12
zı haşiyəyə alınır.
Soldakı tamğa yoxa çıxır,yeri boş qalır.Əlifbadakı qırmızı haşiyələr də ara-
dan qalxır.
Diktorun səsi:
“Həmin əlifbada “tha”hecasını bildirən qrafem də ağnoqayların türkmən
soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-
mışdır.”
Ekranın sol tərəfində sözügedən tamğanın təsviri peyda olunur.Əlifbadakı
“tha”qrafemi isə qırmızı haşiyəyə alınır.
Diktorun səsi:
“Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə (Əlifbadakı qırmızı
haşiyə “tha”qrafemindən “dha” qrafeminin üzərinə köçür,türkmən soyunun
tamğasını isə konqes(kəngər) soyunun tamğası əvəz edir.) qaranoğayların konqes
və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz
pirində də rast gəlinməkdədir.”
Ekranda at çapıb ox atan türkləri əks etdirən süjet canlanır.Süjeti cəngi sə-
daları müşayiət edir.
Ekranın sol tərəfində e.ə.5-3-cü əsrlərə aid arami əlfbası,sağ
tərəfində isə
Dəməşq-səfaid əlifbası peyda olur.
Diktorun səsi:
“Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı
hərflərə uyğun gəlməkdədir.Belə ki,qaranoğayların qazan boyunun ergenekli soyu-
nun damğası ilə eyni olan işarə eramızdan əvvəl 5-3 -əsrlərdə işlənmiş arami əlif-
basının “h”hərfi ilə üst-üstə düşür.”
Ekranın sol tərəfindəki əlifbanın “h”hərfi qırmızı haşiyəyə alınır.
Diktor mətni:
“Şirvan tamğalarından bir qismi Dəməşq-səmud və Dəməşq-səfaid əlif-
basının bəzi hərfləri ilə eynilik təşkil edir.”
Ekranın sağ tərəfindəki əlifbanın da “h”hərfi qırmızı haşiyəyə alınır.
Ekrandakı əlifbaları növbə ilə görüntülənən çox sayda qayaüstsü təsvirlər
əvəz edir və bu təsvirlər musiqi parçası ilə müşayiət olunur.
Ekranda Orxon və Yenisey əlifbaları əks olunur.
13
Diktorun səsi:
“Qobustan və Gəmiqyadan tapılmış türk tamğalarının bir qisminin
paralel-lərinə də Orxon və Yenisey əlifbalarında rast gəlinir.Beləki,bu tamğalarla
sözüge-dən əlifbalardakı “nt” və ya “nd”, “ s” və ya “ş”, “ı” və ya “i”, “p”,
“b”, “d”, “t”,“z”, “k”, “ç”səslərinin qrafik təsvirləri ilə eynidir.”
Diktor səs və qrafemləri saydıqca hər iki əlifbadakı müqabil qrafemlər qır-
mızı haşiyəyə alınır.
Diktorun kadr arxasından eşidilən səsi davam edir:
“Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz
əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut etməklə yanaşı,ulu babalarımı-
zın soy tamğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların
qrafemlərinə çevrildiyini göstərir.Bu isə o deməkdir ki,Azərbaycan dünya yazı mə-
dəniyyətinin ilk beşiyi olmuşdur.”
Ekranda yenidən musiqi sədaları altında Qobustan təsvirləri bir-birini əvəz
edir.
Ekranda Mahmud Kaşğarlı və Yazıçıoğlu Əliyə görə oğuz boylarının sıra-
lanmasını və onların tamğalarını əks etdirən cədvəllər görüntünəlir.
Diktor mətni:
“Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya
(Birinci cədvəldə müvafiq tamğa qırmızı haşiyəyə alınır.),eləcə də Yazıçıoğlunun
əfşarlara aid etdiyi (İkinci cədvəldə də müvafiq tamğa qırmızı haşiyəyə alınır.), fə-
qət Mahmud Kaşğarlının təsvir etdiyi tamğadan fərqlənən tamğaya Gəmiqaya işa-
rələri sırasında,eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən
Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar içərisində rast gəlinir.
Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-
ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın-
mışdır.(Birinci cədvəldə müvafiq tamğa qırmızı haşiyəyə alınır.) Maraqlıdır ki,bu
işarənin ekvivalentinə Egey yazılarında da “şərab”mənası verən heroqlif kimi
rast gəlinir.
Yazıçıoğlu Əlidə 11-ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları
Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır.(İkinci cədvəldəki müvafiq tamğa
qırmızı haşiyəyə alınır.)Eyni müəllifin 16-cı oğuz tayfası kimi göstərdiyi çepnilərin
tamğası da eyni təsvirlər içərisində yer almaqdadır.”
İkinci cədvəldə çepnilərin də tamğası qırmızı haşiyə ilə digərlərindən fərq-
ləndirilir.
14
Ekranda bir-birini əvəz edən Gəmiqaya təsvirləri peyda olur.Bu təsvirlərin
fonunda kadr arxasından eşidilən diktor səsi deyir:
“Gəmiqayada rast gəlinən tamğalar içərisində Yazıçıoğlu Əlinin 19-cu oğuz
boyu olduqlarını söylədiyi ulay-unduğların və Bahadır xanın 17-ci oğuz boyu kimi
təsvir etdiyi samurların tamğaları da vardır.”
Ekranda Tarix Muzeyinin öncə xarici,daha sonra isə daxildən görüntüləri
canlanır.Muzeyin əməkdaşı eksponatları göstərə-göstərə deyir:
“Mezolit dövründə mühüm prosesin,yəni təbiətin hazır məhsullarını mənimsə-
məkdən onların bilavasitə istehsalına keçidin əsası qoyulmuşdur.Çox uzun və mü-
rəkkəb yol keçmiş bu proses yalnız Neolit dövründə əsaslı surətdə formalaşmış-
dır. Mezolit dövründə yaşamış insanların həyat tərzi Qobustan abidələri əsasında
öyrənilmişdir.Arxeoloji qazıntılar göstərmişdir ki,burada həyat 12-14 min il öncə
başlamışdır.Mezolit
dövründə
Qobustanda
insanların
məşğuliyyəti
ovçuluq,balıqçı-lıq,yığım,zaman keçdikcə isə maldarlıq və əkinçilik olmuşdur.
Burada “Öküzlər”, “Ana Zağa”, “Firuz” və başqa Mezolit dövrü düşərgələrində
çaxmaqdaşı və çay daşından,habelə sümükdən hazırlanmış müxtəlif əmək alətləri
tapılmışdır. Qobus-tan sakinləri tərəfimdən mikrolit lövhələrindən itiuclu
,gəzli,bıçaqvari,kiçik qaşov və sairə tipli iskənəyə bənzər kəsici alətlərin istehsalı
mənimsənilmişdi.
Sümükdən biz,ox ucu,balıq torunun toxunmasında istifadə olunan alətlər ha-
zırlanırdı.Qədim qobustanlılar bəzək əşyalarını müxtəlif dəniz ilbizlərinin çanaq
hissəsindən,ayrı-ayrı heyvanların sümük və dişlərindən düzəldirdilər.”
Ekranda tarixçi alim H.Cəfərov peyda olur.O deyir:
“Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əha-
linin dini görüşlərinin,xüsusən ovsun-totem inamlarının öyrənilməsində əhəmiy-
yəti çox böyükdür.”
Ekranda Qobustanın Böyükdaş qayalıqlarındakı mağaralar görünür.
Diktor mətni:
“Qobustanın Böyükdaş qayalıqlarında çoxlu mağara vardır.Mezolit
dövrünün petroqlifləri əsasən bu mağaraların ətrafındakı və daxilindəki qayalarda
həkk olun-muşdur.(Ekranda həmin təsvirlərdən bəziləri görüntülənir.)Bu qayalar
qədim rəs-samların ,bir növ,qədim “rəsm qalereyası”dır.Böyükdaşın yuxarı
mərtəbəsindəki bu “qalereya”da əzəmətli ovçuların surətləri (Ekranda 5№-li
mağara,29№-li daşın üzərindəki təsvir canlanır.),bir cərgədə rəqs edən adamların
rəsmi (Ekrana 3№-li mağara,45№-li daşın üzərindəki təsvir gəlir.),gizləncəklər-
müqəvvalar (Ekranda 49 daşın üzərindəki təsvir peyda olur.),gizləncəklərdən
istifadə edərək ov edən iki ovçu (3№-li mağara,45№-li daş),vəhşi atların