Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Pərçimləməklə hissələrin birləşdirir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Pərçimləməklə hissələrin birləşdirir” 

Pərçimləməni necə təsvir edərdiniz? 

Pərçim başlıqlarının hansı formalarını tanıyırsınız? 

Pərçimləmənin hansı növlərini bilirsiniz? 


48 

Pərçimləmənin aparılma ardıcıllığını necə şərh edə bilirsiniz? 

Pərçimləmə üçün istifadə edilən alət və avadanlıqlar haqqında nə bilirsiniz? 

Maşınla pərçimləmənin əllə pərçimləmədən əsas fərqini necə izah edə bilərsiniz? 

İş şəraitinə uyğun olaraq pərçim tikişlərini neçə qrupa bölmək olar və bu qruplar 
hansılardır? 
3.5.1. Təhlükəsizlik qaydalarına əsaslanaraq lehimləmə işlərini nümayiş etdirir 

Hissələrin lehimləməklə bərkidilməsi 
Əridilmiş metaldan və ya lehim adlanan ərintidən istifadə etməklə ayrılmayan 
birləşmə alınmasına lehimləmə deyilir. Lehim kimi ancaq əsas metalla əriyib qarışa 
bilən material götürülməlidir (məsələn qurğuşun mislə əriyib qarışmadığından mis 
üçün lehim ola bilməz). Lehimləmə yerində lehim birləşdiriləcək detalların 
metalının boşluqlarına (məsamələrə) keçir (diffuziya edir). Karbonlu və legirlənmiş 
poladdan, rəngli metallardan və onların xəlitələrindən və digər növ metallardan olan hissələri 
lehimləmək olar. İşlədilən lehimin çətin ərimə qabiliyyətindən və möhkəmliyindən asılı olaraq 
lehimləmə iki növ olur: 
1) yumşaq lehimləmə; 
2) bərk lehimləmə. 
Şəkil 3.15 Elektrik lehimləmə havyası 
Bərk lehimlərin ərimə temperaturu 700ºC-dən artıq olur, yumşaq lehimlərin ərimə temperaturu 
isə 400ºC-dən az olur. Lehimləmənin üstün cəhəti ondan ibarətdir ki, birləşdiriləcək materialları yüksək 
temperatura qədər qızdırmaq lazım gəlmədiyindən bu materiallar öz fiziki və mexaniki xassələrini 
saxlayır.
Yumşaq lehim qalay ilə qurğuşunun qarışığıdır. Onların möhkəmliyi az olur. Polad məmulatları 
və hissələri lehimləmək və qalaylamaq üçün istifadə edilir. Qurğuşun ilə kadmium əsaslı lehimdən də 
istifadə olunur. Yumşaq lehimlə lehimlədikdə çox vaxt flüs olaraq xlorid turşusu ilə sinkin qarşılıqlı 
təsirindən əmələ gələn xlorlu sink götürülür. 
Lehimləmənin əsas vasitəsi havyadır (lehim aləti) ki, bu da polad çubuq ucunda bərkidilmiş mis 
parçasından (işlək hissədən), çubuğun o biri ucunda qoyulan dəstəkdən ibarətdir. 
Lehimləmədən qabaq məmulatın səthindəki yağı, oksidi və pası yeyə və ya sumbata kağızı ilə 
təmizləyirlər. Sonra isə kimyəvi üsulla (flüslə) təmizləyirlər. Lehimləmə prosesindən əvvəl havyanı qaz 
lampasında və ya lehimləmə lampasının alovunda qızdırırlar. Lakin bu üsulla havyanı qızdırmaq əlverişli 
deyil, çünki havya tez soyuyur. Ona görə hazırda elektrik havyası geniş tətbiq edilir 


49 
3.5.2. Tələbələr üçün fəaliyyətlər 

Başqa mənbələrdən istifadə etməklə lehimlərin hazırlanmasına dair axtarışlar aparın və 
təqdimat üçün hazırlayın 

Yumşaq lehimlərdən hansı hallarda istifadə edildiyini araşdırın və müvafiq qeydlər 
apararaq təqdimat üçün hazırlayın

Bərk lehimlərdən hansı hallarda istifadə edildiyini araşdırın və müvafiq qeydlər apararaq 
təqdimat üçün hazırlayın

Lehim alətlərinin müqayisəsini aparın və nəticələrinizin təqdimatını hazırlayın 
3.5.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə