Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə193/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   189   190   191   192   193   194   195   196   ...   208

440 

 

şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin 



bu çağında bağlara verilən su gecələr donur, bu donma ağaclara da təsir edir. Ağaclar 

qış  yuxusundan  gec  oyanır,  bu  da  onların  barının,  bəhərinin  çox  olmasına  təsir 

göstərir. 

Böyük  təbiətşünas  alim  Həsən  bəy  Zərdabi  xalqın  təcrübədə  sınaqdan  çıxmış 

belə bir zərbi-məsəlini misal gətirir: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran 

isə az məhsul götürər". 

Böyük  çillə  barədə  el-oba  arasında  gəzən  neçə  para  maraqlı  söyləmə  də  var. 

Belə söyləyirlər ki, bir gün Böyük çillə deyir: 

- Mən dolu qazanlar üstə gəlmişəm, qarıları sağlam görmüşəm. Sonra təndirləri 

yandırdım, kürsüləri qurdurdum. 

Böyük  çillə  40  gün  dövran  sürüb  gedir.  Yolda  Kiçik  çillə  ilə  rastlaşır.  Hal-

əhvaldan sonra Kiçik çillə soruşur: 

-  A  Böyük  çillə,  de  görüm,  qırx  gün  gəlib  atını  çapdın,  bu  qırx  gündə  nə 

gördün, neylədin, işin-gücün nə oldu? 

Böyük  çillə  nə  gördüyündən,  nə  etdiyindən  söhbət  açır.  Hikkəli  Kiçik  çillə 

istehza ilə gülüb cavab verir: 

-  Eh, sən heç nə eləməmisən ki... Mən gəlmişəm, gör indi nələr eləyəcəyəm, nə 

tufan  qoparacağam...  qazanları  ağzı  üstə  çevirəcəyəm,  təndirə  töküb  külbədən 

çıxaracağam,  gəlinlərin  əlini  sənək  qulpunda  donduracağam,  üzüqoylu  qoyub 

gedəcəyəm. 

Onun  coşduğunu  görən  Böyük  çillə  deyir  ki,  bacarmazsan...  çünki  qabağın 

yazdır, ömrün də azdır. 

Bu yandan da Boz ay özünü irəli verib deyir: - Siz məni uzaqda görmüsünüz, 

sizin acığınıza mən də gedib buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, 

çölləri, yamacları cücərdəcəyəm. 

Böyük çillənin adına bağlı xalq arasında söz də qoşublar: 

Böyük çillə 

Boyu bir belə. 

Gəldi elə 

Gülə-gülə... 

Ağ gülünü də 

Göstərdi. 

Al dilini də 

Göstərdi. 

Nə nənəmi dağlatdı, 

Nə bir uşağı ağlatdı. 

Tay qoydun karvanına 

Taylı olsun. 

Pay qoydun xurcununa 

Paylı olsun. 




441 

 

Gəldi gülə-gülə. 



Getdi gülə-gülə. 

Ağ gülü də oldu 

Ağ tülü də oldu... 

Nə ağrı verdi elə

Nə acı söz aldı dilə. 

Ötdü belə-belə 

Getdi gülə-gülə... 

Xalq  təqvimində  fevralın  1-dən  20-dək  davam  edən  müddətə  isə  kiçik  çillə 

deyilir. Kiçik çillənin ömrü, göründüyü  kimi o  qədər də çox deyil.  Amma  kiçik çillə 

də kiçik çillədi ha. Qış fəslinin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. 

Kiçik çillədə qış çox hirsli gəlir. Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun, 

boran,  div  nərəli  külək.  "Kiçik  qardaş  hovlu  olar"  –  məsəli  də  çox  güman  ki,  kiçik 

çillə  üçün  deyilib.  Ümumiyyətlə,  kiçik  çillə  çox  sərt,  şaxtalı  soyuqları  ilə  fərqlənir. 

Ona  görə  də  bu  müddətə  qışın  oğlan  çağı,  qışın  zəlo-zəlo  vaxtı,  girəvəli  qış  da 

deyirlər. 

Kiçik çillənin soyuğu,  

Təndirə təpər toyuğu. 

Qışın donduran, sümük üşüdən şaxtaları ki başladı, "qış qulun salır" - deyirlər. 

Yəni qış elə soyuq, elə sərt keçəcək ki, at bala salacaq (qulun at balasına deyirlər). 

Kiçik çillənin "Xıdır Nəbi" adlanan ilk on günü, adətən, daha sərt, daha şiddətli 

keçir. Elə buna görə də deyirlər: 

Xıdır girdi, qış girdi,  

Xıdır çıxdı, qış çıxdı... 

Çillənin ilk günündən "Xıdır Nəbi" mərasiminə hazırlıq başlanırdı, qovrulmuş 

buğda  kirkirədə  üyüdülərək  qovut  hazırlanır,  bişirilmiş  yumurtalar  günəşin,  yazın 

rənginə uyğun qırmızı və yaşıl boyanır. Sonra qovut və yumurtalar görünməyən yerə - 

yükün altına qoyulurdu. Rəvayətə görə, "Xıdır Nəbi" sonuncu gecə gəlib əlini qovuta 

basır, bununla həmin evə bərəkət verir. "Xıdır Nəbi" bayramında xanım-xatın nənələr 

xonça  tuturdular,  süfrəni  çərəz,  şirniyyat,  qovurğa  bəzəyir,  təndir  çörəyi 

bərəkətləndirirdi.  Nişanlı  qızlara,  təzə  gəlinlərə  pay  aparmaq  adəti  geniş  yayılmışdı. 

Həyətlərdən  qovurğa  ətri  gəlirdi.  Qapı-qapı  gəzən  uşaqlar  bayramlıq  almaq  üçün 

mahnı oxuyurdular: 

Xıdır, Xıdır deyərlər,  

Xıdırın payın verərlər. 

Və yaxud 

Xanım, ayağa dursana,  

Yük dibinə varsana,  

Boşqabı doldursana,  

Xıdırı yola salsana... 

Gəlinlərin  əlini  sənək  qulpunda  dondurmaq  iddiasında  olan  kiçik  çillə  axırda 




442 

 

lap tufan qopardır. Bu müddət sovuşanda  hamı sevinir. Çünki onun  soyuğu, şaxtası, 



cilovsuz  dəli  küləkləri  çoxüzlü  olur.  Qışın  özündən  bir  ay  sonra  da  getmir.  Necə  ki, 

bununla bağlı xalq arasında gəzən belə bir söyləmə var: 

Kiçik  çillə  böyük  çilləyə  deyib  ki,  əgər  sənin  ömrün  məndə  olsaydı,  sən 

gələndə  mən  gəlsəydim,  gəlinlərin  əlin  xəmir  təknəsində  (və  yaxud  un  çuvalında) 

dondurardım. Bir də deyib ki, sənin yerinə mən olsaydım, atların balasın qarınlarında 

dondurardım. Amma neynim, ömrüm azdır, qabağım yazdır... 

Kiçik çillənin də adına bağlı xalq arasında söz qoşublar: 

Kiçik çillə - 

Boyu bir belə, 

Hikkəsi bir belə... 

Gəlişi oldu 

Hayınan. 

Gedişi oldu 

Vayınan. 

Əlində qırmanc 

Eli-günü yandırdı. 

Neçə günahsız 

Doqqaz bağladı. 

Neçə alaqapı sındırdı. 

Kəsdi neçə evin 

Yaxmasın. 

Çörəyin, pendirin, ağmasın. 

Axırda zara gəldi el, 

Oturub şər üstündə 

Zarın-zarın ağladı. 

Gülüş gəldi. 

Özü bir belə, 

Hikkəsi bir belə 

Bu kiçik çillənin. 

Bu kiçik çillənin 

Əl-qolunu bağladı. 

Budaqların dağladı. 

Gülüş yelə verdi 

Piscik çilləni, 

Gülüş yelə verdi 

Kiçik çilləni... 

İnama  görə,  kiçik  çillə  çıxmaqla  qış  başa  çatır.  Azərbaycan  Xalq  təqviminə 

görə,  sonrakı  ay  boz  ay  (alaçalpov)  adlanır  və  fevralın  21/22-dən  Novruza  qədər 

davam edir. Xalq arasında bu müddət boz çillə, ala çillə, ağlar-gülər ayı adları ilə də 

tanınır. Həmin müddət ərzində hava tez-tez bozardığından, tutqun, günəşsiz  günlərin 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə