Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə20/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   16   17   18   19   20   21   22   23   ...   206

42 

 

alasar  "alçaq  yer",  burovar  "yüksəklik,  dağ"  mənalarını  ifadə  edir.  Oronim 

"alçaq dağlar" deməkdir. 

AlaĢar  oyk.,  sadə.  Cəlilabad  r-nunun  Komanlı  i.ə.v.-də  kənd.  AlaĢar-

Burovar  silsiləsinin  mərkəzi  hissəsində,  ġinəpədərə  çayının  sahilindədir.  XX 

əsrin  əvvəllərində  qıĢlaq  yeri  kimi  qeydə  alınmıĢdır.  Adını  ərazidəki  eyniadlı 

dağdan almıĢdır. 



Alatava or.mür. Bakıda yüksəklik. Oronim ala (böyük)  və tava (yastı 

səthli  iri  daĢ)  sözlərindən  düzəlib,  "yastı  səthli  iri  daĢlardan  ibarət  olan  ycr" 

deməkdir. Tədqiqatçılar Alatavanın yaĢının beĢ min il olduğunu, onun məkanca 

Manna dövlətinə daxil olduğunu, bu oronimin "dağ, dağlıq ölkə" mənasını ifadə 

etdiyini söyləyirlər. Ad ərazinin coğrafi mənzərəsinə uyğundur. Ərazidə eyniadlı 

yaĢayıĢ sahəsi də vardır. 



Alazan or., düz. Azərb.-nın Ģm.-q. hissəsində BaĢ Qafqaz silsiləsinin c. 

ətəyi boyunda vadi. ġəki, Qax, Zaqatala və Balakən r-ları ərazisində yerləĢir. Q.-

ə  doğru  uzanaraq  Gürcüstan  ərazisindən  keçir  və  burada  Kaxetiya  düzənliyi 

adlanır.  Mal-qara  üçün  təbii  qıĢ  otlaqları  kimi  geniĢ  istifadə  edilən  vadi  c.-dan 

Qombor  silsiləsi,  Ġori  yaylası  və  Acınohur  ön  dağları  ilə  əhatə  olunur.  BaĢ 

Qafqaz silsiləsindən baĢlayan Alazan (Qanıx), Balakən, Katex, Kürmük, Əlican, 

Türyan, Göyçay və b. çaylar bu vadidən axır. Alazan-Həftəran, Alazan-Əyriçay 

vadisi də adlanır. Oronim alaz/alas (türk dillərində "aĢağı", "dağətəyi düzənlik"; 

"enli  çayların  və  göllərin  hövzəsini  əhatə  edən  çəmənlik")  və  an  (yer,  məkan) 

sözlərindən  düzəlib,  "dağətəyi  düzənlik;  çay  sahili,  çəmənlik,  otlaq"  deməkdir. 

1933-cü  ildə  Lənkəran  r-nunun  Biləsər  i.ə.v.-də  Alazonu  yaĢayıĢ  məntəqəsi 

qeydə  alınmıĢdır.  Yakutiyada  Alazeya  çayı  Alazeya  yaylasmm  c.-undan 

baĢlayaraq ġərqi Sibir dənizinə tökülür. 

Alazan  hidr.,  sadə.  BaĢ  Qafqaz  silsiləsinin  c.-undan  baĢlayıb 

Gürcüstan  və  Azərb.  ərazisindən  axan  və  Mingeçevir  su  anbarına  tökülən  çay. 

Azərb.  ərazisində  bu  çaya  sol  tərəfdən  Mazım,  Balakən,  Katex,  Tala,  Muxax, 

Kürmük  və  Əyriçay  çayları  tökülür.  Gürcüstan  ərazisindəki  hissəsi  Alazani, 

Azərb.  ərazisindəki  hissəsi  isə  çox  vaxt  Qanıx  adlanır.  Adını  axdığı  eyniadlı 

vadidən almıĢdır. 



Albalan  oyk.,  mür.  Cəlilabad  r-nunun  Xəlilli  i.ə.v.-də  kənd.  Burovar 

silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində 

"baĢınağacı")  sözlərindən  düzəlib,  "qırmızı  baĢınağacı"  deməkdir.  1917-ci  ildə 

bu oykonim  Alıbağan Ģəklində qeydə alınmıĢdır. Bu  məqamda həmin oykonim 



Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində 

olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı Ģəxsə məxsus kənd" deməkdir. 

Toponimi "Alının bələni (aĢırımı)", "boz aĢırım" kimi yozanlar da var. 

Alcanlı  //  Alıcanlı  or,  sadə.  ġamaxı  r-nu  ərazisində  dağ. 

Etnotoponimdir.  1933-cü  ildə  Kürdəmir  r-nunda  Alcanlı  adlı  kənd  qeydə 

alınmıĢdır. 



43 

 

Alçabulaq  hidr.,  mür.  1.  Yardımlı  r-nunun  Zovin  kəndində  bulaq;  2. 

Yardımlı  r-nunun  Vərgədüz  kəndində  bulaq.  Hidronim  alça  (qədim  türk 

dillorindo  aluç/aluça  -  "soyuq,  buz"  deməkdir)  və  bulaq  (su  obyektini  bildirən 

termin) sözlərindən düzəlib, "soyuq bulaq" mənasındadır. 

Alçabulaq  oyk,  sadə.  Yardımlı  r-nunun  Sınq  i.ə.v.-də  kənd.  ViləĢ 

çayının sahilində, dağətəyi ərazidədir. KeçmiĢ adı Sağolcandır. Toponim təhrif 

olunaraq  Soxulcan  kimi  yazılmıĢdır.  Sağolcan  XIX  əsrdə  Lənkəran  qəzasında 

yaĢamıĢ  təklə  tayfasının  tirələrindən  birinin  adıdır.  XX  əsrin  80-ci  illərində 

kəndin adı guya pis səsləndiyi üçün dəyiĢdirilərək yaxınlığındakı bulağın adı ilə 

adlandırılmıĢdır. 



Alçalı  oyk.,  düz.  l.Kəlbəcər  r-nunun  Oktyabrkənd,  Kilsəli  və  Qılıçlı 

i.ə.v.-lərində  üç  kənd.  Dağətəyi  ərazidədir;  2.  Salyan  r-nunun  Sarvan  i.ə.v.-də 

kənd. Bala Kürün sahilində, düzənlikdədir. Oykonim alça (meyvə ağacı) və -lı 

(varlıq,  bolluq  ifadə  edən  Ģək.)  komponentlərindən  düzəlib,  "alça  ağacları  çox 

olan və ya alça bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ 

(Laçın,  Xanlar),  Alçalıdərə  (Qubadlı  DaĢkəsən,  Kəlbəcər,  Cəbrayıl),  Alçalıgəz 

(Ağsu  r-nunun  Bico  kəndi),  Alçalı  yaylaq  (AbĢeron),  Alçalı  çuxur  (Laçın), 

Alcalıq (Yardımlı r-nunun Vəlixanlı kəndi, Lerik r-nunun Veri kəndi) oroqrafik 

obyektlər,  XIX  əsrin  əvvəllərində  Ġrəvan  xanlığında  Alçalı  adlı  iki  kənd  qeydə 

alınmıĢdır. 



Aldədə or., mür. Tovuz r-nu ərazisində pir. Oronim al (böyük) və dədə 

(ata)  sözlərindən  düzəlib,  "böyük  ata"  deməkdir.  Oronim  burada  dəfn  olunan 

Ģəxsin müqəddəsliyini ifadə edir. 

Aleksandrovka oyk., düz. 1. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. 

Kür çayının sağ sahilindən bir qədər aralı, Muğan düzündədir. 2004-cü ildən adı 

dəyiĢdirilərək  ġəhriyar  olmuĢdur;  2.  Xaçmaz  r-nunun  Alekseyevka  i.ə.v.-də 

kənd.  1992-ci  ildən  adı  dəyiĢdirilərək  Gödəkli  olmuĢdur.  Oykonim  Aleksandr 

(antr.)  və  -ovka  (rus.  aidlik,  məxsusluq  bildirən  Ģək.)  komponentlərindən 

düzəlib.  XIX  əsrdə  Rusiyanın  Saratov,  Voronej,  Samara,  Tombov  və  s. 

quberniyalarından  Azərb.-a  köçürülmüĢ  rus  təhkimli  kəndliləri,  hərbiçiləri, 

təriqətçilərinin (sektantlarının) məskunlaĢdıqları kəndlərdəndir. 

Alekseyevka  oyk.,  düz.  1.  Quba  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  XIX 

əsrdə rusların burada məskunlaĢmasına qədər kəndin adı Dəlləkkənd olmuĢdur; 

2.  Xaçmaz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Qusar  çayının  sağ  sahilindən  bir 

qədər  aralı,  Samur-Dəvəçi  ovalığındadır.  1933-cü  ildə  Azərb.-da  Alekseyevka 

adlı  digər  iki  kənd  Qazax  və  Lənkəran  r-nlarında  qeydə  alınmıĢdır.  XIX  əsrdə 

rusların Azərb.-da yerləĢdirilməsi ilə bağlı yaranmıĢdır. 



Aleutəpə  or.,  mür.  Qarabağ  ərazisində  dağ.  Oronim  aleu  (alovlu)  və 

təpə  (müsbət  relyef  formasını  ifadə  edən  termin)  sözlərindən  düzəlib,  "alovlu 

təpə"  deməkdir.  Yaloylu  təpə,  Yanardağ  kimi  oronimlərin  sinonimidir. 

Kamçatka vilayətində Aleut adlı dağ, ada və yaĢayıĢ məntəqəsi vardır. 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə