37
Yiv birləşmələrini yığmaq və sökmək üçün əl alətlərindən və mexanikləşdirilmiş
alətlərdən
istifadə olunur. Yiv birləşmələrini yığmaq və sökmək üçün əsas əl aləti qayka açarlarıdır. Açıq açarlar
altıtilli və kvadrat qaykalar üçündür. Onlar birtərəfli və ikitərəfli ola bilər. Üstlük açarlar isə ağzı qapalı
olur, qaykanın bütün tillərini əhatə edir. Başlıqlı açarlarla işlədikdə açarı qaykanın bir tilindən o birinə
keçirmədən açmaq mümkün olduğundan vaxta xeyli qənaət edilir. Başlıqlı açarların başlığı çağanlı, yaxud
çıxarıla
bilən olur, ya da başlıq əyri çağanlı və əyri milli hazırlanır. Xüsusi açarlardan, cır-cıra açar, oynaq
açar, çağan açardan
istifadə edilir Oynaq açar, qaykaları əl çatan yerlərdə
burmaq üçün tətbiq edilir
Çağan açar çətin əl çatan yerlərdə olan, kiçik ölçülü qayka və boltları burub bərk itmək üçün istifadə
olunur
Şəkil 2.29 Açarlar dəsti
Dostları ilə paylaş: