Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Metalların emalı 
Maşınqayırmada istifadə olunan hissələr müxtəlif üsullarla hazırlana bilər. Bu 
üsullara tökmə, yayma, döymə, presləmə, ştamplama və s. aiddir. Qeyd olunan bu 
üsullarla hazırlanan hissələrin forma və ölçüləri dəqiq olmur. Bununla yanaşı, 
hissələrin təmiri zamanı səthin hamarlanması tələb olunur. Təmir olunmuş 
hissənin lazımi ölçü və formaya salınması lazım gəlir. Hissələrin müxtəlif üsullarla 
hazırlanması və təmiri zamanı həmin hissələr tələb olunan ölçü və formaya gətirilməlidir. Bunun üçün 
müxtəlif emal proseslərindən (kəsməklə, yeyələməklə, yonmaqla və s.) istifadə olunur. Emal prosesi 
dedikdə yerinə yetirilən işlərin məcmusu nəzərdə tutulur. 
Kəsmə ilə emalolunma ən mühüm texnoloji xassələrdən biridir, çünki pəstahların, qaynaq 
qovşaqlarının və konstruksiyaların detallarının əksəriyyəti mexaniki emal olunur. Metalları kəsməklə 
emalı prosesində hissələrin tələb olunan ölçüdən artıq hissəsi kəski işlərini yerinə yetirən dəzgahlarda 
yerinə yetirilir. Kəsilmiş hissə yonqar şəklində atılır. Kəsilib atılan metal hissəsi emal payı adlanır. Yerinə 
yetirilən prosesə isə mexaniki emal və yaxud kəsmə ilə emal deyilir. 
Üzərində mexaniki emal prosesi aparılan hissə pəstah adlanır. Pəstahı (hissəni) kəsmə üsulu ilə 
emal etdikdə müxtəlif konstruksiyalı quruluşlu alətlərdən istifadə olunur. Bu alətlərdən istifadə emal 
üsulunun seçilməsindən asılıdır. 
Ümumiyyətlə, metalların emalı (işlənməsi) aşağıdakı üsullarla aparılır: 

Nişanlama; 

Metalların əl mişarı ilə kəsilməsi

Cilalama; 

Metalların mexaniki kəsmə üsulu; 

Frezləmə; 


23 
Doğramaqla işlənmə; 

Partlayışla işlənmə; 

Təzyiqlə işlənmə; 

Zenkerləmə; 

Son işlənmə; 

Metalın istiliklə işlənməsi; 

Tokar dəzgahında işlənmə; 

Mühafizə; 

Metalın əyilməsi; 

Qaynaq; 

Kimyəvi işlənmə; 

Şayberləmə; 

Rayberləmə (deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı); 

Yerləşdirmə. 
Maşınqayırmada metalların emalı zamanı istifadə olunan texnologiyalar aşağıdakı 
göstəricilərinə görə iqtisadi cəhətdən qiymətləndirilir: 

Əmək sərfinə (əmək tutumluluğuna); 

Məhsuldarlığına (istehsal olunan məhsulun həcminə); 

Material tutumuna (istifadə olunan materialların həcminə); 

Enerji sərfinə (ümumi sərf olunan enerjiyə); 

Məhsulun keyfiyyətinə. 
Bu göstəricilərə əsaslanaraq son vaxtlar yeni texnologiyalar tətbiq olunur. Qərbi Avropa və 
Yaponiyada aşağıdakı göstəriciləri təmin edə biləcək yeni texnologiyalardan istifadə edilir. 
• İstehsal zamanı texnoloji prosesin yerinə yetirilməsində təhlükəsizliyin təmin olunması; 
• Yeni tip avtomobillər istehsal olunur. Həmin maşınlarda istifadə olunan bəzi hissələr xüsusi 
parlaqlığa malik olur. Bu maşınlarda istifadə olunan daxili yanma mühərrikləri böyük dəyərə 
malikdir. İstifadə olunan bu mühərriklər yüksək ekoloji təhlükəsizliyə malik olur; 
• Layihələrin tətbiqi nəticəsində qısa müddətdə yeni formada məhsul istehsalı. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə