Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Metal hissələrin əyilməsi və düzəldilməsi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Metal hissələrin əyilməsi və düzəldilməsi 
Metalların təzyiq altında emalı üsullarından biri də onun əyilməsidir. Əymə təbəqələrə
çubuqlara, borulara və s. pəstahlara müəyyən forma verilməsi prosesidir. Bu üsulla listşəkilli və dairəvi 
formada materiallar emal olunur. Listşəkilli materialların emalında bu üsuldan daha geniş istifadə 
olunur. 
En kəsiyi kiçik olan dairə hissələrin əyilməsi soyuq halda aparılır.
Böyük en kəsiyə malik olan hissələr isə əvvəlcə sobada qızdırılır sonra isə dəmirçi sexində emal 
edilir. 
Sadə metal hissələrin əyilməsi alətlər vasitəsi ilə əl üsulu ilə aparılır. Kütləvi istehsalda hissələrin 
emalı zamanı əyici maşın və tərtibatlardan istifadə olunur. İstifadə olunan tərtibatdan asılı olaraq emal 
olunan hissənin əyilməsi uzununa və ya eninə istiqamətdə aparılır. Əyilmə zamanı emal olunan hissənin 
əyilən yeri öz forma və ölçüsünü dəyişir. Bu dəyişikliyi aradan qaldırmaq üçün, adətən, çəkicdən istifadə 
olunur. Çəkic vasitəsi ilə emal olunan hissənin əyilən yerinin ölçüləri düzəldilir. Bununla da emal edilən 


28 
hissənin əyilən yerində tələb olunan en kəsik forması bərpa olunur. Çox zaman emal edilən hissəni 
əydikdə eyni vaxtda onu çəkiclə də emal edirlər. Burada iki iş eyni vaxtda aparılır: emal olunan hissənin 
əyilməsi və əyilən yerdə en kəsiyi formasının saxlanılması. 
Əyiləcək hissənin uzunluğu müəyyən olunur. Bu, onun neytral qatının uzunluğuna əsaslanaraq 
çertyojda təyin edilir.
Emal olunan hissəni əydikdə deformasiyaya uğrayır. Hissənin en kəsiyinin deformasiyasına təsir 
göstərən əsas göstəricilər var. Bunlara aşağıdakılar daxildir:
- Əyilmə radiusu; 
-
Əyilmə bucağı; 
-
Materialın qalınlığı.
Əyilmə radiusu və bucağı az, materialın qalınlığı çox olduqda yaranan deformasiya da böyük 
olur. 
Aşağıdakı əsas xassələr hissənin əyilməsinə müəyyən təsir göstərir: 
- Əymə zamanı möhkəmlik həddi;
- Elastik uzanma; 
- Plastik deformasiya. 
Əyiləcək hissənin materialı əyilməyə qarşı nə qədər çox müqavimət göstərərsə, əyilmə işi bir o 
qədər çətin olur. Buna görə də əyilmə işini asanlaşdırmaq, yəni hissənin materialının müqavimətini 
azaltmaq üçün onu qızdırırlar. 
Metal hissəni əyən zaman o, yaranan hər hansı 
deformasiyaya qarşı müqavimət göstərir. Əhissəniən sonra isə 
əvvəlki formasını almağa çalışır. Buna metalın elastikliyi deyilir 
və materialın elastikliyi uzanma həddindən asılı olur. 
Emal olunan hissənin müəyyən qədər plastikliyi 
olduqda onu əymək olur. Plastiklik çox olduqda material yaxşı 
deformasiya olunur. Polad material soyuq halda yaxşı 
deformasiya olunmur. Buna görə də polad materialdan olan 
hissələri əymək üçün onun əyiləcək yeri qızdırılır. 
Əyilmiş və ya əzilmiş hissələri əvvəlki formaya gətirmək 
üçün düzəltmə işləri yerinə yetirilir.
Düzəltmə işləri zamanı hissə və materialların səthləri üzərindəki kələ-kötürlüklər kənar edilir. 
Metalın bu və ya digər hissələrinə təzyiqlə təsir edib düzləndirilməsinə düzəltmə deyilir. Düzəltmə 
işləri üçün zından və metal lövhədən istifadə olunur. Hissənin əyilmiş hissəsinin düzəldilməsi üçün 
zindan və ya metal lövhə üzərinə qoyulur. Sonra çəkic sağ əllə tutulur. Hissənin qabarıq yerlərinə əvvəlcə 
zəif, sonra isə güclü zərbələr endirilir. 
2.3.2. Tələbələr üçün fəaliyyətlər 

Metalkəsən əl qayçıları ilə metalkəsmə işlərinin yerinə yetirilməsinə dair başqa 
mənbələrdən axtarışlar aparın və təqdimat üçün hazırlayın 

Metalkəsən lobziklərlə metalkəsmə işlərinin yerinə yetirilməsinə dair axtarışlar aparın 
və təqdimat üçün hazırlayın 

Lingli qayçılarla metal təbəqələrin kəsilməsinə dair axtarışlar aparın, müvafiq 
qeydlərinizi edin və təqdimatını hazırlayın 

Əl mişarı ilə metal təbəqələrin kəsilməsində dair axtarışlar aparın, müvafiq qeydlərinizi 
edin və təqdimatını hazırlayın 

Mişarların kəsiləcək hissənin forma və ölçülərindən, habelə materialın bərkliyindən asılı 
olaraq seçilməsinə dair axtarışlar aparın, mişar növlərinin təhlilini edin və təqdimat üçün 
hazırlayın 
Şəkil 2.19 Metal səthin dəldilməsi


29 

Nazik təbəqəli metalların əyilməsinə dair başqa mənbələrdən axtarışlar aparın və 
təqdimat üçün hazırlayın 

Silindrik formalı metal hissələrin əyilməsinin axtarışlarını edin və əldə etdiklərinizin bir-
biri ilə müqayisəli təhlilini aparın və təqdimat üçün hazırlayın 

Qalın metal təbəqələrin əyilməsi əməliyyatının başqa mənbələrdən axtarışını aparın və 
əməliyyatın ardıcıllığını təqdimat üçün hazırlayın 

Metalların düzəlidilməsi əməliyyatına dair məlumat toplayın və təqdimata yönləndirin. 
2.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə