Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Yeyələmənin mexanikləşdirilməsi 
Son zamanlar əl ilə yeyələməni mexaniki yeyələməklə əvəz edirlər. Bunun üçün yeyələmə 
dəzgahından, elektrik və pnevmatik cilalama maşınlarından, xüsusi tərtibat və aqreqatlardan istifadə 
edirlər Yeyələmə prosesində universal yeyələmə-cilalama dəzgahından istifadə olunması çox effektlidir. 
Belə ki, bu cür yeyələmədə əmək sərfi azalır, işin gedişi sürətlənir. Yüksək dəqiqlik tələb edən hissələri 
bu dəzgahlar əmək məhsuldarlığını əllə edilən emalla müqayisədə 4-5 dəfə yüksəldir. Bu dəzgahlarla 
müxtəlif formalı (dairəvi, üçbucaqşəkilli, kvadrat və s.) hissələri emal etmək mümkündür. Bandan əlavə, 
bu dəzgahlarla müxtəlif bucaq altında yerləşmiş səthləri də emal etmək mümkündür. Bu səbəbdən bu 
cür dəzgahları universal dəzgahlar da adlandırırlar. 


32 
Şəkil 2.21 Universal yeyələmə-cilalama dəzgahı: a) ümumi görüntü, b) iş sxemi 
1-dəzgah çatısı (özül), 2-şkiv, 3,5-kronşteynlər, 4-dayaq, 6-ştok, 7-yeyə, 
8-emal olunan hissə, 9-stol, 10,12-vintlər, 11-pedal
2.4.2 Tələbələr üçün fəaliyyətlər 

Pəstahın kobud yeyələnməsinə dair digər mənbələrdən axtarışlar aparın və təqdimat 
üçün hazırlayın 

Yastı yeyələrlə səthlərin yeyələnməsinə dair axtarışlar aparın və təqdimat hazırlayın 

Yarımdairəvi yeyələrlə səthlərin yeyələnməsinə dair axtarışlar aparın və təqdimat 
hazırlayın 

Böyük metal laylarının yeyələnməsinə dair başqa mənbələrdən axtarışlar aparın və 
təqdimat üçün hazırlayın 

Axtarışlar edərək iridişli və narın dişli yeyələrlə görülən əməliyyatların nəticələrinin 
təhlilini aparın və təqdimatını hazırlayın 

Başqa mənbələrdən istifadə etməklə yeyələmənin mexanikləşdirilmiş üsulla yerinə 
yetirilmələrinə dair axtarışlar aparın və təqdimatını hazırlayın 

Əllə və mexanikləşdirilmiş üsulla yeyələmə əməliyyatlarının təhlilini aparın, nəticələrin 
müqayisəsini aparın və təqdimat üçün hazırlayın 
2.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə