Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

24 
 
dan  çox  şəhərdə  ticarət  şöbəsi  açılmışdı.  Onun  istehsal  etdiyi  əla  növ  şərablar 
dünya sərgilərində onlarca qızıl medal almışdı. 
Birinci dünya müharibəsi ərəfəsində 10 iri şirkət, xeyli xırda ticarət evi və 
iki  səhmdar  cəmiyyəti  fəaliyyət  göstərirdi.  Müharibə  illərində  daha  3  səhmdar 
cəmiyyəti  təsis  edildi.  Bu  cəmiyyətlər,  başlıca  olaraq,  neft  və  başqa  sənaye 
sahələrində toplanmış kapitalın müdaxiləsi yolu ilə yaradılmışdı. 
1916-cı ildə Almaniya ilə müharibə vəziyyətindən istifadə edərək, «Forer 
qardaşları» və «Hummel qardaşları» şirkətlərinin keçmiş mülkləri əsasında «Cənub 
şərabçılığı» və «Zaqafqaziya  şərabçılığı» səhmdar cəmiyyətləri yaradıldı. Üçüncü 
səhmdar cəmiyyəti Təhməzov və onun şəriklərinə məxsus idi. 
Hər üç cəmiyyətin idarə heyəti Yelizavetpolda yerləşirdi. Güclü maddi və 
maliyyə  imkanlarına  malik  olub,  banklar  tərəfindən  müdafiə  edilən  səhmdar 
cəmiyyətləri  Azərbaycanın  şərabçılıq sənayesində  mühüm rol oynayırdılar. 
Tütün  əhalinin  çox  tələb  etdiyi  məmulat  növü  idi.  XX  əsrdə  tütünün 
sənaye istehsalı xeyli genişləndi. Papiros hazırlanması sürətlə artdı. 
Ən  böyük  tütün  fabrikləri  Bakıda  yerləşirdi.  Mirzəbekyans  qardaşlarına    
məxsus fabrik nəinki Azərbaycanda, həmçinin bütün Zaqafqaziyada ən iri müəssisə 
idi.  Burada  700  nəfərdən  çox  fəhlə  işləyirdi.  Fabrikdə  orta  hesabla  ildə  20  min 
puda  yaxın  tütün  emal  edilir,  200  min  ədəddən  çox  papiros  hazırlanırdı.    Qalan  
fabriklər  nisbətən kiçik olub, hərəsində yüzədək, bəzən bir az artıq fəhlə işləyirdi. 
Şəhərdə  papiros  gilizi  istehsal  edən  üç  kiçik  fabrik  vardı.  1914-cü  ilin  sonunda    
Azərbaycanın  qəzalarında  200  nəfərdən  artıq  fəhləsi  olan  8  tənbəki  (maxorka) 
fabriki  vardı.  Onların  3-ü  Nuxada,  3-ü  Şamaxıda,  1-i  Yelizavetpolda,  1-i    
Ağdaşda  idi.  Şamaxıdakı  iki  fabrik  nisbətən  böyük  olub,  hərəsində  50-60  fəhlə 
işləyirdi. 
Xam  tütün  yerli  fabriklərdə  emal  edilir  və  doğranmış  halda  Rusiyaya 
göndərilirdi. 
Birinci dünya müharibəsi illərində tütün məmulatına tələbatın artması ilə 
əlaqədar olaraq istehsal xeyli çoxaldı. 1916-cı ildə təkcə Şamaxının tütün fabrikləri 
10  min  puda  yaxın  məmulat  hazırladı.  Müharibə  illərində  tütün  fabrikləri  cəbhə 
üçün  işlədiyinə  görə  əhalinin  tütün  məmulatı  ilə  təminatı  xeyli  pisləşdi,  onun   
qiyməti bir neçə dəfə qalxdı. 
XX  əsrin  əvvəllərində  dünyanın  bütün  ölkələrində  biyan  kökünə  böyük 
ehtiyac  vardı.  Rusiyada  bu  qiymətli  bitkinin  əsas  vətəni  Azərbaycan  idi. 
İmperiyada  biyan  kökü  emal  edən  7  zavodun  4-ü  burada  yerləşirdi.  Biyan 
kökündən  alınmış  cövhərdən  əsasən  yeyinti  sənayesində  əczaçılıqda,  sarı,  sarı-
qonur rəngli parçaların istehsalında istifadə olunurdu. 
1902-ci  ildə  Amerika  və  ingilis  kapitalistləri  Azərbaycanda  biyan  kökü 
emal edən bütün müəssisələri: Yelizavetpol, Kürdəmir, Ləki və Ucardakı zavodları 
öz  əllərinə  keçirərək  şirkət  yaratdılar.  1906-cı  ildə  həmin  şirkət  Azərbaycanda 


25 
 
biyan  kökü  toplanışı  və  emalını  öz  inhisarına  alan  Amerika-İngiltərə  səhmdar 
cəmiyyətinə çevrildi. 
Azərbaycanda orta illik yaş biyan kökü toplanışı 4,5 milyon puda bərabər 
idi. (Biyan quruyandan sonra öz çəkisinin yarıdan çoxunu itirir). Biyan kökü emal 
edən müəssisələrdə  250 nəfərdən artıq fəhlə çalışırdı. 
Rusiyada  biyan  məmulatının  çox  az  hissəsindən  istifadə  edilir,  o,  əsasən 
ixrac  olunurdu.  Birinci  dünya  müharibəsi  illərində  Azərbaycanda  biyan  kökü 
toplanışı xeyli azaldı. 
Əsrin əvvəllərində çiyid yağı istehsalına başlandı. 
Pambıq təmizlənərkən məhsulun 
2
/
3
 hissəsi çiyidə çıxırdı. 
1902-ci  ildə  Ləkidə  ilk  və  yeganə  çiyid  yağı  istehsal  edən  zavod  işə 
düşdü.  1906-cı  ildə  Ləki  yağ  zavodu  əsasında  «Qafqaz  yağ  zavodu»  səhmdar 
cəmiyyəti  təsis  edildi.  Cəmiyyətin  əsas  kapitalı  250  min  manat  idi.  Onun  idarə 
heyəti Bakıda yerləşirdi. 
Ləki yağ zavodunda pambıqtəmizləmə zavodlarında alınan çiyidin yalnız 
25-30  faizi  emal  edilirdi.  1913-cü ildə zavodda  400  min  pud  çiyid  emal  edilərək, 
50 min puddan çox yağ, 172 min pud jmıx alınmışdı. 
Jmıxın, emal edilməmiş çiyidin böyük hissəsi Rusiyaya və xarici ölkələrə 
aparılırdı. 
1915-ci    ildə  yeni  təsis  edilmiş  «Pambıq  və  yağ  səhmdar  cəmiyyəti» 
«Qafqaz yağ zavodu»nun bütün səhmlərini alaraq, onu öz əlinə keçirdi. 
Müharibə illərində hərbi sifarişlərlə əlaqədar olaraq zavodda istehsal xeyli 
çoxaldı. 
Ümumiyyətlə,  yüngül  və  yeyinti  sənaye  sahələrində  kustar  istehsalından 
fabrik-zavod  istehsalına  keçilməsi  əmək  məhsuldarlığının  xeyli  artmasına  səbəb 
olmuşdu. 
İstehsalın  sürətlə  təmərküzləşməsi  nəticəsində,  müharibəqabağı  və 
müharibə  illərində  yüngül  və  yeyinti  sənaye  sahələrində  hələ  2  minə  yaxın  fərdi 
müəssisənin  fəaliyyət  göstərdiyi  bir  vaxtda,  110  şirkət,  ələlxüsus  30  səhmdar 
cəmiyyəti məhsul buraxılışında üstün mövqe tuturdu. 
Kustar  istehsalı:  Sənayenin  inkişafı  kustar  istehsalına  güclü  zərbə   
vurdu. Bununla belə, kustar sənət növləri hələ özlərinin əvvəlki mövqelərini az-çox 
saxlayırdı. Bunlardan biri xalçaçılıq idi. 
XX  əsrin  əvvəllərində  Zaqafqaziyada  xalça  istehsalının  3/4  hissəsi 
Azərbaycanda cəmləşmişdi. Burada toxunan xalça və xalılar çoxdan dünya şöhrəti 
qazanmışdı. 
Xalçaçılığın  əsas  mərkəzi  Şuşa,  Quba,  Yelizavetpol,  Bakı,  Cavanşir 
qəzaları  idi.  Qəzaların  kəndlərində  bir-birindən  yaraşıqlı  yüksək  keyfiyyətli  xalça 
və xalılar toxunurdu. Lənkəran qəzası kilim istehsalında məşhur idi. 
Xalça toxumaq tamamilə qadın sənəti olub, bütün işlər əllə görülürdü. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə