10
abjit sözü r-nun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla
bağlıdır.
Abjit oyk., sadə. Balakon r-nunun Qaysa i.ə.v.-də kənd. Qoyuntəpə
dağının ətəyindədir. YaĢayıĢ məntəqəsi Ġkinci dünya müharibəsindən sonra
yaradılmıĢdır. Kəndin adı eyniadlı çayın adından alınmıĢdır.
Abrıx oyk., sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Alazan-
Əyriçay çökəkliyindədir. Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı
kəndindən yaranmıĢ yaĢayıĢ məntəqəsidir. IX əsr ərəb coğrafiyaĢünaslarının
yazdığına görə, Beyləqanda (bu Ģəhərin xarabalıqları Mil düzündə indiyədək
Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuĢdur.
Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən
hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları)
dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiĢ və bu adı da
özləri ilə gətirmiĢlər. Mənbələr Bizansda da Abrik adlı Ģəhərin mövcudluğundan
xəbər verir. Azərb. dilinin dialekt və Ģivələrində avırıx/ avruğ "çay qırağında
olan qamıĢlıq, çubuq" demokdir. Türk dilində avrık "hörülmüĢ, sarınmıĢ,
bağlanmıĢ" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamıĢdan
hörülmüĢ qala" kimi izah oluna bilər.
AbĢeron or., sadə. Azərb.-da, Xəzər dənizinin q. sahilində ən böyük
yarımada. Böyük Qafqazın c.-Ģ. qurtaracağındadır. Bakı Ģəhəri və ətraf kəndləri
AbĢeron yarımadasına daxildir. Sözün etimologiyası ilə bağlı müxtəlif fikirlər
mövcuddur. Bəziləri "AbĢeron"un farsca ab (su) və şoran (duzlu) sözlərindən
əmələ gəldiyini güman edirlər. Bir çox alimlərin fikrincə, "AbĢeron" oğuz
boylarından biri olan avşar/əfşar tayfa adı ilə bağlıdır. Mənbələrin məlumatına
görə, Bakı yaxınlığında, Ġrandan Dərbəndə gedən karvan yolu üzərində ƏfĢaran
adlı yaĢayıĢ məntəqəsi olmuĢdur. Orta əsrlərdə Xəzər dənizinin q. sahilində,
Pirallahı adasının qarĢısında ƏfĢaran Ģəhərinin mövcudluğu haqqında məlumat
verilir. Türk-səlcuq tayfa birliyinə daxil olmuĢ və Azərb. xalqının etnogenezində
iĢtirak etmiĢ əfĢarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamıĢ,
Nadir Ģah ƏfĢarın dövründə bir müddət Ġranda hakimiyyəti ələ ala bilmiĢdilər.
Belə olan surətdə əfĢarların adı Azərb. toponimiyasında öz əksini tapmaya
bilməz. Odur ki, Abşeron toponiminin "əfĢarlar yaĢayan yer" kimi izah olunması
məntiqə daha çox uyğundur.
AbĢeron oyk., sadə. 1. Azəb.-nın Ģ.-ində inzibati r-n. Fatmayı, Masazır,
Məhəmmədli, Hökməli kəndləri, Güzdək, Qobu, Saray, Digah, Ceyranbatan
qəsəbələri r-nun ərazisinə daxildir; 2. Bakı Ģəhəri, Əzizbəyov r-nunda qəsəbə.
Xəzərin sahilində, eyniadlı yarımadada salınmıĢdır (1960-cı illərdə). Türkiyə,
Ġran, Ermənistan, Gürcüstan, Türkmənistan ərazilərində də avĢar/əfĢar etnonimi
ilə bağlı çoxlu coğrafi adlara rast gəlmək mümkündür. Krasnodar vilayətindəki
ApĢeronsk Ģəhər və r-nunun adı isə AbĢeron y.a.-nın adı ilə bağlıdır.
11
AbĢeron
arxipelaqı or., mür. Xəzər dənizində AbĢeron
yarımadasından Ģ.-də bir qrup adadır. Arxipelaqın tərkibinə Pirallahı, Çilov, Qu
daĢı, Böyük Tava, Kiçik Tava və b. adalar daxildir.
AbĢeron boğazı hidr., mür. Pirallahı adası ilə AbĢeron yarımadası
arasında su sahəsi. Bu boğazda Ģose və elektrik d.y.-ları keçən bənd salınmıĢdır.
AbĢeron kanalı hidr., mür. AbĢeron yarımadasında q.-dən Ģ.-ə doğru
uzanır. Kanala su Ceyranbatan su anbarından verilir.
Acıbulaq hidr., mür. AbĢeron yarımadasında göl. Hidronim
acı və
bulaq sözlərindən düzəlib, göl suyunun dadına görə bu adı almıĢdır. Belə
hidronimlərdən biri də Kürdəmir r-nu ərazisindəki Acı arxdır. ġamaxı və Qazax
r-nları ərazisində və ġəki r-nunun Təpəcənnət kəndində də Acıbulaq adlı su
obyektləri qeydə alınmıĢdır.
Acıçay hidr., mür. 1. ġamaxı r-nunda çay (Çigil çayı hövzəsi). Tudar
kəndinin yaxınlığından axır. Tudar da adlanır; 2. Qax r-nunda çay. Kürmük
(Qurmux) çayından ayrılaraq Qanıx (Alazan) çayına tökülən qoldur. Hidronim
acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya Ģor olduğunu bildirir.
Türkmənistan ərazisində Açisay adlı çay və yaĢayıĢ məntəqəsi qeydə alınmıĢdır.
AcıçeĢmən or., mür. Ordubad r-nu ərazisində dağ. Oronim
acı (dad
bildirən söz) və çeşmə(n) (far. bulaq) sözlərindən düzəlib, "acıbulaq" və ya
"acıbulaqlar" deməkdir. Dağın adı ərazidəki duzlu bulaqlardan alınmıĢdır.
Acıdağ or., mür. Goranboy r-nu ərazisində dağ. Hün. 807 m. Oronim
acı və dağ sözlərindən düzəlib. Mütəxəssislərin fikrincə, oronimin birinci
komponenti dad bildirən sifətlə ifadə olunaraq coğrafi obyektin süxurlarının acı
maddələrlə zəngin olduğunu bildirir. BaĢqa mülahizəyə görə, dağın adındakı acı
sözü oradakı otların acı olmasını əks etdirir. Ġlin üç fəslində bu otlar acı olduğu
üçün heyvanlar onu yemir. Yalnız qıĢda bu otlar quruduqda yem üçün yararlı
olduğundan maldarlar qıĢ qoyun yataqlarını, binələri belə yerlərdə salırlar. Lakin
onu da əlavə etmək lazımdır ki, açı taş ifadəsi qədim türk dillərində "zey, zəyli"
mənalarında iĢlənmiĢdir. Ərazidəki Zəylik, Zəylikçay coğrafi adları bu fikri
təsdiqləyir. Mənbələrdə bu ərazidə Acıqala oronimi də qeydə alınmıĢdır.
Acıdərə/Ajıdərə/Acdərə hidr., mür. l.Ġsmayıllı və Kürdəmir r-
nlarından axan çay. Girdiman çayının sol qoludur; 2. ġamaxı r-nunda çay
(Girdiman çayı hövzəsi). Pirsaat çayının sol qoludur. Sündü kəndi yaxınlığından
baĢlayıb, Acıdərə kəndi yaxınlığında qurtarır. Yay quraq keçəndə suyu azalır və
ĢorlaĢır. Buna görə də Acıdərə adlanır. Bu çaylar adlarını ərazidəki eyniadlı çay
dərələrindən almıĢlar.
Acıdərə or., mür. 1. ġamaxı r-nu ərazisində dağ. Hün. 931 m; 2.
ġamaxı r-nunda eyniadlı çayın dərəsi. ġamaxı Ģəhəri kənarından baĢlayıb,
Acıdərə kəndi yaxınlığında qurtarır. 3. Qazax r-nunun Ģm.-q.-ində yarğan.
Yaylacıq dağlarından c. istiqamətdə ayrılan Dəmirdağ, Ġlanlıcadağ və Sacdağ
yüksəklikləri ilə birləĢir. Həmin yüksəkliklərin arasındakı dərə keçmiĢdə Böyük