Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Daxili və xarici səthlərdə yivləri açır”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Daxili və xarici səthlərdə yivləri açır” 

Daxili yivlərin açılmasını necə təsvir edərdiniz? 

Xarici səthılərə yivlərin açılmasını necə təsvir edərdiniz? 

Yiv addımı nədir? 

Yiv addımlarının kiçik və böyük ölçülərdə olmasını necə izah edərdiniz? 
 3.4.1. Pərçimləməklə hissələrin birləşdirir 

Hissələrin pərçimlə birləşdirilməsi 
Pərçimləmə müxtəlif formalı və ölçülü pərçimlərdən istifadə etməklə 
birləşdirmə əməliyyatına deyilir. 
Üç növ pərçimləmədən istifadə olunur: 

soyuq pərçimləmə; 

isti pərçimləmə; 

qarışıq pərçimləmə. 
Pərçimlərin başlığı müxtəlif formalarda olur. Formasına görə, əsasən, düz, gizli, yarımgizli və 
konusvarı başlıqlı hazırlanır (Şəkil 3.9). 
Şəkil 3.9 Müxtəlif formalı başlıqları olan pərçimlər. 


45 
a)
düz başlıqlı;
b)
gizli başlıqlı;
c)
yarım gizli başlıqlı;
d)
konusvarı başlıqlı. 
Birləşmə zamanı yarımgizli başlıq üçün yer 
olmaya bilər. Bundan əlavə, yarımgizli başlıqdan 
istifadə səmərəsiz hesab edilə bilər. Bu zaman gizli və 
konusvarı başlıqlı pərçimlər tətbiq olunur. Pərçimlər 
poladdan, misdən, alüminiumdan hazırlanır. Çox az 
hallarda pərçim və bərkidilən hissələr eyni materialdan 
olur (məsələn, avtomobil çərçivələrində tətbiq edilən 
pərçimlər). Birləşməni asanlaşdırmaq üçün pərçimin diametri deşiyin diametrindən kiçik olur. Pərçim 
kimi istifadə olunan milin ucu isə bir qədər konus şəklində hazırlanır. Pərçimin uzunluğu pərçimlənəcək 
hissələrin qalınlıqları cəmindən artıq olur. Bu, ikinci qapayıcı başlığın yaradılması üçün nəzərdə tutulur.
Şəkil 3.11 Müxtəlif başlıqlı pərçim detalları 
Pərçimləmə aparılmazdan əvvəl birləşdiriləcək hissələr üzərində deşiklər açılır. Bunun üçün 
açılacaq deşiklərin mərkəzləri nişanlanır. Sonra çəkiclə vurularaq, yaxud dreldən istifadə etməklə deşik 
açılır. Deşiklərin hər iki hissədə uyğunluğu təmin edilməlidir. İki təbəqə və ya detalın pərçim vasitəsi ilə 
birləşdirmə yerinə pərçim tikişi deyilir. Pərçimlər tikiş boyu bir, iki, üç və daha çox cərgədə yerləşdirilir. 
Pərçim üç hissəyə bölünür: 
-
pərçim başlığı;
-
çubuq;
-
bağlayıcı başlıq. 
Pərçimləmə işlərini yerinə yetirmək üçün əsas alət kvadrat döyəcli çəkicdən, yardımçı alətlər isə 
saxlayıcıdan, dartıcıdan və sıxışdırıcıdan ibarətdir. Pərçimləmənin tam keyfiyyətli alınması üçün çəkicin 
ağırlığı pərçim milinin diametrinə müvafiq olmalıdır. 
Saxlayıcı pərçimin alt başlığını oturdarkən və tamamlayarkən alt başlığın dayağı olur. 
Saxlayıcıların konstruksiyası çox müxtəlif olur, bunları seçərkən pərçimin formasına, həm də saxlayıcının 
öz çəkisinə fikir vermək. Pərçimlərdən soyuq və qızdırılmış halda istifadə olunur. Soyuq halda 
pərçimləmədən az hallarda istifadə olunur. Diametri 12 millimetrdən çox olan pərçimlərdə soyuq halda 
Şəkil 3.10 Pərçimləmədən ümumi görüntü: 
1-pərçim yuxarı başlığı 2-pərçim mili 3-pərçimin 
aşağı başlığı
 


46 
pərçimləmə tətbiq olunur. Maşınqayırmada istifadə olunan pərçimlərin ancaq ucu qızdırılır. Çünki bu 
halda deşiklə pərçim arasında ara boşluğu olmur. Bu da birləşmənin keyfiyyətini artırır. Pərçimləmə 
zamanı qızdırılmış pərçim birləşdiriləcək hissələrdə açılmış deşiyə qoyulur. Sonra başlıq olan tərəfə 
üstündə başlığın forması olan dayaq qoyulur. Dayağın o biri tərəfi zindana söykənir. Pərçimin başlıq 
olmayan, yəni kənara çıxan tərəfindən çəkiclə zərbələr endirilir. Zərbələr nəticəsində pərçimin mili 
bütün deşiyi tutur və ikinci qapayıcı başlıq yaranır. İkinci başlıq hamarlanaraq siferik formaya salınır. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə