Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Yivli birləşmələrin bərkidilmə işlərini yerinə yetirir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Yivli birləşmələrin bərkidilmə işlərini yerinə yetirir” 

Yivli birləşmələri necə təsvir edərdiniz? 

Yivli birləşmələrin növləri haqda nələri söyləyərdiniz? 

Yivli birləşmələrin təyinatı üzrə tətbiqini necə şərh edərdiniz? 

Yivli birləşmələrin bərkidilməsini necə təsvir edirsiniz? 

Yivli birləşmələrin bərkidilmə növlərini sadalaya bilərsinizmi? 

Hər hansı bir növ yivli birləşmənin bərkidilməsini həyata keçirmizinizmi? 

Yivli birləşmələrin bərkidilməsində şaybaların rolunu necə izah edərdiniz? 

Yivli birləşmələrin yığılmasını və sökülməsini necə təsvir edərdiniz? 

Yivli birləşmələrin yığılmasını və sökülməsini reallaşdıran açarların necə təsnif edə
bilərsiniz? 

Yivli birləşmələrin yığılması və sökülməsində istifadə edilən açarların seçilməsində hansı 
amillər nəzərə alınaraq seçmə aparılır? 

Dinamometrik açarların digər açarlardan fərqi nədədir? 

İşgilli birləşmələri necə təsvir edərdiniz? 

İşgilli birləşmələrin növlərini sadalaya bilərsinizmi? 

Hansı növ işgil birləşməsində avtomobillərdə daha çox istifadə edilir? 

İşgil birləşmələrinin yığılma ardıcıllığını söyləyə bilərsinizmi? 
 
 


40 
Təlim nəticəsi 3: Çilingər işinin xarakteristikasını bilir və əsas əməliyyatları bacarır 
3.1.1. Dəliklərin rayberlənməsini təsvir edir 

Rayberləmə və onun tətbiqi 
Rayberləmədən yüksək dəqiqlik əldə etmək üçün istifadə olunur. Deşiklərin 
səthində təmizlik dərəcəsini yüksəltmək üçün kəsməkilə mexaniki emal prosesidir. 
Rayberləməni burğulanmış deşiklərin ilk və son emalı üçün tətbiq edirlər. 
Rayberləmə əməliyyatı rayber adlanan alətlə yerinə yetirilir. Rayberləmədən əvvəl 
deşiklər emal olunmuş olur. Rayberləmə zamanı deşiklərin divarlarından millimetrin onda bir hissəsi 
qalınlığında metal qat götürülür. Dəqiq və təmiz deşik almaq üçün rayberləmədə ardıcıl surətdə iki 
əməliyyat aparılır. Bu əməliyyatlar kobud və təmiz rayberləmədir. Emal ediləcək deşiyin formasından 
asılı olaraq rayberlər iki qrupa bölünür: 

Silindrik; 

Konusvari. 
Rayberlərdə quyruqlu və ya taxma hazırlanır. Silindrik rayberin dişlərinin sayı cüt götürülür. 
Çünki bu zaman diametrinin dəqiq ölçülməsi təmin olunur.
Rayberlər tətbiq üsuluna görə iki qrupa bölünür:

Maşın rayberləri; 

Əldə istifadə olunan rayberlər. 
Konstruksiyasına görə rayberlər iki qrupa bölünür:

Bütöv rayberlər; 

Qoyma bıçaqlı yığma rayberlər. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə