Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Pəstahların yeyələnməsini göstərir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Pəstahların yeyələnməsini göstərir” 

Yeyələmənin məqsədini necə təsvir edərdiniz? 

Ümumi halda yeyələmə neçə cür olur? 


33 

Yeyələmə əməliyyatının ardıcıllığının şərhini necə ifadə edə bilərsiniz? 

Yeyənin işçi gedişi dedikdə nə başa düşülür? 

Yeyələrin növlərini saya bilərsinizmi? 

Yeyələrin yeyilməsini necə təsvir edə bilərsiniz? 

Yeyələmə əməliyyatlarının mexanikləşdirilməsini necə təsvir edə bilərsiniz? 

Əllə və mexanikləşdirilmiş yeyələmə üsullarının hansının daha səmərəli olması haqda 
hansı fikirləri söyləyərdiniz? 

Bizimlə təlimlərdə iştirakınıza qədər olubmu ki, hər hansı bir detalın yeyələnməsini 
həyata keçirmisiniz? 
Şəkil 2.22 Əl dreli 
Şəkil 2.23 Burğulama dəzgahı 
2.5.1. Dəliklərin burğulanmaqla açılmasını nümayiş etdirir 

Burğulama işləri, burğular 
Burğulama əməliyyatı nədir və bu əməliyyat nəyə əsaslanmışdır? Burğulama 
kəsməklə deşik açmaq üçün ən geniş yayılmış üsullardandır. Burğulamada kəsmə 
aləti olaraq burğudan istifadə edirlər. Burğulamada emal edilən detalı burğulama 
dəzgahının stolunda tutqacla, məngənələrdə bərkidib, üstdən iki birgə hərəkət: 
fırlanma hərəkəti, irəliləmə hərəkəti verirlər (Şəkil 2.24). Burğulamada əsasən iki 
cür alətdən – əl və elektrik drellərindən istifadə edilir. Bu mexanizmlərin işçi orqanı olan burğular 
müxtəlif formalarda ola bilirlər.
Konstruksiyasına və təyinatına görə burğular 
aşağıdakı növlərə bölünür: (Şəkil 2.25). 
1. Spiral şəkilli silindrik quyruqlu buğu 
2. Spiral şəkilli konik quyruqlu burğu 
3. Yivaçan burğu 
4. Mərkəzli burğu 
5. İkili diametrli buğu 
6. Mərkəzə uyğunlaşdıran burğu 
7. Konik burğu 
8. Çoxpilləli konik burğu 
Şəkil 2.24 Burğulamadan 
ümumi görüntü 


34 
Şəkil 2.25 Müxtəlif konstruksiyalı burğular 
Burğuların təyinatları ilə tanışlıqdan sonra aydın olur ki, bu alətlərin hər biri hər hansı bir 
burğulama əməliyyatını həyata keçirmək üçün nəzərdə tutulub. əgər burğulama zamanı əməliyyat 
gedən hissədən metal yonqarların çıxması şəkil 2.24-də göründüyü kimi çıxmırsa, deməli, əməliyyatın 
gedişi normalar uyğun deyil.
Nümunə olaraq sıralamada 1-ci göstərilən və əməliyyatlarda daha çox istifadə edilən spiral şəkilli 
silindrik quyruqlu burğuların elementləri və parametrləri ilə tanış olaq. Spiral burğunun işlək hissəsi, 
boynu, burğunu dəzgahın şpindelində bərkitmək üçün quyruğu və onu şpindel yuvasından vurub 
çıxarmaq üçün pəncəsi vardır. İşlək hissə kəsən və yönəldici hissələrdən ibarətdir. Burğunun bütün kəsici 
elementləri yerləşən kəsən hissəsi yonqarı kənar etmək üçün iki spiral qanovcuğun əmələ gətirdiyi iki 
dişdən (lələkdən), burğunun hər iki dişini birləşdirən çatıqdan (özəkdən) - orta hissədən, yonqarın 
sürüşüb çıxdığı 2 arxa və 2 qabaq səthdən, iki əsas kəsən tildən ibarətdir. Burğunun kəsən hissəsinin 
həndəsi parametrləri bunlardır: 

burğunun təpəsindəki bucaq; 

vint qanovcuğunun maillik bucağı; 

qabaq və arxa bucaqlar; 

eninə tilin maillik bucağı. 
Şəkil 2.26 Burğuların itilənməsi 


35 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə