Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Yivli birləşmələrin bərkidilməsi 
Əks-qayka ilə bərkitmə (Şəkil 2.28-a) yivdə və iki qaykanın təpə səthində yaranan sürtünmə 
qüvvəsinin təsiri ilə özbaşına burulub-açılmanın qarşısını almaq üçündür. 
Qaykaya burulmuş vintlə bərkitmə üsulu ilə qaykanın istənilən vəziyyətdə bərkidilməsinə imkan 
yaratmaq mümkündür (Şəkil 2.28 b). Bu üsulun çatışmayan cəhəti odur ki, boltun yivi bərkitmə vinti ilə 
zədələnir. Buna yol verməmək üçün bərkitmə vintinin ucunun altına qırmızı misdən çağan qoyurlar. Ucu 
ayrılan şpilintlə bərkitmə ən geniş yayılmış və daha etibarlı sayılan üsullardan biridir. Belə spilinti 
yarımdairəvi en kəsikli polad məftildən hazırlayaraq başını halqa şəklində əyirlər, spilintin ucları aralanır 
(Şəkil 2.28-v). Yaylanan şayba qoymaqla bərkitmə yivli birləşmənin gərgin vəziyyətdə qalmasını təmin 
edir (Şəkil 2.28 j). 
Şəkil 2.28 Yivli birləşmələrin bərkidilməsi a) əks qayka ilə
b)qaykaya burulmuş vintlərlə, v) bolta taxılmış şplintlə, 
q) qaykaya taxılmış şplintlə, d) taclı qaykaya taxılmış şplintlə, 
e) məftillə, j) yaylı şayba ilə, z) deformasiya olan şayba ilə, i) fiqurlu yastı yayla 

Yivli birləşmələrin yığmaq və sökmək üçün alətlər 


37 
Yiv birləşmələrini yığmaq və sökmək üçün əl alətlərindən və mexanikləşdirilmiş alətlərdən 
istifadə olunur. Yiv birləşmələrini yığmaq və sökmək üçün əsas əl aləti qayka açarlarıdır. Açıq açarlar 
altıtilli və kvadrat qaykalar üçündür. Onlar birtərəfli və ikitərəfli ola bilər. Üstlük açarlar isə ağzı qapalı 
olur, qaykanın bütün tillərini əhatə edir. Başlıqlı açarlarla işlədikdə açarı qaykanın bir tilindən o birinə 
keçirmədən açmaq mümkün olduğundan vaxta xeyli qənaət edilir. Başlıqlı açarların başlığı çağanlı, yaxud 
çıxarıla bilən olur, ya da başlıq əyri çağanlı və əyri milli hazırlanır. Xüsusi açarlardan, cır-cıra açar, oynaq 
açar, çağan açardan istifadə edilir Oynaq açar, qaykaları əl çatan yerlərdə burmaq üçün tətbiq edilir 
Çağan açar çətin əl çatan yerlərdə olan, kiçik ölçülü qayka və boltları burub bərk itmək üçün istifadə 
olunur 
Şəkil 2.29 Açarlar dəsti 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə