Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Nişanlama 
Nişanlama - emal payını saxlamaqla ölçülərin çertyojdan və ya nümunədən pəstaha köçürülmə 
prosesidir. Nişanlamanın əsas məqsədi pəstahın emal sərhədini göstərməkdən ibarətdir. Nişanlama 
vaxtı pəstahın üzərinə emal sərhədlərindən başqa, deşiklərin mərkəzlərini və oxlarını da köçürürlər. 
Pəstahı nişanladıqda çertyojdan və ya nümunədən onun səthi üzərinə cızıq adlanan xətlər köçürülür. Bu 
zaman hazır məmulatın ölçüləri dəqiq olaraq nəzərə alınmalıdır. Pəstahın səthinə köçürülmüş xətlərə 
kərtik deyilir. Pəstahlara nişan kərtikləri nə qədər səliqəli köçürülsə və bu kərtiklər nə qədər incə olsa 
nişanlama dəqiqliyi yüksək olur. Nişanlamada 0,2-0,5 millimetr həddində xətaya yol verilə bilər. 
Nişanlama ən məsul əməliyyatlardan biridir, çünki detalın sonrakı emalı və ya hazırlanma 
dəqiqliyi nişanlamanın yerinə yetirilməsinin keyfiyyətindən asılıdır. 
Aqroservislərdə təmir vaxtı ən çox istifadə olunan nişanlama növü maşınqayırma nişanlamasıdır. 
Maşınqayırma nişanlaması pəstahın və detalların formasından asılı olaraq müstəvi nişanlamasına və fəza 
(həcm) nişanlamalarına bölünür. 
Fəza nişanlamasında detalın konturlarının bir-birinə nisbətən müxtəlif bucaq altında yerləşmiş 
və fəzada bir-biri ilə müəyyən vəziyyətdə əlaqələndirilmiş pəstahın səthlərində qeyd edilir. Fəza 
nişanlamasının çətinliyi ondadır ki, bu halda çilingər müxtəlif müstəvilərdə və bir-birinə nisbətən bucaq 
altında yerləşən detalın ayrı-ayrı səthlərini nəinki nişanlayır, həm də bu səthlərin nişanlanmasını bir-biri 
ilə əlaqələnirir. 
Əsas nişanlama üsulları: 
Nişanlamanı bir neçə üsul ilə aparılır: 

Çertyoj üzrə nişanlama; 

Ülgü üzrə nişanlama; 

Nümunəyə görə nişanlama; 

Yerinə görə nişanlama. 
Çertyoj üzrə nişanlama ən geniş yayılmış üsuldur. Çertyoj 1:1 miqyasında çəkilmiş olduqda, belə 
detalın ölçülərini çertyojdan pəstaha köçürməyə icazə verilmir. Çertyojda göstərilmiş rəqəm 
ölçülərindən istifadə etmək, həm də bu ölçüləri ölçmə və nişanlama alətləri ilə köçürmək lazımdır. Detal 
və ya pəstahda birinci növbədə bazanın vəziyyətini müəyyənləşdirən əsas (mərkəz) xətlər nişanlanır. 


18 
Sonra baza kimi digər xətt və nöqtələrin vəziyyətini müəyyən etməyə imkan verən xətti, səthi, nöqtəni 
qəbul etmək olar. Bundan sonra üfüqi və şaquli xətləri çəkir, daha sonra isə çevrəni, qövsləri və maili 
xətlər cızılır. 
Ülgü üzrə nişanlama ən sadə üsuldur. Çoxlu miqdarda eyni detalları nişanlamaq lazım gəldikdə 
bu üsuldan istifadə edilir. Ülgülərdən istifadə nişanlamanı sürətləndirməyə və keyfiyyəti yaxşılaşdırmağa 
imkan verir. Ülgü üzrə nişanlamada ülgünü detalın (pəstahın) üzərinə qoyaraq forması və ölçüləri 
çertyojda olduğu kimi cızılır. 
Nümunəyə görə nişanlama ülgü üzrə nişanlamadan onunla fərqlənir ki, bu zaman ülgü 
hazırlamaq lazım gəlmir. Bu halda ülgünü nümunə əvəz edir. Nişanlamanın bu üsulu təmir işləri 
aparılarkən yerinə yetirilir. Bu zaman yeyilmiş və ya sınmış detalın ölçüləri bilavasitə pəstahın üzərinə 
köçürülür. 
Yerinə görə nişanlama üsulu birləşmələrin xarakterinə görə detalları yerində yığmaq lazım 
gəldikdə tətbiq olunur. Bunun üçün bir detal o biri detalın üzərinə qoyulur və ülgü üzrə nişanlamada 
olduğu kimi nişanlanır. 
Nişanlama alət və tərtibatlarını aşağıdakı əsas qruplara bölmək olar (Şəkil 2.34): 
• Kərtik çəkmək və kərtiyi sünbələmək üçün alətlər; 
• Ölçmə alətləri, detalı ölçmək və ölçüləri detaldan miqyasa köçürmək üçün alətlər
• Çevrə və qövsləri nişanlamaq üçün alətlər; 
• Detalların mərkəzlərini müəyyələşdirmək üçün alətlər; 
• Hesablama, həlletmə tərtibatları. 
Şəkil 2.34 Metal üzərində cızıq çəkənlər 
1 - normal; 
2 - ucuna bərk xəlitə qaynaq edilmiş; 
3 - kərtik çəkən cızıqçəkənin düzgün vəziyyəti (yandan görünüşü); 
4 - kərtik çəkərkən cızıqçəkənin düzgün vəziyyəti (qabaqdan görüntüsü). 
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə