46
Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaĢması nəticəsində yarandığı üçün
həmin darğanın adı ilə adlandırılmıĢdır.
AlıĢar oyk, düz. ġərur r-nunun Yengicə i.ə.v.-də kənd. Elmi
ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay
ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarĢı, əks tərəf
mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi"
deməkdir. Kəndin XələcdaĢı dağının ətəyində, Arazın sahilində, çay suyunun
güclü axaraq töküldüyü yerin əks tərəfində yerləĢməsi bu fikri təsdiq edir.
AlqıĢlaq oyk, mür. Xaçmaz r-nunun AĢağı Zeyd i.ə.v.-də kənd. 1979-
cu ildə AlıqıĢlaq Ģəklində qeydə alınmıĢdır. Oykonimi iki cür izah etmək olar: 1.
al (burada "böyük") və
qışlaq (qıĢ mənzili; yaĢayıĢ məntəqəsi termini)
sözlərindən düzəlib, "böyük qıĢlaq; böyük kənd" deməkdir; 2. Alı (antr.) və
qışlaq (kənd) sözlərindən düzəlib, "Alı adlı Ģəxsə məxsus qıĢlaq yeri" deməkdir.
Allahqulubağ/Allahqulubağı oyk, mür. Zərdab r-nunun Gəlmə i.ə.v.-
də kənd. Kür çayının sahilindədir. Oykonim Allahqulu (antr.), bağ (meyvə
ağacları əkilmiĢ sahə) və -ı (mənsub.Ģək.-si) komponentlərindən düzəlib.
Mənbələrin verdiyi məlumata görə, 1855-ci ildə Zərdab icmasına aid olan Kür
qırağındakı 740 desyatinlik tut bağları sonralar ayrı-ayrı bəylər və ruhanilər
arasında bölüĢdürülmüĢdü. Həmin bağlardan biri Allahqulu adlı bəyə mənsub
olmuĢdur. Zərdabdan və baĢqa yerlərdən gəlmiĢ ailələr həmin ərazidə
məskunlaĢdıqdan sonra bağ yeri kəndə çevrilmiĢ və həmin bəyin adını
daĢımıĢdır. Kəndin adı "Allahqulu adlı Ģəxsə məxsus bağ yeri" deməkdir. 1917-
ci ildə Birinci və Ġkinci Allahqulubağı adı ilə iki kənd kimi qeydə alınmıĢdır.
Allahqulu bulağı hidr., mür. Yardımlı r-nunun Vərgədüz kəndində
bulaq. Hidronim Allahqulu (antr.), bulaq (su obyekti termini) və -/
(mənsub.Ģək.-si) komponentlərindən düzəlib, "Allahqulu adlı Ģəxsə məxsus
bulaq" deməkdir.
Allahqulular oyk, sadə. ġuĢa r-nunun ġırlan i.ə.v.-də kənd. Xəlfəli
çayının sahilində, düzənlikdədir. KeçmiĢ adı AllahquluuĢağı olmuĢdur. XIX
əsrin əvvəllərində bu kəndi Qarabağ xanı Mahmudqulu xana mənsub xəlfəli
elatının allahquluuĢağı nəsli salmıĢdır. Etnooykonimdir.
Allahmədədli oyk, sadə. ĠmiĢli r-nunun Məmmədli i.ə.v.-də kənd. Mil
düzündədir. ġahsevənlərin Muğanlı tayfasının allahmədədli tirəsi keçmiĢdə yayı
Kəlbəcər dağlarında, qıĢı isə indiki kəndin yerində keçirmiĢdir. XIX əsrin
sonlarında onlar öz qıĢlaq yerində məskunlaĢmıĢ və indiki yaĢayıĢ məntəqəsini
yaratmıĢlar. Etnooykonimdir.
Allahverdi gölü hidr., mür. AbĢeron yarımadasında göl. Hidronim
Allahverdi (antr.), göl (su obyekti termini) və -ü (mənsub.Ģək.-si)
komponentlərindən düzəlib, "Allahverdiyə məxsus göl" deməkdir. KeçmiĢdə
torpaq xüsusi Ģəxslərin olduğu kimi, bəzi təsərrüfat əhəmiyyəti olan göllər də
ayrı-ayrı adamlara məxsus idi. Bu səbəbdən də Azərb.-da Ģəxs adı daĢıyan bir
47
sıra göllər vardır. Lerik r-nunun Kodərə kəndində Allahverdi yeri, Ermənistanda
Allahverdi Ģəhəri qeydə alınmıĢdır.
Allahverənli oyk., sadə. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd.
HəmĢirə çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Kəndin əsasını
XIX əsrin birinci yarısında allahverənli nəslinə mənsub ailələr qoymuĢlar.
Emooykonimdir.
Allahyarlı oyk., sadə. 1. Beyləqan r-nunun Eyvazlılar i.ə.v.-də qəsəbə.
Mil düzündədir. 1986-cı ildə Biləsuvar r-nunun Səmədabad kəndindən köçmüĢ
allahyarlı nəslinə mənsub ailələrin məskunlaĢması nəticəsində salınmıĢdır.
Allahyarlılar vaxtilə Birinci ġahsevən kəndinin yaxınlığında Allahyarlı obası
deyilən yerdə yaĢamıĢ, sonralar Səmədabad kəndinə köçmüĢdülər; 2. Masallı r-
nunun Yeyənkənd i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. YaĢayıĢ məntəqəsi öz
adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almıĢdır; 3. Siyəzən r-
nunun ƏrziküĢ i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim allahyarlı nəslinin
adı ilə bağlıdır. Etnotoponimdir.
AllanmıĢ göl hidr., mür. Ataçay hövzəsində göl. Hidronim allanmış
(qızarmıĢ, qırmızı rəngə çalan) və göl (su obyekti termini) sözlərindən düzəlib,
"qızarmıĢ göl" deməkdir.
Allı/Allıçay hidr., sadə. Xocavənd r-nunda çay. Quruçayın sağ qoludur.
Böyük Kirs dağından, 2280 m. hündürlükdən baĢlanır. AĢağı axınında Ġgah
adlanır. Çay öz adını vaxtilə burada mövcud olmuĢ Allı yaĢayıĢ məntəqəsinin
adından almıĢdır. 1917-ci ildə Lənkəran qəzasında Allı adlı kənd qeydə
alınmıĢdır.
Almaarx hidr., mür. Yevlax r-nu ərazisində arx. Tədqiqatçıların böyük
əksəriyyətinin fikrincə, "alma" sözü ilə bağlı toponimlər alma ağacı ilə zəngin
obyektləri bildirir. Lakin "alma" komponentli toponimlərin bağlı olduğu
obyektlərin müxtəlifliyi və arealının geniĢliyi bu fikirlə razılaĢmamağa əsas
verir. Belə ki, Alma Ata (Tatarıstan), Alma Atı (Qazaxıstan), Alma Kerman,
Alma Tamak, Alma Tarxan (Krım), Alma/Zeda Alma (Acarıstan), Almazar
(Özbəkistan), Alma çayı (Krım dağlarından axır), Alma Arasan (Qazaxıstan),
Almalı (Azərb., Cənubi Azərb., Ermənistan) və s. coğrafi adların hamısı alma
ağacı ilə bağlı ola bilməz. Türk dillərində alma sözünün "meyvə növü"
mənasından baĢqa "dəyiĢmə"; "alınma, götürülmə"; "üstün, daha yaxĢı" "turĢ";
"almat/almatı" Ģəklində isə "təbəə, rəiyyət, tabeçilik" mənalarında iĢləndiyini və
Alma Atı (Qazaxıstan) Ģəhərinin və Almatinka çayının rus mənbələrində
"Vernıy", "reka okolo Vernoqo" adlanmasını nəzərə alsaq bu fikri təsdiq etmiĢ
olarıq. Bu baxımdan Yevlax r-nundakı Almaarx hidronimi alma (alınma) və arx
(su obyekti termini) sözlərindən düzəlib, "hansısa su hövzəsindən alınma,
ayrılma arx" deməkdir.