|
Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyiBurğuların yeyilməsi və itilənməsicilingar-islarinin-texnoloji-prosesiBurğuların yeyilməsi və itilənməsi
Burğular da digər çilingər alətləri kimi işləndikcə yeyilmələrə məruz qalır. Tezkəsən poladdan
hazırlanmış burğuların arxa səthi, lentləri və bucaqları, qabaq səthi yeyilir. Burğunun arxa səthi kəsmə
səthinə, qabaq səthi isə əmələ gələn yonqara sürtünmə nəticəsində yeyilir. Kütləşmiş burğu iş
prosesində səciyyəvi cırıltılı səs çıxardır, deməli, burğunu itiləmək lazımdır. Burğuları xüsusi itiləmə
dəzgahlarında və ya sumbata dairəsində əl ilə itiləyirlər. Burğuların itilənmə formalarından normal
birüzlü və ikiüzlü itiləməni, çatığı azacıq yonmaqla itiləməni, lenti azacıq yonmaqla itiləməni göstərmək
olar. Fikir vermək lazımdır ki, kəsən tillərin uzunluğu eyni alınsın və eyni bucaq altında itilənmiş olsun.
Burğuların düzgün itilənməsini xüsusi ülgü ilə yoxlayırlar.
2.5.2 Tələbələr üçün fəaliyyətlər
Spiral şəkilli burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa
mənbələrdən istifadə etməklə araşdırın və təqdimatını hazırlayın
Yivaçan burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa mənbələrdən
istifadə etməklə araşdırın və təqdimatını hazırlayın
Konik burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa mənbələrdən
istifadə etməklə araşdırın və təqdimatını hazırlayın
İkidiametrli burğularla yerinə yetirilən işlərin necə yerinə yetirilməsini başqa
mənbələrdən istifadə etməklə araşdırın və təqdimatını hazırlayın
Burğuların dəzgahlarda itilənmə qaydalarına və itilənmənin necə yerinə yetirilməsinə
dair başqa mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimatını hazırlayın
Burğuların əllə itilənmə qaydalarına və itilənmənin necə yerinə yetirilməsinə dair başqa
mənbələrdən istifadə etməklə axtarışlar aparın və təqdimatını hazırlayın
Burğuların düzgün itilənməsinin yoxlanması qaydalarını araşdırın və təqdimat üçün
hazırlayın
2.5.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |
|
|