Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə16/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   12   13   14   15   16   17   18   19   ...   206

34 

 

edirlər.  Türk  dillərində  axu/aqu  -  "təpə,  yüksəklik"  deməkdir.  Bundan  baĢqa, 



qədim  türk  abidələrinin  dilində  akı  sözünün  "comərd,  səxavətli"  mənası  ilə 

yanaĢı  "qoz  ləpəsi"  mənasında  iĢlənməsinə  təsadüf  edilir.  Qozluçayın 

yaxınlığında  yerləĢən  obyekt  öz  adını  həmin  çaydan  da  ala  bilərdi. Ermənistan 

toponimiyasında da Axudağ oronimi qeydə alınmıĢdır. 



Ahvay/Axvay  or.,  sadə.  Qax  r-nu  ilə  Dağıstan  sərhədində  dağ.  BaĢ 

Qafqaz silsiləsinin zirvələrindən biridir. Hün. 3480 m. Etnotoponimdir. Özlərini 

"aĢvado" adlandıran və adıçəkilən ərazidə yaĢayan axvaxların adları ilə bağlıdır. 

Dağıstan ərazisində Axvax adlı r-n var. 



Axarbaxar or., mür. 1. AbĢeron r-nunda aĢırım; 2. Kəlbəcər r-nunun q. 

hissəsində,  Ermənistanla  sərhəddə  dağ.  Hün.  3047  m.;  3.  Sumqayıt  ərazisində 

dağ. BaĢ Qafqaz silsiləsindən c.-Ģ.-ə doğru ayrılan qolun üzərində yerləĢir. hün. 

1388 m.; 4. ġəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Burada 

qədim  qala  uçuqları  da  vardır;  5.  Yevlax  r-nunda  aĢırım.  Oronim  Azərb. 

dilindəki  axar  (su  axarı,  çay)  və  baxar  (dağın  çayabaxar  tərəfi)  sözlərindən 

düzəlib,  “çayətrafı,  çayabaxar  tərəf”  mənasındadır.  Azərb.  dilində  və 

dialektlərində  axar-baxar  -  "dağların  döĢü,  mənzərəli  yer"  mənasını  ifadə  edir. 

1917-ci  ildə  Qubadlı  qəzasında  Axarlı,  Gəncə  qəzasında  Axarca,  1933-cü  ildə 

Goranboy r-nunda Axarça adlı yaĢayıĢ məntəqələri qeydə alınmıĢdır. 



Axarsu  hidr.,  mür.  Laçın  r-nu  ərazisində  çay.  "Axan  su,  çay" 

mənasında olan hidronim suyun hərəkəti ilə bağlı yaranmıĢdır. 



Axınca hidr., düz. Azərb, və Ermənistanda çay (Kür hövzəsi). BaĢkənd 

aĢırımı  yaxınlığından  (1950  m.  hündürlükdən)  baĢlanır.  Tovuz  çayının  sağ 

qoludur.  Üstündə  1969-cu  ildə  Tovuz  r-nunun  Ermənistanla  sərhədində 

Axıncaçay su anbarı yaradılıb. XIX əsrin axırlarında çayın yaxınlığında Axınca 

adlı  qıĢlaq  da  olmuĢdur.  Hidronim  axin  (sel,  iti  hərəkət)  sözündən  və  -ca 

Ģəkilçisindən  ibarət  olub,  suyun  hərəkəti,  surəti  ilə  bağlı  yaranmıĢdır.  ġəmkir 

çayının  qollarından  biri  də  Axınca  adlanır.  "Axın"  termini  ilə  bağlı  Çində 

Korakırakın,  Karakumısakın  Suakınsay,  Tümən  vilayətində  Aqınakattı  və 

Aqınaktı çayları qeydə alınmıĢdır. 

Axıncalı  oyk.,  düz.  ĠmiĢli  r-nunda  kənd.  Mil  düzündədir.  Axıcanlı 

variantında  qeydə  alınan  bu  kənd,  yerli  əhalinin  məlumatına  görə,  vaxtilə 

Axıcan adlı Ģəxs tərəfindən salındığı üçün belə adlandırılmıĢdır. Əslində kəndin 

adı Axıncalı, yəni "Axıncadan gələnlər" olmalıdır. 



Axısxa  oyk,  sadə.  Sabirabad  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Kür 

çayının  sol  sahilində,  ġirvan  düzündədir.  1944-cü  ildə  Gürcüstanın  Axısxa  r-

nundan  Qazaxıstana  və  Orta  Asiyaya  sürgün  edilmiĢ,  60-cı  illərdə  isə 

Azərbaycana köçmüĢ türk ailələri tərəfindən salınmıĢ yaĢayıĢ məntəqəsi onların 

köhnə məskənlərinin adı ilə adlandırılmıĢdır. Mənbələrdə axısxa/axsıxa Axalsix 

qalasının adı, Axal isə təkə-türkmənlərin yaĢadığı yer kimi izah olunur. 




35 

 

Axmaz hidr., sadə. 1. AğdaĢ r-nunda göl; 2. Mingəçevir Ģəhərindən c.-

da,  Kürün  sol  sahilində  göl;  3.  Sabirabad  r-nunda  göl;  4.  Yevlax  r-nunda  göl. 

Axmaz  Azərb.  dilində  toponimik  termin  kimi  çayın  əsas  yataqdan  tamamilə  və 

ya  qismən  ayrılmıĢ  hissəsinə  deyilir.  Axmazlar  ilk  dövrdə  göl  Ģəklində  olur  və 

çay  daĢqınları  ilə  qidalanır;  su  çatmayanda  tədricən  bataqlığa  çevrilir  və 

quruyur. 



Axmazkənd  oyk,  mür.  Əli  Bayramlı  r-nunda  kənd.  1954-cü  ilə  qədər 

Osmanlı  adlanmıĢdır.  Oykonim  axmaz  (göl,  bataqlıq)  və  kənd  sözlərindən 

düzəlib, kəndin yaxınlığındakı gölün adından yaranmıĢdır. 

Axpərqan/Axperqan  oyk,  mür.  Ağdərə  r-nunun  Çıldıran  i.ə.v.-də 

kənd.  Bəzi  tədqiqatçılar  bu  oykonimin  axpur  (erm.  bulaq)  və  -kan  (Ģək.) 

elementlərindən  ibarət  olduğunu  söyləyərək  onu  erməni  mənĢəli  hesab  edirlər. 

Lakin  nəzərə  almaq  lazımdır  ki,  Qaraaxpur,  Gərməaxpur  və  s.  toponimlərinin 

birinci  komponenti  türk  mənĢəli  sözlərdir.  Digər  tərəfdən,  Azərb.  dilinin 

Ordubad  Ģivəsində  axbur  sözü  "bulaq"  mənasında  iĢlənməkdədir.  Qədim  türk 

dillərində də burqan/purqan "çağlayan, qaynayan, coĢan" mənalarını ifadə edir. 

Odur  ki,  Axburqan/Axpurqan  sözünün  fonetik  dəyiĢməsi  olan  Axpərqan 

oykonimi türk mənĢəli söz olub "Ağbulaq" deməkdir. 

Axtaçı oyk, sadə. 1. Ağsu r-nunun Ağsu Ģəh. i.ə.v.-də kənd. Ləngəbiz 

silsiləsinin ətəyindədir. XIX əsrdə bu kənd Çöl Axtaçı adlanmıĢdır; 2. Kürdəmir 

r-nunun  Axtaçı  i.ə.v.-də  kənd.  ġirvan  düzündədir.  Kəndin  keçmiĢ  adı  Axtaçı 

YekəqurĢaqlı olmuĢdur. 1933-cü ildə həmin i.ə.v.-də Axtaçı-binə adlı baĢqa bir 

kənd də qeydə alınmıĢdır; 3. Sabirbad r-nunun Qasımbəyli i.ə.v.-də kənd. Sarısu 

gölündən bir qədər aralı, Kür çayının sol sahilindədir. XIX əsrin 60-cı illərində 

Ağsu r-nundakı Axtaçı kəndindən köçüb gələn ailələr tərəfindən salınmıĢdır; 4. 

Sabirabad r-nunda kənd. Muğan düzündədir. Sovet hakimiyyəti illərində Axtaçı 

ġaumyan  kimi  rəsmiləĢdirilən  bu  ad  1992-ci  ildən  dəyiĢdirilmiĢdir.  Axtaçılar 

padar tayfasının bir qolu olub XIX əsrdə Kür çayının sol sahilində yaĢayırdılar. 

Etnooykonimdir. Axtaçı "atabaxan, mehtər" deməkdir. 

Axtaçı Muğan oyk., mür. Sabirabad r-nunun Güdəcühür i.ə.v.-də kənd. 

Kür  çayının  sağ  sahilində,  Muğan  düzündədir.  Oykonim  "Muğan  düzündəki 

Axtaçı kəndi" deməkdir. 

Axtaçı ġirvan oyk., mür. Hacıqabul r-nunda kənd. ġirvan düzündədir. 

Kürün ġirvan hissəsində yerləĢdiyi üçün belə adlanmıĢdır. 1917-ci ildə Göyçay 

qəzasında  Axtaçı  Salyan  adlı  yaĢayıĢ  məntəqəsi  də  qeydə  alınmıĢdır.  XIX  əsrə 

aid  mənbələrdə  Axtaçı  Sultanbəyli,  Axtaçı  Kəkəli  kəndlərinin  olduğu  da 

göstərilir. 

Axtaxana oyk., mür. Cəlilabad r-nunun AğdaĢ i.ə.v.-də kənd. Göytəpə 

çayının  sahilində,  Burovar  silsiləsinin  ətəyindədir.  Oykonim  axta  və  xana 

sözlərindən  düzəlib,  "heyvanların  axtalandığı  yer;  at  saxlanan  yer"  deməkdir. 

Yerli  əhalinin  verdiyi  məlumata  görə,  yaĢayıĢ  məntəqəsi  vaxtilə  Göytəpə  çayı 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə