|
Azərbaycan Tibb Universitetiİşıqla bərkiyən kompozitlər
|
səhifə | 3/5 | tarix | 11.05.2022 | ölçüsü | 0,72 Mb. | | #86665 |
| kompozitlər - Birkomponentli materiallardır. Polimerləşmə mexanizmi kimyəvi kompozitlərdə olduğu kimidir. Ancaq onlarda polimerləşməni kimyəvi aktivatorlar deyil, foton enerjisi (işıq) aktivləşdirir. Fotopolimer materiallarda polimerləşmə dalğa uzunluğu 450-550 nm olan görünən mavi işıqların köməyilə baş verir.
- Həcmin dəyişməsini minimuma endirmək üçün polimerləşmə başlanğıcı «yumşaq» olmalıdır.
Üstünlükləri:
- Yüksək möhkəmlik
- İşin rahatlığı, tələskənliyin olmaması
- Yüksək rəng stabilliyi
- İtkisiz istifadə, yəni həkim lazım olan qədər material götürür.
- Yüksək estetiklik və rəng seçimi dəqiqliyi
- Bir dişdə bir neçə rəng və şəffaflıq zonası alına bilməsi
Çatışmayan cəhətləri:
- Onun tətbiqinin mürəkkəb texnoloji proses olması
- Əlavə cihaz və vasitələrin (polimerləşdirici cihaz və ya fotopolimerizator, qoruyucu eynək və ekran) istifadəsi
- Yüksək qiymət
Kompozit plomb materiallarının müsbət xüsusiyyətləri:
Kimyəvi və mexaniki stabillik
Rənginin dəyişməməyi
Yaxşı cilalanmağı
Diş toxumalarına yaxın olan istidən genişlənmə əmsalı
Müxtəlif rəng çalarları
Dostları ilə paylaş: |
|
|