Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə10/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   6   7   8   9   10   11   12   13   ...   206

22 

 

əlaqələndirirlər.  Mənbələrdə  təkcə  Salyan  və  Biləsuvar  r-nları  ərazisində  4 



Ağçala adlı gölün olduğu göstərilir. 

Ağçay  hidr.,  mür.  1.  Quba  və  Xaçmaz  r-nlarında  çay.  Yan  silsilənin 

Yarımyaylaq dağından (1780 m. yüksəklikdən) baĢlanır. Xəzər dənizinə tökülür. 

Əsas  qolu  Quruçaydır.  Suvarmada  istifadə  edilir;  2.  Quba  r-nu  ərazisində  çay. 

Qudyal  çayının  sağ  qoludur;  3.  Qax  r-nu  ərazisində  çay.  Qurmux  çayının  sağ 

qoludur. Qurmux çayına nisbətən suyunun duru olduğu üçün belə adlandırılması 

ehtimal  olunur;  4.  Kəlbəcər  r-nu  ərazisində  çay.  Lev  çayının  (Tərtər  hövzəsi) 

qoludur. Laçın, Qubadlı, Oğuz, Tovuz r-nları ərazisində də eyniadlı çaylar qeydə 

alınmıĢdır.  Hidronim  ağ  (kiçik;  içməyə  yararlı;  axan;  cənub)  və  çay  (axar  su) 

sözlərindən  düzəlib.  Dağıstan,  Çcçenistan,  Rostov  vilayəti  (Don  çayının  sağ 

qolu)  ərazisində  Aksay  adlı  çaylar  da  qeydə  alınmıĢdır.  Maraqlı  burasıdır  ki, 

Ağçay  adlı  çayların  böyük  əksəriyyəti  ayrıldıqları  çayların  sağ  qolunu  təĢkil 

edir. 


Ağçay oyk., sadə. l.Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın 

kənarındadır.  XIX  əsrdə  gəlmə  rusların  məskunlaĢdığı  bu  kənd  Vasilyevka 

(1992-ci  ilədək)  adlandırılmıĢdı;  2.  Qax  r-nunun  Ġlisu  i.ə.v.-də  kənd.  Ağçayın 

sahilində,  BaĢ  Qafqaz  silsiləsinin  c.  ətəklərindədir.  YaĢayıĢ  məntəqəsi  1953-cü 

ildə yeni yaradılmıĢ üzümçülük sovxozunun fəhlələri üçün salınmıĢdır. Kəndlər 

öz adlarını ərazidəki eyniadlı çaydan almıĢlar. Ural və Rostov vilayətlərində də 

eyni-adlı (Aksay) yaĢayıĢ məntəqələri qeydə alınmıĢdır. 

Ağdaban  or.,  mür.  ġərur,  Kəlbəcər  və  Ağdərə  r-nları  ərazisində  dağ. 

Oronim  ağ  (ağımtıl-bozumtul  rəng;  kiçik,  alcaq,  çox  da  hündür  olmayan)  və 



daban (aĢırım; təpə; dağ yüksəkliyi; dağ və ya qaya ayağının aĢağı hissəsi; dağın 

dibinə yaxın yer) sözlərindən düzəlib, "kiçik aĢırım" deməkdir. 



Ağdaban hidr., sadə. Kəlbəcər r-nunda çay. Tərtər çayının sol qoludur. 

Adını  eyni-adlı  dağdan  almıĢdır.  Obyektin  baĢlanğıcını,  mənbəyini,  yerləĢdiyi 

ərazini göstərir. 

Ağdaban oyk, sadə. Kəlbəcər r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağdaban 

çayının  sağ  sahilində,  Murovdağ  silsiləsinin  c.  ətəyində,  Ağdaban  dağının 

yamacındadır.  Adını  eyni-adlı  dağdan  almıĢdır.  XIX  əsrin  sonunadək  kəndin 

ərazisi Dəmirçidam kəndinin binəsi olmuĢdur. 1905-ci ildə həmin kəndin dəlikli, 

məmmədli,  məhərrəmli,  feyzalılar  adlı  nəsillərindən  bir  qrup  ailələr  bu  binəyə 

köçərək burada məskunlaĢmıĢlar. 



Ağdağ or., mür. 1. Qazax r-nunun Köçəsgər kəndindən c.-da dağ. Hün. 

770 m.; 2. Ordubad r-nu ərazisində dağ; 3. Tovuz r-nunda, Tovuz Ģəhərindən c.-

q.-də  dağ.  Hün.  937  m.;  4.  ġəmkir  Ģəhərinin  q.-ində  dağ.  Hün.  359  m.;  5.  ġəki 

yaylasından  c.-da,  Axar-baxar  silsiləsinin  q.  hissəsində  zirvə.  Hün.  282  m. 

Oronim ağ (kiçik, alçaq) və dağ (yer səthinin müsbət relyef forması) sözlərindən 

düzəlib, "kiçik, alçaq dağ" deməkdir. Dağların ağ rəngə çalan süxurlardan ibarət 

olduğu üçün bu adı alması fikri də istisna deyil. Hələ XIII əsrə aid coğrafi adlar 



23 

 

lüğətlərində  Ağdağ  oroniminə  rast  gəlmək  mümkündür.  Ağdağ  digər  türkdilli 



xalqların  oronimiyasında  da  geniĢ  yayılmıĢdır:  Aktuu  (Dağlıq  Altay),  Aktau 

(Tatarıstan, Qazaxıstan), Ağdağ (Ġran, Türkiyə) və s. 



Ağdam  or.,  mür.  1.  Ağdam  r-nu  ərazisində  dağ;  2.  AbĢeron  r-nu 

ərazisində,  Qobustanda  palçıq  vulkanı;  3.  Tovuz  r-nunun  Ermənistanla 

sərhədində  dağ.  Hün.  966  m.  Oronim  ağ  (rəng;  kiçik,  alçaq)  və  dam/tam  (yer 

qatı;  divar;  qala;  yüksəlmiĢ  tikilinin  üst  örtüyü,  baĢı,  zirvəsi)  sözlərindən 

düzəlib, "kiçik qala; kiçik  yüksəklik; kiçik zirvə" deməkdir. Adlandırmada dağ 

süxurlarının rənginin ağımtıl olmasının nəzərə alınması da istisna deyil. 



Ağdam  oyk.,  sadə.  1.  Azərb.-da  inzibati  r-n.  1930-cu  ildə  təĢkil 

edilmiĢdir.  Kür-Araz  ovalığının  q.  hissəsində  və  Kiçik  Qafqazın  Ģ.  ətəklərində 

yerləĢir.  Xaçın  və  Tərtər  çayları  r-nun  ərazisindən  axır.  Burada  tikinti  daĢları 

istehsal  edilir.  Mərkəzi  Ağdam  Ģəhəridir;  2.  Azərb.-da  Ģəhər  (1828-ci  ildən). 

Eyniadlı r-nun mərkəzidir. Qarqar çayının sol sahilində, Qarabağ düzünün c.-q.-

indədir. ġəhərin əsası  XVIII əsrin ikinci  yarısında qoyulmuĢdur. Burada Pənah 

xanın ağ daĢdan tikdirdiyi "Ġmarət" mühafizə edilib. ġəhərin adının bu bina ilə 

əlaqədar olması ehtimal edilir. Lakin əslində, Ģəhərin adı yaĢayıĢ məntəqəsi kimi 

ilk  dəfə  1357-ci  ilə  aid  mənbələrdə  çəkilir.  Ağdam  yaxınlığındakı  ġahbulaq 

adlanan yerdə əhəngdaĢıdan ibarət qədim daĢ karxanası vardır. Qalanın divarları 

həmin  daĢdan  hörülmüĢdür.  Bütün  bunlara  baxmayaraq,  Ģəhərin  adı  r-nun 

ərazisindəki eyniadlı dağdan götürülmüĢdür; 3. Tovuz r-nunun Vahidli i.ə.v.-də 

kənd. Kiçik Qafqazın ətəyindədir. Kəndin adı r-nun ərazisindəki eyniadlı dağdan 

götürülmüĢdür.  1917-ci  ildə  bu  kəndin  adı  Ağdam  Ocaqlı  Ģəklində  qeydə 

alınmıĢdır;  4.  Xocavənd  r-nunun  Tuğ  i.ə.v.-də  kənd.  Qarabağ  silsiləsinin 

ətəyindədir. XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə 

əvəz etmiĢdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmıĢdır. 

Ağdam  hidr.,  sadə.  AbĢeron  yarımadasında  göl.  Gölün  adı 

yarımadanın ərazisindəki eyniadlı dağdan götürülmüĢdür. 



Ağdamkənd  oyk.,  mür.  Ağdam  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Qarabağ  düzündədir.  Ağdamkənd  su  anbarı  kəndin  yaxınlığındadır.  Oykonim 



Ağdam  (r-nun  ərazisindəki  dağın  adı)  kənd  (yaĢayıĢ  məntəqəsi)  sözlərindən 

düzəlib, kəndin ərazisindəki dağın adını əks etdirir. 



Ağdam  Qalal/Ağdam  Kələl  oyk.,  mür,  Zaqatala  r-nunun  Gözparaq 

i.ə.v.-də  kənd.  Dağlıq  ərazidədir.  Oykonim  Ağdam  (oyk.)  və  Qalal  (oyk.) 

sözlərindən  ibarətdir.  Kəndin  adının  Ağdam  Qalal  variantını  səhv  hesab  edən 

bəzi  tədqiqatçıların  fikrincə,  vaxtilə  kəndin  ərazisində,  Dağıstana  gedən  yolun 

kənarındakı dağ keçidində daĢdan bir bina (dam) tikilmiĢ və ağ kirəclə suvanıb 

ağardılmıĢdır.  Xarici  görünüĢünə  görə  Ağdam  adlanan  bu  binadan  karvansara, 

düĢərgə məqsədilə istifadə olunurdu. XIX əsrdə Dağıstanın BaĢ Kələl kəndindən 

bir  qrup  ailə  köçərək  burada  məskunlaĢmıĢ,  yeni  yaĢayıĢ  məntəqəsini  BaĢ 

Kələldən  fərqləndirmək  üçün  Ağdam  Kələl,  yəni  "Ağdamın  yanında  salınmıĢ 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə