Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

29
Azərbaycan  əyalətlərindən  fərqli  olaraq,  Quba  əyalətində  əhəmiyyətli 
dərəcədə  çoxala  bilmədilər.  Bunun  səbəbi  bir  sıra  amillərlə,  o  cümlədən 
əyalətin əhalisinin sıxlığı və bilavasitə “müsəlman” əhalisinin özünün etnik 
baxımdan rəngarəngliyi ilə izah olunurdu.
Yeni  əldə  edilmiş  Cənubi  Qafqaz  ərazilərinin,  o  cümlədən  Quba 
xanlığının,  əhalisinin  vəziyyətinin  öyrənilməsi,  demək  olar  ki,  bu  diyara 
müxtəlif  vaxtlarda  səfər  etmiş  bütün  ekspedisiyaların  maraq  dairəsinə 
daxil olmuşdur və bu, öz əksini rus məmur ya hərbçilərinin məruzələrində 
tapmışdır.  Məsələn,  P.Q.Butkov  1796-cı  ildə  hələ  rus  istilasına  qədər  olan 
hesabat-məktublarında artıq Quba xanlığını “əyalət” adlandırır və göstərirdi 
ki:  “Quba  əyalətinin  əhalisinin  sayı  23.147  nəfərə  çatır.  Onlardan  yerli 
sakinlər türkü adlandırılan dildə danışır, Öməri təriqətinin ardınca gedərək, 
müsəlman dininə sitayiş edir; bu yerlərə sonradan gələnlər isə digər yed-
di mahalda məskunlaşmışlar; lakin Müskür, Bərmək və Sədan əyalətlərinin 
əhalisi tat adlandırılan dildə danışır və Ələvi təriqətinə mənsubdur; Buduq 
və Xınalıq mahallarının əhalisi Öməri təriqətinə etiqad edir və ləzgi dilinə 
çox  yaxın  olan  dildə  danışırlar,  Maqan  düzündən  köçmüş,  Fətəli  xanın  və 
onun  atası  Hüseyn-Əli  xanın  hakimiyyəti  dövründə  burada  məskunlaşmış 
Şabran  əyalətinin  əhalisi  Ələvi  təriqətinə  etiqad  edir,  amma,  qubalılar 
kimi  türkü  adlanan  dildə  danışırlar.  Böyük  hissəsinin  Müskür  mahalında 
məskunlaşdığı ermənilər 180-dək təsərrüfat təşkil edir, azad surətdə öz dini 
qanunlarına  əməl  edir,  altı  kilsələri  və  on  keşişləri  var.  Yəhudilər  Qubanın 
qarşısında  yerləşən  xüsusi  Kulqat  kəndini  təşkil  etməklə,  200  təsərrüfatda 
məskunlaşmışlar... Onlar həddən artıq yoxsuldur, öz dillərində danışırlar, öz 
dini qanunlarına etiqad edirlər, dörd sinaqoqları və dörd ravvinləri var”. (71) 
Beləliklə, əgər evlərin sayı – “Quba əyalətinə daxil olan 245 kənddə 
6364 ev” – də nəzərə alınarsa, (72) asanlıqla müəyyən etmək olur ki, XVIII 
əsrin  sonuna  Quba  xanlığının  əsas  əhalisini  yerli  sakinlər  –  müsəlmanlar 
təşkil edirdi.
Yuxarıda qeyd edildiyi kimi, qədimdən Qubanın yerli əhalisini qafqaz-
dilli, irandilli və türkdilli tayfalar təşkil edirdi, müxtəlif tarixi dövrlərdə burada 
ərəblər, kürdlər və digərləri məskunlaşmışdır ki, bütün bu əhali qrupunu rus 
hökuməti ümumi bir ad – “müsəlman əhalisi” adı altında birləşdirirdi. 
XIX əsrin əvvəllərində Quba əyalətinin müsəlmanları arasında türkdilli 
əhali çoxluq təşkil edirdi. İstər Cənubi Qafqazın, istərsə də İran Azərbaycanın 
tarixən etnik türk tayfalarından olan əhalisi həm özü, həm də digər xalq-
lar tərəfindən “müsəlman” və yaxud “türk” adlandırılırdı, və bu zaman onun 
dini  şüuru  etnik  şüurunu  üstələyirdi.  Cənubi  Qafqaz  Rusiya  İmperiyasının 
tərkib hissəsi olduqdan bütün türk xalqlarını ənənəvi olaraq tatar adlandıran 
rus  hökuməti,  onları  digər  türk  xalqlarından  ayırmaq  üçün,  “azərbaycanlı/
adərbaycanlı”  və  yaxud  “Cənubi  Qafqaz  tatarları”  adlandırmağa  başladı. 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
30
Hökumət  tərəfindən  “Azərbaycan  tatarları”  kimi  tanınan  əhali  həm  Quba 
şəhərinin  özündə,  həm  də  nə  vaxtsa  bu  yerlərə  köç  etmiş  əcdadlarının  - 
çoxsaylı  qıpcak,  oğuz  və  digər  türk  tayfalarının  adını  daşıyan  kəndlərdə 
yaşayırdılar (Quba, Alpan, Şabran, Bayat, Qacar, Samur, Çul, Xuc, Çalaxar və 
d.). Onlar türk dilində danışırdı, islamın həm şiə, həm də sünni məzhəbinə 
mənsub idilər. (73)
Quba əyalətində irandilli xalqlardan tatlar yaşayırdı ki, onlar, iranlıların 
nəslindən  olmaqla,  böyük  ehtimala  görə,  Sasanilər  sülaləsi  dövründə 
(b.e.  III–VII  əsrlərdə)  imperiyanın  şimal  sərhədlərinin  müdafiə  olunması 
məqsədilə Cənubi Qafqaza köçürülmüşdülər. Belə bir mülahizə də mövcud-
dur  ki,  XIII  əsrin  əvvəllərində  Şirvanın  əsas  əhalisini  təşkil  edən  tatlar 
Sasanilər hakimiyyəti dövründə buradakı alban tayfalarının yerini tutmuş və 
müxtəlif dövrlərdə dini cəhətdən üç qrupa: müsəlman, yəhudi və qriqorian-
lara ayrılmışlar. (74) 
Qubanın müsəlman-tat əhalisi əsasən adlarında tat dilinin kökləri qo-
runub saxlanılmış kəndlərində (Gəndov, Afurca, Zərqava, Rustov, Zuxur və 
d.) yaşayırdı ki, bu kəndlər də dağınıq şəkildə türkdilli Azərbaycan kəndləri 
arasında yerləşirdi. Tatlar ənənəvi şiə olmaqla - yalnız az hissəsi isə sünni 
idi – öz aralarında tat dilində, digər xalqlarla isə türk dilində danışırdılar. (75) 
Qubanın müsəlman əhalisinin böyük hissəsini ləzgilər – əyalətin qədim 
əhalisi təşkil edirdi ki, onların da böyük əksəriyyəti Quba əyalətinin Dağıstanla 
həmsərhəd olan ərazilərində, Samur çayının sağ sahilində məskunlaşmışdı. 
Cənubi Dağıstanın orta əsrlərdə Şirvanşahlar dövlətinin tərkibinə daxil olması 
və yaxud onun təsiri altında olması ləzgilərin müntəzəm olaraq Dağıstandan 
qonşu ərazilərə (o cümlədən Quba xanlığına) köç etməsinə səbəb olmuşdur. 
Onlar köçdükləri ərazilərdə yeni yaşayış nahiyələri yaradaraq, bir çox hallar-
da həmin nahiyələrə özlərinin keçmiş kəndlərinin adını vermişdilər. Məsələn, 
Quba əyalətinin ləzgilər yaşayan kəndləri – Zeyxur, Muruq, Muruqoba, Ləgər, 
Gədəzeyxur, Yeni Zeyxur kəndləri Dağıstanın eyni adlı kəndlərindən gələn 
əhali tərəfindən yaradılmışdı. (76) Ləzgilər sünni idilər, öz ləzgi, habelə türk 
dillərində danışırdılar. 
Quba  əyalətində  ləzgilərdən  başqa  ləzgi  dilinin  Şahdağ  dil  yarım-
qrupuna daxil olan digər çoxsaylı Qafqaz xalqları: xınalıqlar, qrızlar, buduqlar 
da yaşayırdı. 
Xınalıqlar, təkcə bir kəndin əhalisi olmaqla, qədim Qafqaz Albaniyası 
əhalisinin  nəslindəndirlər,  sünnidirlər,  yüksək  dağ  kəndi  Xınalıqda  yaşayır, 
xınalıq, habelə türk və ləzgi dillərində danışırdılar.
Buduqlar Şərqi Qafqaz xalqıdır, əsasən Quba şəhərindən 64 kilometr 
cənubi-qərbdə yerləşən eyni adlı kənddə yaşamışlar, lakin əkin torpaqlarının 
çatışmazlığı  səbəbindən  ətraf  ərazilərdə  də  məskunlaşmışdılar.  Köç  etmiş 
buduqlar tərəfindən Müşkür, Şabran mahallarında və digər mahallarda “oba” 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə