Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

İşgilli birləşmələrin yığılması 
İşgillər, biri digərinin içərisində oturdulmuş iki detal arasında fırlanma hərəkətini ötürmək, ya da 
detalları ox boyu hərəkət etdirmək üçün tətbiq edilir. Nazimçarxı, dişliçarxları, qasnağı işgillə oturdurlar 
(Şəkil 2.30). İşgili qoymaq üçün detallarda oyuq işgilin forma və ölçülərinə müvafiq olaraq işgil 
qanovcuğu açırlar. Sərt birləşmələrdə işgili valın yarığına kip, ya da azacıq gərilmə ilə oturdur, vtulkanın 
yarığında oturtma isə daha sərbəst olur.
 
Şəkil 2.30 İşgilli birləşmələr və onların yığılması 


38 
 
 
 

Pazvarı işgillər (Şəkil 2.30 1) yüksək dəqiqlik tələb edilməyən qovşaqları yığarkən tətbiq 
olunur, çünki təkər topu oxunun yerini valın oxuna nisbətən dəyişdirildiyindən təkərtopu qısa olduqda 
əymə yaranır. Pazvarı işgillərin çilingər uyğunlaşdırılması mürəkkəb və əziyyətli proses olduğundan 
yüksək ixtisaslı çilingərlər tərəfindən yerinə yetirilməlidir. 

Prizmatik işgil (Şəkil 2.30 2) qovuşan detalla valın daha yaxşı mərkəzləşdirilməsinə 
imkan verməklə, həm sabit, həm də sürüşən birləşmə alınmasını təmin edir. Prizmatik işgilləri işgil 
qanovcuğuna elə qoyurlar ki, işgilin üst tili ilə detaldakı üst qanovcuğun dibi arasında boşluq qalsın. 
Burucu moment işgilin yan tilləri ilə ötürülür. 

Yönəldici işgil (Şəkil 2.30 3) detalı val boyu sərbəst hərəkət etdirmək lazım gəldikdə 
tətbiq olunur. Yönəldici işgili vintlə bərkidirlər Seqment işgil (Şəkil 2.30-4) prizmatik işgil kimi işləyir, lakin 
bundan ancaq sabit birləşmələrdə istifadə edirlər. Burucu moment işgilin və yarığın yan tərəfləri ilə 
ötürülür. Belə birləşmə sadədir , həm də işgilin və işgil qanovcuğunun hazırlanması ucuz başa gəlir. 

Tangensial işgil (Şəkil 2.30 5) pazvarı işgillər kimi iki pazdan ibarətdir. Tangensial işgilin 
enli tili valın silindrik səthinə toxunan üzrə yönəldilmiş olur. İşgili bərkitmək üçün pazlardan birinin enli 
təpəsinə çəkiclə vururlar. Belə işgillər valın diametri 100mm-dən böyük olduqda tətbiq edilir.
Şəkil 2.31 İşgil və işgil taxılan oyuq 
2.6.2. Tələbələr üçün fəaliyyətlər 

Boltlu birləşmələrin tətbiqinə dair başqa mənbələrdən axtarışlar aparın və onları təhlil 
edin və təqdimat üçün hazırlayın 

Vintli birləşmələrin tətbiqinə dair başqa mənbələrdən axtarışlar aparın və onları təhlil 
edin və təqdimat üçün hazırlayın 

Saçaqlı birləşməllərin tətbiqinə dair başqa mənbələrdən axtarışlar aparın və onları təhlil 
edin və təqdimat üçün hazırlayın 

Qaykaya bərkidilmiş şplintli bərkidilmələrə dair axtarışlar aparın və təqdimat üçün 
hazırlayın 

Taclı qaykalara taxılmış şplintli bərkidilmələrə dair axtarışlar aparın və təqdimat üçün 
hazırlayın 

Fiqurlu yastı yayla şplintli bərkidilmələrə dair axtarışlar aparın və təqdimat üçün 
hazırlayın 

Müxtəlif ölçülü qayka açarları ilə yivli birləşmələrin yığılması və sökülməsinə dair başqa 
mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimat üçün hazırlayın 


39 

Müxtəlif ölçülü üstlük açarlarla yivli birləşmələrin yığılması və sökülməsinə dair başqa 
mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimat üçün hazırlayın 

Müxtəlif ölçülü başlıqlı açarlarla yivli birləşmələrin yığılması və sökülməsinə dair başqa 
mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimat üçün hazırlayın 

Dinamometrik açarla yivli birləşmələrin yığılması və sökülməsinə dair başqa 
mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimat üçün hazırlayın 

İşgilli birləşmələrə dair başqa mənbələrdən axtarışlar aparın və təqdimat üçün hazırlayın 

Prizmaşəkilli işgilli birləşmələrə dair digər mənbələrdən axtarışlar aparın və təqdimatını 
hazırlayın 

Pazvarı işgilli birləşmələrə dair digər mənbələrdən axtarışlar aparın və təqdimatını 
hazırlayın 

Tangesial işgilli birləşmələrə dair digər mənbələrdən axtarışlar aparın və təqdimat üçün
hazırlayın 
2.6.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə