14
izah edirlər: Ġran mənĢəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün
qismən təhrif olunmuĢ formasıdır. Toponim
a (ab) "su",
fur/for "aĢağı" və
ca
(castən) "sıçramaq" sözlərindən düzəlib, "su aĢağı sıçrayan (tökülən) yer, Ģəlalə"
deməkdir.
Ağababa/Ağbaba or., sadə. Kəlbəcər r-nunun Ģ. hissəsində, Qarabağ
silsiləsində dağ. Hün. 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal
dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərb.-nın
Amasiya r-nunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağabağı oyk., mür. Zərdab r-nunun ġıxbağı i.ə.v.-də kənd. Kür çayının
sahilində, ġirvan düzündədir. Oykonim Ağa (Ģəxs adı) və bağ sözlərindən
düzəlib (-ı mənsub. Ģək.-si), "Ağaya məxsus bağ" deməkdir. Mənbələrin verdiyi
məlumata görə, 1855-ci ildə Kür sahilində 740 desyatinlik rut bağı (çəkillik)
ayrı-ayrı Ģəxslər arasında bölüĢdürülmüĢdü. Ağa adlı bir nəfərə verilmiĢ hissə
əhali arasında Ağabağı adlandırılmıĢdır. Sonralar Zərdabın kəndlərindən buraya
köçmüĢ ailələr həmin ərazidə məskunlaĢmıĢ, yeni yaĢayıĢ məntəqəsi həmin adı
saxlamıĢdır.
Ağabəyələnc/Ağabəyəlenc (1979) /
Ağabəyəlinc (1933)
oyk, mür.
Ağdərə r-nunun Möhrətağ i.ə.v.-də kənd. Oykonim ağabəy (ağabəyli etn.-nin
qısaldılmıĢ forması), -3 (bitiĢdirici sait) və linc/lənc (tat dilində "ətək, yer,
yüksəklik") sözlərindən düzəlib, "ağabəylilərə məxsus yüksəklik" deməkdir.
Kəndin adı XIX əsrdə Ağabəyyal kimi qeydə alınmıĢdır. Toponimin ikinci
komponentinin lənc sözü ilə əvəz olunması XIX əsrin əvvəllərində Ġrandan
gəlmə erməni ailələrinin həmin ərazidə məskunlaĢması ilə əlaqədardır. 1992-ci
ildən kənd Ağabəyyal adı ilə rəsmiləĢdirilmiĢdir.
Ağabəylər hidr., sadə. ĠmiĢli və Biləsuvar r-nları ərazisində çay.
Etnohidronimdir. Ağabəylilər nəsli 1903-cü ilədək Cavad və Göyçay
qəzalarında yaĢamıĢ ərəbəbdülkərimli tayfasının qollarından biridir. Bu nəsil
Hacalıbəy oğlu Ağabəyin adını daĢıyır.
Ağabəyli oyk., sadə. 1. Ağcabədi r-nunun Hacıbədəlli i.ə.v.-də kənd.
Qarqar çayının sahilindədir; 2. Ağsu r-nunun Çaparlı i.ə.v.-də kənd. Ağsu
çayının sahilində, ġirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim
ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı ġamaxı r-nunda Ağabəyli
(1933), Ağdam və Ağsu r-nlarında Ağalarbəyli (1917-1961), Ağsu r-nunun
Bozavand kəndində Ağaboy qobusu, Qax r-nunun Zərnə kəndində Ağabəylilər
obası və s. qeydə alınmıĢdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus
bir nəslin adıdır.
Ağabulağı or., sadə. Tovuz r-nu ərazisində dərə. Oronim dərədəki
eyniadlı bulağın adından yaranmıĢdır. "Ağaya (mülkədara) məxsus bulaq olan
dərə" deməkdir.
Ağacanlı oyk., düz. Sabirabad r-nunun Qaragüney i.ə.v.-də kənd. Kür
çayının sahilində, ġirvan düzündədir. Etnotoponimdir. Oykonim XIX əsrin
15
ortalarında ġirvandan köçmüĢ muğanlı tayfasının xiləmirzələr tirəsinə aid
ağacanlı nəslinin adını daĢıyır.
Ağacbulaqdərəsi hidr., mür. Yardımlı r-nu ərazisində dərə və həmin
dərədən axan çay. Hidronim Ağacbulaq (bulağın adı) və dərəsi
komponentlərindən düzəlib. Adından məlum olduğu kimi, çay meĢədə yeraltı
suların üzə çıxaraq axması nəticəsində yaranmıĢdır. Çay Ağacbulaq adlı bulağın
yerləĢdiyi dərə ilə axdığı üçün belə adlandırılmıĢdır.
Ağacəri or., sadə. Tovuz r-nu ərazisində dağ. Hün. 1769 m.
Etnooronimdir. Eyniadlı dağ Cənubi Azərb. ərazisində də qeydə alınmıĢdır.
Ağacqala oyk., mür. Tovuz r-nunun Santala i.ə.v.-də kənd. Dağlıq
ərazidədir. Oykonim ağac (taxta) və qala (qurğu, tikinti) sözlərindən düzəlib,
"taxtadan tikilmiĢ, qurulmuĢ qala" deməkdir. BaĢqa məlumata görə, əsl adı
Ağcaqaladır. Kənd adını sıldırım qayada olan Ağcaqalanın (XIX əsrdən adı
çəkilən Kirən qalasının xarabalığıdır) adından almıĢdır. Toponim ağca (qalanın
divarları kirəc və gil məhlulla hörüldüyündən ağımtıl görünür) və qala
sözlərinin birləĢməsindən əmələ gəlib, "ağımtıl divarlı qala" mənasındadır. Qeyd
etmək lazımdır ki, Azərb. dilində kərən "meĢə məmulatı, Ģalban, tir" deməkdir.
Bu baxımdan Ağacqala toponimi doğru variant hesab olunmalıdır.
Ağaçay hidr., mür. Qubadlı r-nu ərazisində çay. Bazarçayın qoludur.
Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa
adlı pirani bir seyidin adını daĢıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay
(hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
AğakiĢibəyli oyk., sadə. Masallı r-nunun ġərəfə i.ə.v.-də kənd.
Lənkəran ovalığındadır. Etnotoponimdir. Kənd XIX əsrdə təklə tayfasından olan
AğakiĢi bəyə mənsub ailələrin məskunlaĢması nəticəsində yaranmıĢdır.
AğakiĢilər oyk., sadə. Zəngilan r-nunun Ġsgəndərbəyli i.ə.v.-də kənd.
Dağlıq ərazidədir. Etnotoponimdir. Kəndi vaxtilə Ermənistanın Qafan r-nunun
Kirs kəndindən qovulmuĢ ağakiĢilər nəsli salmıĢdır. Kəndin ərazisi keçmiĢdə
həmin nəslin qıĢlaq yeri olmuĢdur. 1933-cü ildə Bərdə r-nu ərazisində də
eyniadlı kənd qeydə alınmıĢdır.
AğalaruĢağı oyk., sadə. Laçın r-nunun Qorçu i.ə.v.-də kənd. Dağlıq
ərazidədir. Etnotoponimdir.
Ağalçay hidr., mür. Tovuz r-nu ərazisində çay. Türk dillərində
ağal
komponenti çay adlarında "sahilindən çıxan, daĢan, həddini aĢan" mənalarını
ifadə edir. Hidronim "daĢan, sahilindən çıxan çay" mənasındadır.
Ağalı oyk., düz. AğdaĢ r-nunun AĢağı Zeynəddin i.ə.v.-də kənd.
Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı
komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus"
deməkdir. 1917-ci ildə Xanlar r-nunda Ağalıbəyli, Kəlbəcər r-nunda Ağalıyeri,
1961-ci ildə Zəngilan r-nunda Birinci Ağalı, Ġkinci Ağalı, Üçüncü Ağalı adlı üç
kənd qeydə alınmıĢdır. Etnotoponimdir.