Dərviş Məhəmməd xan onlar 
geri qayıdandan sonra yenidən Şəkiyə gəlmişdi. 
Şəki  958  (1551)-ci  ilə  qədər  Dərviş  Məhəmməd  xan  tərəfindən  idarə 
edildi.  Nəhayət,  ―Şəki  hakimi  Dərviş  Məhəmməd  xandan  dəfələrlə  müxalifət  üz 
verdiyinə  görə‖  I  Şah  Təhmasib  çoxlu  qoşunla  Şəkiyə  hücum  etdi.  Həsən  bəy 
Rumlu  göstərir  ki,  Şəki  xanının  olduğu  Gələsən-Görəsən  qalası  Şirvan  hakimi 
Abdulla  xan  və  ona  qoşulmuş  gürcü  Ləvənd  xan  tərəfindən  mühasirə  edildi  [65, 
350]. Yalnız 20 gündən sonra qala alınıb dağıdılmışdı [65, 350]. Bir qədər sonra 
Gələsən-Görəsəni  tərk  edib  qaçmaq  istəyən  Dərviş  Məhəmməd  xan  öldürüldü  və 
beləliklə  də,  Şəki  Səfəvi  dövlətinin  bir  əyalətinə  çevrildi  [65,  351;  81,  271a;  61, 
322a; 77, 204; 58, 83]. 
 
Həsən  bəy  Rumlu  şirvanlıların  müstəqil  olmaq  arzularını  əsərində  əks 
etdirmişdir. Sultan Süleymanın 961  (1554)-ci ildə Azərbaycana etdiyi 4-cü hücum 
zamanı Türkiyədən onunla birlikdə şirvanşahlar nəslindən olan Qasım bəy Şirvani 
adlı bir şəxs də gəlmiş və Şirvana yürüş etmişdi. Bu xəbəri eşidən şirvanlılar dərhal 
Abdulla      xandan  dönüb  ona  qoşulmuşdular  [65,  382;  81,  273a;  58,  82].  Qasım 
bəyin  və  üsyan  edən  şirvanlıların  üzərinə  yollanan  Abdulla  xan  Təngədə  onlara 
çatmışdı.  Bu  haqda  ―Əhsənüt-təvarix‖də  oxuyuruq:  ―qızılbaşlar  hücum  edən     
vaxt  şirvanlılar  da  qılınclarını  sıyırıb  döyüşə  başladılar.  Tezliklə  Abdulla  xan 
Şamaxıya  qayıtmağa  məcbur  oldu  və  Qasım  bəy  Buğurda  gedib,  40  gün  orada 
gözlədi.  Sonralar  Abdulla  xanın  olduğu  Gülüstan  qalasına  Qasım  bəyin  hücumu 
zamanı  1500  qızılbaş  döyüşçüsü  şirvanlılar  tərəfindən  öldürülmüşdü.  Buna 
baxmayaraq səfəvi döyüşçüləri Qasım bəyi məğlub etdilər‖ [65, 383]. 
Güman ki, bu hadisədən sonra 961 (1553/54)-ci ildə 985 (1577/78)-ci ilə 
qədər  Şirvanda  qızılbaşlara  qarşı  elə  mühüm  ixtilaf  olmamış  və  buna  görə  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə