Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Rayberləmə qaydaları 
Rayberləmədən ötrü deşiyi burğuladıqda pay az saxlanılır. 
Payın çox saxlanması götürən hissənin tez kütləşməsinə, emal 
təmizliyi və dəqiqliyinin pisləşməsinə səbəb ola bilər. Əl ilə 
rayberləmədə rayberi döndəricidə bərkidərək yağlayır və sonra 
götürən hissəsini deşiyə elə taxırlar ki, deşiyin və rayberin oxları 
bir-birinə tuş gəlsin. 
Rayberin düzgün vəziyyətdə qoyulmasına əmin olduqdan 
sonra onu yavaş-yavaş sağa fırladır və eyni vaxtda üstdən azacıq 
basırlar (Şəkil 3.2). Çığırığı yavaş-yavaş səlis və sıçrayışa yol 
vermədən fırlatmaq lazımdır. Rayberin əks istiqamətdə 
fırladılmasına qətiyyən yol verilməməlidir, bu halda deşiyin 
səthində qopuqlar alınar, ya da rayberin kəsən tilləri sına bilər. 
Rayberin işlək hissəsi deşikdən tam keçdikdə rayberləməni 
qurtarmış 
hesab 
etmək 
olar. 
Əl 
ilə 
rayberləməni 
mexanikləşdirmək üçün əməliyyatı burğulama və digər 
dəzgahlarda yerinə yetirir, mexanikləşdirilmiş pnevmatik və 
elektrik burğulama maşınlarından və xüsusi tərtibatlardan istifadə edirlər. 
Rayberləyərkən aləti və kəsmə rejimini düzgün seçmədikdə, rayberləmə üçün xeyli pay 
saxladıqda, yararsız rayberlə işlədikdə, keçidlərin texnoloji ardıcıllığını və rayberləmə qaydalarını 
pozduqda, yağlayıcı soyuducu maye olmadıqda brak alınır. Rayberi əks istiqamətdə fırlatmaq olmaz, əks 
halda, dişləri sınar, deşiyin səthində qopuqlar alına bilər. 
 
 
 
 
 
 
Şəkil 3.1 Rayberlər: a) əllə işlədilən 
b) maşınla işlədilən v) konik formalı 


41 
 
 
Şəkil 3.2 Rayberləmə a) rayberin və döndəricinin qurulması b) rayber uzadıcı ilə 
1- döndərici 2- uzadıcı 3 – rayber 4- detal 
3.1.2. Tələbələr üçün fəaliyyətlər 

Silindrik rayberlərlə görülən işlərə dair başqa mənbələrdən axtarışlar aparın və təqdimat 
üçün hazırlayın 

Konusvarı rayberlərlə görülən işlərə dair başqa mənbələrdən axtarışlar aparın və 
təqdimat üçün hazırlayın 

Maşın rayberləri ilə görülən işlərə dair başqa mənbələrdən axtarışlar aparın və təqdimat 
üçün hazırlayın 

Əldə istifadə edilən rayberlərlə görülən işlərə dair başqa mənbələrdən axtarışlar aparın 
və təqdimat üçün hazırlayın 

Əllə rayberəmə qaydalarına dair axtarışlar aparın, əldə etdiklərinizi təhlil edin və 
təqdimat üçün hazırlayın

Rayberləyərkən aləti və kəsmə rejimini düzgün seçməsinə dair başqa mənbələrdən 
axtarışlar aparın və təqdimat üçün hazırlayın 

Rayberləmənin mexanikləşdirlmə üsuluna dair axtarışlar aparın, müvafiq qeydlər tutun 
və təqdimat üçün hazırlayın 
3.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə