Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə15/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   11   12   13   14   15   16   17   18   ...   206

32 

 

Ağvan  hidr.,  sadə.  ġuĢa  r-nu  ərazisində  çay.  Qarqar  çayının  qoludur. 

Mənbəyini  Çınqıldağm  yamacından  alır.  Yerli  əhalinin  dilində  Alvançay 

variantında  iĢlənir.  KeçmiĢdə  ġuĢa  r-nunun  Mahbəyli  kəndi  ərazisində  Ağvan 

adlı  yaĢayıĢ  məntəqəsi  də  olmuĢdur.  Etnotoponimdir.  Ağvanlar  Azərbaycanın 

qədim türk mənĢəli tayfalarından biri olmuĢdur. 



Ağyal or., mür. l.Gədəbəy r-nu ərazisində dağ; 2. Qazax r-nu ərazisində 

dağ; 3. Tovuz r-nu ərazisində dağ; 4. Zəngilan r-nu ərazisində dağ. Oronim ağ 

(rəng)  və  yal  (dağın  ən  hündür  zirvələrini  birləĢdirən  xətt;  dikdir;  dağın  baĢı) 

sözlərindən düzəlib, "baĢı ağ rəngdə olan dağ" deməkdir. 



Ağyamac  or.,  mür.  Zəngilan  r-nunun  AĢağı  Yeməzli  kəndi  ərazisində 

yüksəklik.  Oronim  ağ  (rəng  çaları)  və  yamac  (dağın  və  ya  təpənin  ətəyindən 

zirvəsinə  qədər  olan  hissə)  sözlərindən  düzəlib,  "ağımtıl,  açıq  rəngli  yamac" 

deməkdir. 



Ağyar  or.,  mür.  1.  Babək  r-nu  ərazisində  dağ;  2.  Laçın  r-nunun 

QanqıĢlaq  kəndi  ərazisində  dağ.  Oronim  ağ  (süxurun  rəngini  bildirir,  çünki 

oradan  ağ  gəc  çıxarılır)  ve  yar  (yerli  xalq  coğrafi  termini  olub  düzənlikdə  yer 

səthinin  sınmasından  yaranan  relyef  formasıdır)  sözlərindən  düzəlib,  "ağ 

torpaqlı, ağ süxurları olan dağ" deməkdir. 

Ağyataq  or.,  mür.  Kiçik  Qafqazda,  Kəlbəcər  r-nunun  Kilsəli  kəndi 

ərazisində  dağ.  Hün.  2389  m.  Oronim  ağ  (rəng)  və  yataq  (burada  faydalı 

material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq 

civə  yatağı  Moz  çayı  ilə  Kilsəli  kəndi  arasındadır.  Dağın  adı  da  buradan 

götürülmüĢdür. 

Ağyataq  oyk.,  sadə.  Kəlbəcər  r-nunun  AbdullauĢağı  i.ə.v.-də  kənd. 

Adını eyniadlı civə yatağı olan dağdan almıĢdır. 



Ağyazı  or.,  mür.  1.  Qubadlı  r-nunun  Xələc  kəndi  ərazisində  çöl;  2. 

Qanıx  çayının  sol  sahilində  geniĢ  çöl.  Oronim  ağ  (kiçik,  Ģərq;  ağ  rəngə  çalan; 

arpa-buğda  əkini  üçün  ayrılmıĢ  sahə)  və  yazı  (düzən,  çöl)  sözlərindən  düzəlib, 

"ərazicə çox geniĢ olmayan çöl" deməkdir. 



Ağyazı  oyk.,  sadə.  Qax  r-nunun  Qıpçaq  i.ə.v.-də  kənd.  Ağyazı 

düzündə,  Alazan-Əyriçay  çökəkliyindədir.  Keçən  əsrdə  bu  kənd  Kirovkənd  də 

adlanmıĢdır.  Bu  da  onunla  bağlı  idi  ki,  Qax  r-nunun  Ġlisu  i.ə.v.-nin  Kirovkənd 

adlı  kəndindən  Ağyazıya  köçən  ailələr  özləri  ilə  əvvəlki  yaĢayıĢ  məntəqəsinin 

adını  da  gətirmiĢdilər.  Ağyazı  adı  həmin  ərazidəki  eyniadlı  çölün  adından 

götürülmüĢdür. 



Ağyazıbuduq  oyk.,  mür.  Xaçmaz  r-nunun  Yergüc  i.ə.v.-də  kənd. 

Samur-Dəvəçi  ovalığındadır.  1917-1933-cü  illərdə  Ağyazı  Ģəklində  qeydə 

alınmıĢdır.  Oykonim  Ağyazı  və  buduq  (etn.)  sözlərindən  düzəlmiĢdir. 

Dağıstandan gəlmiĢ buduqluların kəndin ərazisində məskunlaĢması ilə əlaqədar 

yaranmıĢdır. "Buduqlular yaĢayan Ağyazı kəndi" deməkdir. Etnotoponimdir. 



33 

 

AğyoxuĢ or., mür. 1. Xocavənd r-nunun Muğanlı kəndi ərazisində düz; 

2. Kəlbəcər r-nu ərazisində düz; 3. Qubadlı r-nunun  Sarıyataq kəndi ərazisində 

düz;  4.  Laçın  r-nunun  Zabux  kəndi  ərazisində  düz;  5.  Zəngilan  r-nunun  Sarılı 

XəĢtab  kəndi  ərazisində  düz.  Oronim  ağ  (torpağın  ağımtıl  rəngi;  çox  da  dik 

olmayan,  alçaq;  asanlıqla  keçilən)  və  yoxuş  (yolun  dağa,  təpəyə  çıxan  hissəsi) 

sözlərindən düzəlib, "asanlıqla keçilən dağ yolu" deməkdir. 

AğyoxuĢ  oyk,  sadə.  Xanlar  r-nunun  Lahıc  i.ə.v.-də  kənd.  Adını 

ərazidəki  eyniadlı  keçiddən  almıĢdır.  1917-ci  ildə  kəndin  adı  AğaxuĢ  Ģəklində 

qeydə alınmıĢdır. 

Ağyurd  or.,  mür.  Lənkəran  r-nu  ərazisində  dağ.  Oronim  ağ  (kiçik; 

rəng;  abad)  və  yurd  (yaĢayıĢ  yeri,  yaylaq;  köçəri  maldarların  hər  il  yayı 

keçirdikləri  yer)  sözlərindən  düzəlib,  "kiçik  yurd;  abad  yaylaq  yeri;  ağ  rəngli 

alaçıqları  olan  yaylaq"  deməkdir.  Tarixən  burada  maldarların  yaylaq  yurdu 

olmuĢdur. Vaxtilə burada eyniadlı kənd də qeydə alınmıĢdır. 

Ağzıbir  or.,  mür.  1.  Bakıda  palçıq  vulkanı.  Ağzıbirçala  da  adlanır;  2. 

Qaradağ  r-nu  ərazisində,  Xəzər  dənizi  sahilində  palçıq  vulkanı,  Cənub-ġərqi 

ġirvan  düzündədir.  Hün.  120  m.  Ağız  çoxmənalı  coğrafi  termin  olub  "sərhəd 

keçidi,  baĢlanğıc  yer";  "çayın,  axar  suyun  digər  su  obyektinə,  dənizə,  gölə 

töküldüyü  yer";  "dərənin  düzənliyə  çıxan  hissəsi";  "bir  yerin  giriləcək  və  ya 

keçiləcək tərəfi", "girəcək qapı" mənalarında iĢlənir. Oronim "bir çıxacaqlı, bir 

yerdən püskürən" mənasındadır. 

Ağzıbir  oyk.  sadə.  AğdaĢ  r-nunun  Pirəzə  i.ə.v.-də  kənd.  Kürün  sol 

sahilindən bir qədər aralı, ġirvan düzündədir. Kəndin ərazisində Ağzıbir meĢəsi 

də  var.  "Axar  suyun  digər  su  obyektinə  töküldüyü  yer"  mənasını  ifadə  edir. 

1945-ci ilə qədər Ermənistanda Ağzıbir adlı kənd olmuĢdur. 



Ağzıbirçala  hidr.,  mür.  Dəvəçi  r-nunda,  Xəzər  dənizi  sahilində  Ģirin 

sulu göl-bataqlıq. Vaxtilə liman olmuĢdur. Dəvəçi limanı adı ilə də tanınır. Gölə 

ġabran,  Dəvəçi  və  Taxtakörpü  çayları  tökülür,  göldən  isə  Xəzərə  Qaradəhnə 

çayı  axır.  Hidronim  ağzıbir  (çayın,  axar  suyun  su  obyektinə,  dənizə,  gölö 

töküldüyü  yer)  və  çala  (su  yığılan  yer,  çuxur)  sözlərindən  düzəlib,  "bir  axarlı 

göl" deməkdir. Göl keçid rolu oynayır. 



Ağzıqır or., mür. AbĢeron r-nunda palçıq vulkanı. Oronim ağız və qır 

(qeyri-məhsuldar  yer)  sözlərindən  düzəlib  (burada  -ı  mənsub.  Ģək.-sidir), 

"bitkisiz, qeyri-məhsuldar yerə giriĢ, keçid" deməkdir. 

Ahoh/Axox  hidr.,  sada.  Ġsmayıllı  r-nunda  çay.  Əyriçayın  (Göyçayın 

qolu)  sağ  qoludur.  Qovdağ  silsiləsindən,  2000  m.  hündürlükdən  baĢlanır. 

Dəvəbatan  çayı  da  adlanır.  Qədim  türk  dillərində  axlak  -  "yüksəklik,  zirvə", 

ox/ok - "su, çay, axar su" deməkdir. Ahoh/Axox - "dağ çayı" mənasını ifadə edir. 

Ahudağ  or.,  mür.  ġamaxı  r-nu  ərazisində  dağ.  Qozluçaydan  sağ 

tərəfdə,  Qurbançı  kəndi  yaxınlığında  yerləĢir.  Hün.  963  m.  Ərazidə  Ahudağ 

dərəsi adlanan obyekt də vardır. Tədqiqatçılar bu oronimi "ceyrandağ" kimi izah 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə