Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə18/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   14   15   16   17   18   19   20   21   ...   206

38 

 

Aqalıx,  ġamaxı  qəzasında  Aqan  (1961-ci  ildə  Əhən)  oykonimləri  də  qeydə 



alınmıĢdır. 

Aqarlincə or., mür. Quba r-nu ərazisində dağ. Oronim türk dillərindəki 

aqar  (hündür,  yüksəklik;  nərdivan,  pilləkən)  və  tat  dilindəki  lingə/lincə  (ətək, 

yer;  nərdivan,  pilləkən)  sözlərindən  düzəlib.  Hər  iki  komponent  yüksəklik 

anlamı ilə bağlıdır. Astara r-nunun PəlikəĢ kəndi ərazisindəki Ağalingə dağının 

adı da Aqarlincə oroniminin bir variantıdır. 



Aqartəpə  or.,  mür.  Laçın  r-nu  ərazisində  dağ.  Oronim  aqar  və  təpə 

(yüksəklik  anlayıĢı  bildirən  coğrafi  termin)  sözlərindən  düzəlib,  "hündür  təpə, 

yüksək  təpə,  dağ"  deməkdir.  "Aqar"  komponentli  coğrafi  adlara  Türkmənistan 

(Aqar), Gürcüstan (Aqara), Ermənistan (Aqarak, Gülaqarak), Türkiyə (Eqerek), 

Hindistan (Aqartala) və b. ölkələrin ərazisində də rast gəlmək mümkündür. 

Aqusəm/Aqussam  (1917)  /  Aqusən  (1933)  oyk.,  mür.  Cəlilabad  r-

nunun Cəngan i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cür 

izah  etmək  olar:  1.  Türk  dillərində  ağı/aqu  (acı,  zəhər)  və  sam  (isti  külək) 

sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; 2. Türk dillərində aqus/ağuj 

(ağız südü, yeni bala vermiĢ heyvanın ilk südü) və sən/san (sağım) sözlərindən 

düzəlib,  "yeni  bala  vermiĢ  heyvanların  saxlandığı,  sağıldığı  yer"  deməkdir. 

Toponimiyada  Aqusəm  kənd  adını  Aqusəm  çayının  adı  ilə  də  bağlayırlar.  Bu 

baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuĢ forması kimi 

qəbul olunur. 

AquĢa/AğuĢa/AkuĢa  Bala  Kür  hidr.,  düz.  Salyan  Ģəhəri  yaxınlığında 

Kür  çayından  ayrılan  qol.  KeçmiĢdə  Qızılağac  körfəzinin  bir  hissəsi  olmuĢ 

XurĢidçalaya  tökülürdü.  Sonralar  Kürün  səviyyəsi  aĢağı  düĢdüyündən  bu  çaya 

su  axmamıĢdır.  Bala  Kür  kimi  "kiçik  Kür"  mənasını  ifadə  edir.  Dağıstan 

ərazisində  AkuĢa  adlı  kənd  və  r-n  qeydə  alınmıĢdır.  Deyilənə  görə,  keçmiĢdə 

burada  Dağıstanın  AquĢa  mahalından  gəlib  Kür  çayının  kənarında  məskən 

salanların eyniadlı yaĢayıĢ məntəqəsi olmuĢdur. Çayın qolu da həmin kəndin adı 

ilə adlanmıĢdır. Bəzi tədqiqatçılara görə, hidronim farsca ağuş (qucaq) sözündən 

düzəlib, "çay qolları ilə bürünmüĢ ərazi, delta" deməkdir. 

AlabaĢlı  oyk.,  sadə.  Xanlar  r-nunun  Qarayeri  i.ə.v.-də  kənd.  QoĢqar 

çayının  sağ  sahilindən  bir  qədər  aralı,  Gəncə-Qazax  düzənliyindədir. 

Etnooykonimdir. 1943-cü ilədək ġəmkir r-nunun Qasım Ġsmayılov kəndinin adı 

da AlabaĢlı olmuĢdur. 



Alaciki or., mür. Qazax r-nunda dağ. Gürcüstanla sərhəddədir. Ağstafa 

Ģəhərinin Ģm.-Ģ.-ində yerləĢir. Hün. 696 m. XV əsr Azərb. Ģairi Bədr ġirvaninin 

əsərlərində  Alancik  coğrafi  adına  təsadüf  olunur.  Türk  dillərində  cıq/ciq  "dar 

dərə";  "xəndək,  səngər",  "çıxıntı"  mənalarını  ifadə  edir.  "Alaciki"  oroniminin 

coğrafi  mövqeyi  onun  Alanciki  olduğunu  düĢünməyə  əsas  verir.  Oronim  alan 

(etn.),  cik  (dərə)  və  -/  (mənsub.  Ģək.-si)  komponentlərindən  düzəlib,  "alan 

dərəsi" deməkdir. Dağ öz adını oradakı dərənin adından almıĢdır. 



39 

 

Alaçadırlı  oyk.,  sadə.  Bərdə  r-nunun  Kələntərli  i.ə.v.-də  kənd.  Tərtər 

çayının  sağ  sahilində,  Qarabağ  düzündədir.  KeçmiĢ  adı  Məzməzəkdir.  Ərazi 

XIX  əsrdə  Zəngəzur  qəzasının  Məzməzək  kəndinin  qıĢlağı  olmuĢdur.  Sonralar 

bu  kənddən  alaçadırlı  nəslinə  mənsub  ailələr  köçərək  qıĢlaq  yerində 

məskunlaĢdığı üçün kənd də həmin nəslin adını daĢımıĢdır. Etnooykonimdir. 



AladaĢ  or.,  mür.  1.  BaĢ  Qafqaz  silsiləsinin  c.-Ģ.  qolu.  AbĢeron  və 

ġamaxı  r-nlarındadır.  Dübrar  (Kolanı)  zirvəsi  yaxınlığından  baĢlayıb  c.-Ģ. 

istiqamətində  Tudar  çayının  dərəsinədək  30  km.  məsafədə  uzanır.  Bəzi 

zirvələrinin  hündürlüyü  1600  m.-dən  çoxdur.  Dağın  adı  oradakı  AladaĢ 

qayasının  adındandır;  2.  Zəngilan  r-nu  ərazisində  dağ;  3.  Zəngilan  r-nu 

ərazisində dərə. Adını ərazidəki eyniadlı dağdan almıĢdır. Oronim ala (rəng) və 



daş  (qaya,  dağ)  sözlərindən  düzəlib,  "ala  rəngli  dağ  silsiləsi"  deməkdir.  Krım, 

Orta Asiya və Sibirdə bir sıra dağ silsilələri Alatau adlanır. 



Aladin  oyk.,  mür.  Zəngilan  r-nunun  Gilətağ  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir.  1826-28-ci  illər,  Rusiya-Ġran  müharibəsindən  sonra  Cənubi  Azərb.-

nın Aladin kəndindən gəlmiĢ azərb. ailələr tərəfindən salınmıĢdır. ġərur r-nunda 

Aralıdağ  yaxınlığındakı  kənd  xarabalığı  da  Aladin  adlanır.  Tədqiqatçılar  bu 

oykonimin  alan  və  dən  sözlərindən  ibarət  olub,  "hamar,  düz  yer"  və  "vilayət, 

dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların 

toponimiyasında  geniĢ  yer  tutan  ala  topokomponenti  "müxtəlif  rəngli;  qonur 

rəng; böyük, geniĢ" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin 

kəndi qeydə alınmıĢdır. Bin sözü Azərb. dilinin Ģərq qrupu dialekt və Ģivələrində 

"məskən,  oturaq  həyat  üçün  yer;  bünövrə"  mənalarında  iĢlənir.  Qədim  türk 

dillərində  dın/din  komponenti  "düĢərgə,  məskən,  dincəlmək  üçün  yer" 

mənalarını  ifadə  etmiĢdir.  Beləliklə,  həm  Aladin,  həm  də  Alabin  oykonimi 

"böyük  məskən,  geniĢ  yaĢayıĢ  məntəqəsi"  kimi  baĢa  düĢülməlidir.  Moskva 

vilayətində də Alabino adlı qəsəbə və d.y. stansiyası qeydə alınmıĢdır. 



Alagəz or., mür. Qax r-nunun SarıbaĢ kəndinin Ģm.-ında dağ. Oronim 

ala  (böyük)  və  gəz  (gədiyin  ən  alçaq  hissəsi)  sözlərindən  düzəlib,  "böyük  gəz; 

böyük dağ yolunun alçaq hissəsi" deməkdir. 



Alagöl  hidr.,  mür.  1.  ġəki-Zaqatala  zonasında  göl;  2.  Yevlax  r-nu 

ərazisində  göl.  Hidronim  ala  (qonur,  müxtəlif  rəngli)  və  göl  (su  obyekti) 

sözlərindən  düzəlib,  "qonur  rəngli  göl"  deməkdir.  Bu  hidronim  rürkdilli 

xalqların  toponimiyasında  geniĢ  yayılmıĢdır:  Alakul  (Qərbi  Sibir),  Alakol 

(Qazaxıstan), Alagöl (Ġran) və s. 

Alagöllər  hidr.,  mür.  Kəlbəcər  r-nunda  göllər  (30-a  qədər)  qrupu. 

Dəniz  səviyyəsindən  2700-2800  m.  hündürlükdədir.  Ən  böyükləri  Böyük 

Alagöl,  Kiçik  Alagöl,  Çilli-göl  və  Dikpilləkən  gölləridir.  Vulkan  püskürmələri 

nəticəsində  çayların  qabağının  kəsilməsindən  əmələ  gəlmiĢdir.  ġirin  suludur. 

Hidronim suyun zahiri görünüĢü (rəngi) ilə bağlı yaranmıĢdır. 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə