Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Dəliklərin rayberlənməsini təsvir edir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Dəliklərin rayberlənməsini təsvir edir” 

Rayberləməni necə təsvir edirsiniz? 

Emal ediləcək deşiyin formasından asılı olaraq rayberlər neçə cür olurlar? 

Rayberlıər tətbiq üsuluna görə də növlərə bölünürmü? 

Konstruksiyasına görə rayberlərin növlərini deyə bilərsinizmi? 

Bütöv rayberlərlə hansı işlər görülür? 

Qoyma bıçaqlı yığma rayber ilə hansı işlər görülür? 

Rayberləmə qaydalarını necə təsvir edə bilərsiniz? 

Rayberin düzgün vəziyyətdə qurulması dedikdə nə başa düşülür? 

Rayberləmənin nə vaxt bitdiyini necə bilmək olar? 


42 
3.2.1. Zengerləməni müəyyən edir 

Zengerləmə işləri 
Zengerləmə ilə deşiyin divarı və ya onun giriş hissəsi kəsmə ilə mexaniki emal 
edilir. Tökmə və ya döymə zamanı alınan deşiklər zengerlənir. Bununla yanaşı, 
qabaqcadan açılmış deşiklər də zengerlənir. Zengerləmədə əsas məqsəd deşiyin 
ölçülərini və onun oxunun vəziyyətini dəqiqləşdirməkdir. Bununla yanaşı, deşiyin 
yan (giriş) hissəsini fasonlu formada emal etmək üçün tətbiq 
olunur. Vint başlıqları üçün çuxur hazırlamaq və s. məqsədi 
ilə zengerləmə aparılır. Zengerləmənin aşağıdakı növləri var:

Deşiklərdə silindrik səth almaq üçün; 

Konusvari deşik hazırlamaq üçün; 

Deşiklərin yan səthini təmizləmək üçün; 

Deşikləri genəltmək üçün. 
Deşikləri genəltmək üçün istifadə olunan zengerlər 
üçdişli və dörddişli olur. Üçdişli zengerlərdən, əsasən, 
diametri 30 millimetrə qədər olan deşiklər üçün istifadə 
olunur. Dörddişli zengerlər isə diametri 100 millimetr olan 
deşiklər üçün nəzərdə tutulur.
Şəkil 3.4 Zengerləmədən sonrakı görüntü 
Silindrik səth əldə etmək üçün istifadə olunan zenkerlərdə yönəldici səth olur. Onu zenkerin 
gövdəsi ilə birgə hazırlayırlar. Bəzi hallarda isə konstruksiyası dəyişə biləcək formada hazırlanır. 
Konusvari deşik əldə etmək üçün istifadə olunan zengerlərə bəzən zenkovkalar deyilir. Zenkovkaların 
bucağı 24= 60
0
olur. Çox az hallarda bucaq 75
0
, 90
0
və 120
0
olur. Zenkovkalarda dişlərin sayı, əsasən, 6 - 
12 - yə qədər olur. Yan səthləri təmizləmək üçün zengerlərin yalnız yan üzündə dişləri olur. Bu 
zengerlərin dişlərinin sayı diametrindən asılı olaraq 2,4 və ya 6 olur.
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

Deşiklərdə silindrik səth almaq üçün zengerləməyə dair başqa mənbələrdən axtarış 
aparın və təqdimatını hazırlayın 

Konusvarı deşik hazırlamaq üçün zengerləməyə dair başqa mənbələrdən axtarış aparın 
və təqdimatını hazırlayın 

Deşiklərin yan səthini təmizləmək üçün zengerləməyə dair başqa mənbələrdən axtarış 
aparın və təqdimatını hazırlayın 
Şəkil 3.3 Zengerlər 


43 

Deşikləri genəltmək üçün zengerləməyə dair başqa mənbələrdən axtarış aparın və 
təqdimatını hazırlayın 
3.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə