Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   2   3   4   5   6   7   8   9   ...   112

11
içmiş  gənc  Hüseyn  Əli  Xanı  (Sultan  Əhmədin  oğlunu)  Qubanın  hökmdarı 
təyin  etdi.  (21)  Belə  bir  ehtimal  da  mövcuddur  ki,  bu  hadisə  1726-cı  ildə 
deyil, 4 il əvvəl, 12 yaşlı Hüseyn Əlini Quba xanı təyin etmiş və sonra bu 
təyinatı  təsdiq  etmiş  I  Pyotrun  özünün  iştirakı  ilə  baş  vermişdir.  (22)  Rus 
mənbələrinin  göstərdiyi  kimi,  Quba  xanı  öz  əməllərində  kifayət  qədər 
müstəqil  idi,  Rusiya  xəzinəsinə  vergi  (xərac)  vermirdi  və  öz  üzərinə  yalnız 
tələb olunan vaxt öz təbəələri ilə birlikdə hərbi əməliyyatlarda iştirak etmək 
- təbii ki rus qoşunlarının tərəfindən - öhdəliyi götürmüşdü. (23)
Quba xanlığının tarixinin bundan sonra necə təşəkkül tapacağı təbii ki, 
məlum deyildi, lakin təsvir olunan həmin hadisələrin gedişi zamanı qonşu 
İranın siyasi səhnəsində yeni bir şəxs olan fəal və istedadlı sərkərdə Nadir 
Qulu, “Azərbaycanda Səfəvilər dövründə başlanmış xanlıqların yaranma və 
formalaşma prosesini bir qədər ləngitmiş” (24) gələcək Nadir Şah Əfşar pey-
da olur. Onilliklərlə döyüşlərdən sonra Nadir şah Rusiya və Türkiyə tərəfindən 
zəbt edilmiş torpaqları geri, İranın nəzarətinə qaytara bildi. 1732-ci və 1735-
ci  illərdə  Nadir  Rusiya  ilə  sülh  müqaviləsi  bağladı  və  həmin  müqaviləyə 
əsasən Rusiya öz qoşunlarını Azərbaycanın Xəzəryanı torpaqlarından çıxardı. 
1734-cü  ildə  Nadir  ona  müqavimət  göstərdiyinə  görə  Şamaxını  tamamilə 
dağıtdı, şəhərin əhalisini isə Ağsuya – Yeni Şamaxıya köçürdü. 1736-cı ildə 
o, Türkiyə ilə sülh müqaviləsi bağladı və həmin müqavilə əsasında Türkiyə 
1722-ci  ilədək  İrana  məxsus  olan  bütün  əraziləri  geri  qaytardı.  Elə  həmin 
1736-cı  ilin  lap  əvvəllərində  (yanvar-mart  aylarında)  Nadir  Muğanda  “qa-
baqcadan seçilmiş tərkibdə” qurultay çağırdı və “şah seçildi”. Bu “seçki” ilə 
razılaşmayan  Qarabağ  bəylərbəyi  Uğurlu  xan  Qacar“  bir  qədər  sonra  öz 
torpaqlarının üçdə iki hissəsini itirdi”. (25) Muğanda qurultayın çağırılması 
və  ondan  sonra  baş  verən  hadisələr,  o  cümlədən  müstəqil  Car-Balakən 
cəmiyyətlərinə  və  Dağıstana  qarşı  cəza  yürüşləri  (1741-1743-cü  illər), 
Türkiyə  ilə  üçillik  müharibə  (1743-1746-cı  illər),  Xəzər  dənizində  donan-
ma yaratmaq cəhdi və sairlər göstərir ki, Nadir şahın hakimiyyəti illərində 
(1736-1747-ci  illər)  siyasi  hadisələrin  mərkəzi  yenə  də  Azərbaycan  ərazisi 
olmuşdur. “Bütün bunlar Azərbaycanın əhalisi üçün yaxşı heç nə vəd etmirdi. 
Əksinə, onun ərazisi itaət etməyən dağlılarla mübarizədə Nadir tərəfindən 
Dağıstana göndərilən cəza ekspedisiyalarının tapdağı altında qalan çöllərə, 
habelə Azərbaycanın özündə, əsasən də Şirvanda üsyançılara qarşı döyüş 
meydanına çevrilmişdi”. (26)
Şirvan hakimlərindən fərqli olaraq, mövcud feodal özbaşınalığı şərai-
tində,  İranın  və  Türkiyənin  siyasi  ambisiyaları  və  Rusiyanın  işğalçı  planları 
qarşısında daha təmkinli siyasət aparan Qubalı Hüseyn Əli xan bu zaman heç 
kimlə münasibətləri korlamamağı üstün tutur və Rusiyaya olduğu kimi İrana 
da dostluq münasibəti göstərir və bunun müqabilində mükafatlandırılır: Na-
dir  Azərbaycana  ilk  yürüşündə  Salyanın  idarə  edilməsini  Hüseyn  Əli  xana 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
12
həvalə edir. Lakin tezliklə Salyan yenidən Hüseyn Əli xanın əlindən alınır və 
Nadir şah ona “yalnız Qubanı idarə etməyi” tapşırır. (27) 
Bu dövr Quba əhalisi sənətkarlıqla və ticarətlə məşğul olan kiçik bir 
şəhər  idi.  Akademik  İ.  Beryozinin  fikrincə  “böyük  Qubanın”  yaranmasına 
səbəb  Xudat  şəhərinin  inzibati  mərkəz  kimi  öz  əhəmiyyətini  itirməsi  və 
1735-ci ildə xanlığın paytaxtının Qubaya köçürülməsi olmuşdur ki, bundan 
sonra Xudat əhalisinin çox hissəsi də Quba şəhərinə köçmüşdür. Paytaxtın 
köçürülməsinin 1747-ci və ya 1748-ci ildə baş verdiyi barədə digər fərziyyələr 
də  mövcuddur.  (28)  Beləliklə,  Quba  şəhəri  1735-ci  ildə  Hüseyn  Əli  xanın 
dövründə eyni adlı xanlığın paytaxtı olur. Xanlığın tərkibinə əhalisi əkinçiliklə, 
bağçılıqla və heyvandarlıqla məşğul olan yüzlərlə kiçik kəndlər də daxil idi.
Quba  xanlığının  özündə  nisbi  siyasi  sabitliyə  baxmayaraq,  1740-cı 
illərdə  onunla  qonşu  olan  ərazilərdə  –  Şirvanda,  Dağıstanda,  Qarabağda, 
Şəkidə Nadir şahın qoşunları ilə hələ də mərkəzi İran hakimiyyətinə tabe ol-
maq istəməyən yerli hakimlərin silahlı qüvvələri arasında hərbi əməliyyatlar 
bitmirdi.  1743-cü  ildə  Şirvan  ərazisində  şah  İranına  qarşı  xalq  üsyanı 
başlandı. Üsyan yalnız Nadir şahın artilleriyasının tətbiqi sayəsində yatırıldı 
və bunun da nəticəsi olaraq üsyanın mərkəzi Yeni Şamaxı – Ağsu şəhəri tu-
tuldu. Elə həmin ilin noyabrında Nadir şah 15 minlik qoşunla Hacı Çələbi 
xanın rəhbərliyi altında üsyan etmiş şəkililərə qarşı yürüş etdi. Yalnız iki il-
lik mübarizə və Şəki şəhərinin (Gələsən-Görəsən qalasının) mühasirəsindən 
sonra,  1745-ci  ilin  fevralında  Çələbi  xan  Nadirin  hakimiyyətini  tanımağa 
məcbur oldu. Lakin bütün bu hərbi yürüşlər İran dövlətinin özü üçün də iz 
buraxmadan keçmirdi. Nadir şahın hakimiyyətinin son illərində onun dövləti 
kəskin surətdə yoxsullaşmışdı. Vəsaitlərə ciddi ehtiyacı olan Nadir şah bir-
birinin  ardınca  yeni  fövqəladə  vergilər  haqqında  sərəncamlar  verməyə 
başladı ki, bu da rejimə qarşı silahlı üsyanlar üçün bir təkan oldu və nəticədə 
“xəracın ağırlığı ucbatından həm Gəncə, həm Samux, həm İrəvan, həm də 
Aranın digər şəhərləri və təbəələri ondan ayrıldılar”. (29)
Beləliklə, Nadir şah hələ sağ ikən Azərbaycanın bu və ya digər əyalət-
lərinin  mərkəzi  hakimiyyətə  tabeçiliyi  sona  yetdi  və  İrandan  asılı  olmayan 
gələcək  Azərbaycan  xanlıqlarının  əsası  qoyulmağa  başladı.  Bu  prosesin 
Nadir  şahın  ölümündən  (19  iyun  1747-ci  il)  sonra  güclənməsi  uzunsürən 
İran hökmranlığının ləğv edilməsinə və on beş xanlığın yaranmasına gətirib 
çıxardı: «... XVIII əsrin ortalarında artıq Azərbaycanın bütün ərazisində kiçik, 
lakin  faktiki  olaraq  İranın  mərkəzi  şah  hakimiyyətindən  asılı  olmayan  17 
xanlıq yaranmışdı. Onların hamısı şimalda İranın öz sərhədlərindən Böyük 
Qafqaz  sıra  dağlarınadək,  qərbdə  Sultan  Türkiyəsinin,  Ermənistanın  və 
Şərqi  Gürcüstanın  sərhədlərinə,  Xəzərin  sahillərinədək  Azərbaycanın  tarixi 
torpaqları hüdudunda yerləşirdi. ...Bütün bu xanlıqlar, bir qayda olaraq, ayrı-
ayrı tayfa nəsillərinə başçılıq edən Azərbaycan feodallarının kübar nəsillərin 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə