Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Burğuların yeyilməsi və itilənməsi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Burğuların yeyilməsi və itilənməsi
Burğular da digər çilingər alətləri kimi işləndikcə yeyilmələrə məruz qalır. Tezkəsən poladdan 
hazırlanmış burğuların arxa səthi, lentləri və bucaqları, qabaq səthi yeyilir. Burğunun arxa səthi kəsmə 
səthinə, qabaq səthi isə əmələ gələn yonqara sürtünmə nəticəsində yeyilir. Kütləşmiş burğu iş 
prosesində səciyyəvi cırıltılı səs çıxardır, deməli, burğunu itiləmək lazımdır. Burğuları xüsusi itiləmə 
dəzgahlarında və ya sumbata dairəsində əl ilə itiləyirlər. Burğuların itilənmə formalarından normal 
birüzlü və ikiüzlü itiləməni, çatığı azacıq yonmaqla itiləməni, lenti azacıq yonmaqla itiləməni göstərmək 
olar. Fikir vermək lazımdır ki, kəsən tillərin uzunluğu eyni alınsın və eyni bucaq altında itilənmiş olsun. 
Burğuların düzgün itilənməsini xüsusi ülgü ilə yoxlayırlar.
2.5.2 Tələbələr üçün fəaliyyətlər 

Spiral şəkilli burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa 
mənbələrdən istifadə etməklə araşdırın və təqdimatını hazırlayın 

Yivaçan burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa mənbələrdən 
istifadə etməklə araşdırın və təqdimatını hazırlayın 

Konik burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa mənbələrdən 
istifadə etməklə araşdırın və təqdimatını hazırlayın 

İkidiametrli burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa 
mənbələrdən istifadə etməklə araşdırın və təqdimatını hazırlayın 

Burğuların dəzgahlarda itilənmə qaydalarına və itilənmənin necə yerinə yetirilməsinə 
dair başqa mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimatını hazırlayın 

Burğuların əllə itilənmə qaydalarına və itilənmənin necə yerinə yetirilməsinə dair başqa 
mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimatını hazırlayın 

Burğuların düzgün itilənməsinin yoxlanması qaydalarını araşdırın və təqdimat üçün 
hazırlayın 
2.5.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə