35
1837-ci ildə Cənubi Qafqaza senator P.V.Qanın başçılığı ilə komis-
siya göndərildi. 1838-ci ilin əvvəlində onun təqdim etdiyi “Cənubi Qafqaz
məmləkətinin idarə edilməsi üçün təsisat” layihəsi və təklifləri əsasında
Rusiya hökuməti 10 aprel 1840-cı ildə Cənubi Qafqazda inzibatı islahatlar
haqqında Qanun dərc etdi. 01 yanvar 1841-ci il tarixdə qüvvəyə minmiş
həmin Qanuna əsasən Cənubi Qafqazda komendant idarəçiliyi ləğv olunur,
onun yerində isə ümumrusiya idarəetmə sistemi tətbiq edilirdi. Azərbaycanın
böyük hissəsi yeni yaradılmış Xəzər vilayətinə (Bakı, Dərbənd, Quba,
Lənkəran, Nuxa, Şamaxı, Şuşa qəzaları), digər, daha az hissəsi isə Gürcü-
İmereti quberniyasına (Yelizavetpol, Balakən və Naxçıvan qəzaları) daxil edil-
di. Beləliklə, Quba əyaləti Quba qəzası oldu, 1843-cü ildən isə Quba şəhəri
qəza şəhərinə çevrildi.
Bu qanuna uyğun olaraq ləğv edilmiş köhnə idarələrin əvəzinə yeniləri
– quberniya, qəza və nahiyə idarələri yaradıldı, mahallar və onlarla birlikdə
mahal naibləri vəzifələri ləğv edildi. Bununla bərabər, azərbaycanlı məmurlar
yerlərdəki bütün inzibati aparatlarda işdən qovuldular və onların yerinə rus
məmurları təyin edildi. Senator Qanın layihəsində və digər sənədlərdə belə
bir fikir irəli sürülürdü ki, məmləkətdə Rusiya mütləqiyyətinin etibarlı dayağı
yalnız “xalis rus zadəganlığı” ola bilər və onları burada yerləşdirmək lazımdır.
Amma bunun üçün torpaqlar lazım idi və bu səbəbdən Cənubi Qafqazın
müsəlman əyalətlərində titullu torpaq mülkiyyətini ləğv etmək qərara alındı.
Əgər bu islahata qədər hakimiyyətə qarşı çıxışlarda bəylərin və ağa-
ların yalnız kiçik bir hissəsi iştirak edirdisə, indi vəzifələrindən, eləcə də öz
torpaqlarından, kəndlilərindən, bunun ardınca isə gəlirlərindən məhrum edilən
və ya bunu gözləyən bəy və ağalar kütləvi şəkildə hakimiyyətə qarşı barışmaz
müxalifətə keçdilər. Onların yaratdıqları silahlı dəstələr mütəmadi olaraq təkcə
ayrı-ayrı məmur və zabitlərin deyil, həm də çar qoşunlarının kiçik dəstələrinin
üzərinə hücumlar edirdi. Bütün bu hücumlar çar hökuməti tərəfindən rəsmən
“talan və soyğunçuluq” kimi təsnif olunurdu, lakin, bu hərəkatın xüsusilə 1842-
ci ilin ortalarından etibarən son dərəcə geniş vüsət alması, I Nikolay hökumətini
qəbul edilən qərara yenidən baxmağa və son olaraq Qanın islahatlarının
həyata keçirilməsini dayandırmağa məcbur etdi. (89)
XIX əsrin 40-cı illərinin əvvəllərində keçirilən inzibatı-məhkəmə islahatları,
komendant idarəçiliyinin və keçmişdən qalmış bəzi xanlıq qaydalarının ləğvi,
ümumən Azərbaycanda feodal parçalanmasına birdəfəlik son qoyaraq
ölkənin iqtisadi inkişafına təkan versə də, eyni zamanda çar mütləqiyyətinin
müstəmləkəçilik zülmünü gücləndirirdi. 1841-ci ildə dərc olunan və Azərbaycan
qəzalarında 10 ildən artıq müddətdə qüvvədə olan köhnə vergi sistemini ləğv
edən “Hər evdən alınan vergi haqqında” qanun natural təsərrüfatın dağılması
və əmtəə-pul münasibətlərinin inkişafı prosesini sürətləndirirdi. Bununla belə,
hətta əvvəllər hər cür vergilərdən azad olan rəncbər və əsgərlərdən də pul
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
36
vergisinin alınması və digər hökumət tədbirləri kəndlilərin vəziyyətini olduqca
ağırlaşdırırdı ki, bu da onların tez-tez hökumət əleyhinə çıxışlarına, vergilərdən
və dövlət xəzinəsi xeyrinə mükəlləfiyyətlərin icrasından imtina etməsinə səbəb
olurdu. 1844-cü ildə Quba qəzasının Qrız kəndinin öz qəddarlığı və kəndliləri
sıxışdırması ilə ad çıxarmış starşinası öldürülür. Onun ölümündə ittiham olu-
nan iki kəndli sürgünə məhkum edilir. Bu zaman kəndin bütün sakinləri,
yekdilliklə onların müdafiəsinə qalxaraq, müttəhimlərin azad olunmasını
tələb edirlər. Belə həmrəyliyin qarşısında çar çinovnikləri hökmün icrasını
dayandırmalı olurlar. 1845-ci ildə Quba qəzasında bir qrup kəndli mülkədar
Məmməd Yusif bəyə tabe olmaqdan, vergi verməkdən və mükəlləfiyyətə əməl
etməkdən imtina edirlər. Həmin bəyin qəza rəisinə şikayətindən aydın olurdu
ki, kəndlilər artıq 8 ildir ki, onu tanımaq istəmirlər. 1845-ci ildə Quba qəzasının
Rustov kəndinin əhalisi öz hakiminə qarşı üsyan qaldırdıqda, hakim həmin
kəndə silahlı dəstə göndərərək üsyanı yatırır. Bu dövrdə kəndli iğtişaşları
Azərbaycanın digər qəzalarında da baş verirdi. (90)
Kəndli hərəkatının genişlənməsinə çox vaxt yerli feodalların özləri
– onların sahibkar hüquqlarını şübhə altında qoyan rus hökumətinin
siyasətindən narazı olan bəylər, ağalar təkan verirdilər. Həmin dövr Azərbaycan
qəzalarında olan vəziyyət o qədər
gərgin idi ki, Qafqazda yerli zadəganların
şəxsində etibarlı sosial dayağın yaradılması məsələsi yenidən gündəmə gəlir.
Vəziyyəti dəyişmək zərurəti qarşısında rus hökuməti 1844-cü ildə Qafqazda
canişinlik təsis etdi və bununla da məmləkətin müstəmləkəçilik idarə üsulu
bir daha təsbit olundu. Belə ki, bütün mülki və hərbi hakimiyyət bilavasitə
imperatora tabe olan canişinin əlində cəmlənirdi. Qafqazın ilk canişini
knyaz M.S.Vorontsov təyin olundu və onun dövründə 1840-cı il islahatına
dəyişikliklər edildi.
1846-cı ildə Cənubi Qafqazın quberniyalara bölünməsi əsasında yeni
inzibati bölgüsü həyata keçirildi və müvafiq olaraq Tiflis, Kutaisi, Şamaxı və
Dərbənd quberniyaları yaradıldı. Quberniyalar hərbi qubernatorlar tərəfindən
idarə olunurdu. Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı quberniyasının
tərkibinə, Quba qəzası isə Dərbənd quberniyasına daxil edildi. Sonradan,
1850-ci ildə Azərbaycan torpaqlarının da bir hissəsi daxil olmaqla, İrəvan
quberniyası yaradıldı. 30 may 1859-cu il tarixdə Şamaxını dağıtmış güclü
zəlzələdən sonra, quberniyanın mərkəzi Bakı oldu, Şamaxı quberniyası Bakı
quberniyası adlandırılmağa başladı. 5 may 1860-cı il tarixdən Quba qəzası
da Bakı quberniyasının tərkibinə daxil edildi.
1846-cı ilin dekabrında bəy və ağaların hüquqlarına dair I Nikolayın
Reskripti dərc edildi. Bu sənədə əsasən bəylərin və ağaların Azərbaycanın
Rusiyaya birləşdirildiyi dövrə qədər sahib olduqları bütün torpaqları üzərində
irsi sahiblik hüquqları təsdiq olundu, hətta şərti mülklər – tiyullar da irsi
mülkiyyət hesab edildi.