Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə23/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   19   20   21   22   23   24   25   26   ...   206

48 

 

Almabulaq  hidr.,  mür.  Yardımlı  r-nunun  Horavar  kəndində  bulaq. 

Hidronim  alma  (turĢ)  və  bulaq  (su  obyekti  termini)  sözlərindən  düzəlib,  "turĢ 

bulaq, turĢ su" deməkdir.  



Almalı  oyk.,  düz.  1.  Qax  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Almalı 

çayının  sahilində,  Alazan-Həftəran  vadisindədir.  YaĢayıĢ  məntəqəsi  eyniadlı 

sahədə  salındığı  üçün  belə  adlandırılmıĢdır.  Kəndin  ərazisində  Almalı  nüyü 

(Almalı  dərəsi)  adlanan  baĢqa  bir  obyekt  də  qeydə  alınmıĢdır.  Yerli  əhalinin 

verdiyi  məlumata  görə,  kənd  Samux  r-nundan  gəlmiĢ  ailələr  tərəfindən 

salınmıĢdır; 2. DaĢkəsən r-nunun Zinzahal i.ə.v.-də kənd. Murovdağ silsiləsinin 

yamacında,  Gəncə  çayının  sahilindədir.  YaĢayıĢ  məntəqəsi  əvvəllər  Almalı 

adlanan  yamacda  qonĢu  Zinzahal  kəndindən  köçmüĢ  ailələr  tərəfindən 

salınmıĢdır.  Oykonim  alma  (meyvə  ağacı)  və  -lı  (varlıq,  bolluq  bildirən  Ģək.) 

komponentlərindən  düzəlib,  "alma  bağı  olan  kənd"  deməkdir.  Qax  r-nunda 

Armudlu adlı kəndin olması bunu bir daha sübut edir; 3. Xocalı r-nunun eyniadlı 

i.ə.v.-də  kənd.  dağətəyi  ərazidədir.  Azərb.-nın  Ģm.-ı  Rusiya  tərəfindən  iĢğal 

olunduqdan  sonra  burada  gəlmə  ermənilər  məskunlaĢmıĢ,  kəndin  adını  da 

tədricən  erməni  dilinə  tərcümə  edərək  Xndziristan  (erməni  dilində  "almalı" 

deməkdir)  qoymuĢdular.  Sovet  hakimiyyəti  illərində  bu  adla  da  rəsmiləĢdirilən 

kənd 1992-ci ildən yenidən Almalı adlandırılmıĢdır. 



Almalı dağ or., mür. 1. ġahbuz r-nunda dağ. AĢağı RəməĢin kəndindən 

Ģ.-də  yerləĢir.  Hün.  2150  m.;  2.  ġəki  r-nu  ərazisində  dağ.  Oronim  almalı  (cır 

alma  ağaclarından  ibarət  bitki  örtüyü  olduğu  üçün)  və  dağ  (müsbət  relyef 

forması)  sözlərindən  düzəlib.  ġəki  r-nundakı  Almalı  yaylağı  oronimi  də 

ərazidəki dağın adındandır. 

Almalıq  oyk.,  düz.  Kəlbəcər  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi 

XIX əsrin ortalarında sarallı tayfasına  mənsub səkkiz evdən  ibarət elatın qıĢlaq 

yeri  olmuĢdur.  QıĢlaq  cır  alma  ağacları  olan  ərazidə  yerləĢdiyi  üçün  belə 

adlandırılmıĢdır. 1934-40-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd 

və  ÇayqıĢlaq  kəndlərindən  köçmələrin  bu  ərazidə  məskunlaĢması  ilə  Almalıq 

kəndi  yaranmıĢdır.  Almalıq  "alma  ağacları  ilə  zəngin  olan  yer;  alma  bağı" 

deməkdir.  Quba  r-nunun  Davudoba  və  Hacıqayıb  kəndlərində  Almalıq  adlı  iki 

sahə,  Yardımlı  r-nunun  Vəlixanlı  kəndində  Almalıq  adlı  yer  qeydə  alınmıĢdır. 

Almalıq adına Muq dağından tapılmıĢ VIII əsrin əvvəllərinə aid sənədlərdə rast 

gəlmək  olar.  Orta  əsrlərdə  Türkmənistan  ərazisində  bir  neçə  Almalık  toponimi 

qeydə  alınmıĢdır.  Özbəkistanın  DaĢkənd  vilayətində  Almalıq  adlı  Ģəhər, 

Dağıstanda Almalıq kəndi, Almalıqçay adlı çay var. 

Almalıtala  oyk.,  mür.  Tovuz  r-nunun  Qəribli  i.ə.v.-də  kənd.  Zəyəm 

çayının sahilindədir. Oykonim almalı (alma ağacları olan) və tala (ətraf ərazidən 

fərqli  sahə)  sözlərindən  düzəlib, "alma  ağacları  olan  tala"  deməkdir.  KeçmiĢdə 

Çanaxçı da adlanırdı. YaĢayıĢ məntəqəsi cır alma ağaclarının bol olduğu talada 




49 

 

çanaxçı  nəslinin  məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  Almalıdərə  (Oğuz, 



Zəngilan,  Göyçay,  Laçın),  Almalı  düzü  (Kəlbəcər),  Almalı  çökək  (Gədəbəy), 

Almalı çuxur (Laçın) yer adları da "alma ağacları ilə zəngin yer" mənasını ifadə 

edir. 

Almaz  hidr.,  sadə.  Oğuz  və  Qəbələ  r-nları  ərazisində  dağ.  Əlican  və 

Türyan çaylarının suayrıcında yerləĢir. Hün. 395 m. Olmaz variantında da qeydə 

alınmıĢdır.  Türk  dillərində  almaz/almas  sözü  "möhkəm  daĢ",  "polad", "parlaq" 

mənalarını  ifadə  edir.  Toponimiyada  bu  qiymətli  daĢın  çıxarıldığı  yataq  da 

göstərilir.  VoroĢilovqrad,  Rostov  vilayətlərində  və  Yakutiyada  qeydə  alınmıĢ 

Almaznaya,  Almaznıy  Ģəhər  və  qəsəbələri  belələrindəndir.  Oğuz  r-nundakı 

Almaz oronimi isə "möhkəm"; "parlaq" mənasındadır. 

Almu  oyk.,  sadə.  Lerik  r-nunun  Vizəzəmin  i.ə.v.-də  kənd.  Burovar 

silsiləsinin  ətəyindədir.  Türk  dillərində  alım/alımı  "yaxın;  əldə  edilmiĢ" 

deməkdir. Oykonim kəndin mərkəzə yaxın olmasını bildirir. 

Alolar  oyk.,  sadə.  Kəlbəcər  r-nunun  KeĢdək  i.ə.v.-də  kənd.  Alolar 

çayının  (Tərtər  çayının  qolu)  sahilindədir.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrin 

ortalarında  KeĢdək  kəndinə  məxsus  binə  olmuĢdur.  Sonralar  həmin  kənddən 

alolar nəslinə mənsub ailələrin burada daimi məskunlaĢması nəticəsində yaĢayıĢ 

məntəqəsi yaranmıĢdır. Etnotoponimdir. 

Alolar gölü hidr., mür. Kəlbəcər r-nunda göl. Bəzi mənbələrdə Alovlar 

gölü  Ģəklində  qeydə  alınmıĢdır.  Göl  ya  təbii  Ģəraitdən  qurumuĢ,  ya  da 

qurudulmuĢdur.  Hidronim  Ayolar  (yerləĢdiyi  yaĢayıĢ  məntəqəsinin  adıdır),  göl 

(su obyekti termini) və -ü (mənsub. Ģək.-si) komponentlərindən düzəlib, "Alolar 

kəndinin gölü" deməkdir. 

Alpan or., sadə. Quba r-nu ərazisində dağ. Toponim qədim alban tayfa 

adını özündə əks etdirir. Albanlar Azərb.-nın türk mənĢəli qədim yerli sakinləri 

olmuĢlar. 

Alpan oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Quruçayın sağ 

sahilində,  Qusar  maili  düzənliyindədir.  Kəndin  ərazisində  e.ə.  I  minilliyə  aid 

Alpan Ģəhərgahı var. Etnotoponimdir. 

Alpı  oyk.,  düz.  Ucar  r-nunun  Qulabənd  (Güləbənd)  i.ə.v.-də  kənd. 

ġirvan  düzündədir.  Yerli  əhalinin  verdiyi  məlumata  görə,  kənd  keçmiĢdə  Alplı 

adlanmıĢdır.  Bəzi  mənbələr  bu  toponimi  Alplı  etnotoponiminin  fonetik 

dəyiĢikliyə  uğramıĢ  forması  kimi  qəbul  edir.  Türk  dillərində  alp  "böyük,  iri, 

yüksək"; "qəhrəman"; "atıcı"; "pəhləvan"; monqol dilində alba/alpa "vergi, gəlir 

növü";  "məcburi  xidmət"  deməkdir.  Beləliklə,  Alpı  kəndinin  adı  "böyük  kənd" 

və ya "vergi verən kənd" mənasını ifadə edir. 

Alpout  or.,  sadə.  1.  Bərdə  r-nunun  eyni-adlı  i.ə.v.-də  kənd.  Yuxarı 

Qarabağ  kanalından  bir  qədər  aralı,  Qarabağ düzündədir;  2.  Goranboy  r-nunun 

Fəxralı  i.ə.v.-də  kənd.  Gəncə-Qazax  düzənliyindədir.  1953-cü  ildə  keçmiĢ 

Samux  r-nunun  Alpout  kəndinin  buraya  köçürülməsi  ilə  yaranmıĢ  yaĢayıĢ 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə