Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

 

Maşınqayırma nişanlaması çilingərlik emalında ən geniş yayılmış əməliyyatlardandır. 
Nişanlanan pəstah və detalların formasından asılı olaraq nişanlama iki yerə bölünür: 
• müstəvi nişanlaması; 
• fəza (həcm) nişanlaması. 
 

 Müstəvi nişanlamasında detalın konturlarını 
pəstahın ancaq bir müstəvisində qeyd edirlər. Müstəvi 
nişanlamasından təbəqələrin, pəstahların və ya detalların yastı 
səthində həndəsi qurmalar üçün istifadə edirlər.
Fəza nişanlamasında detalın konturlarını bir-birinə 
nisbətən müxtəlif bucaq altında yerləşmiş və fəzada bir-biri ilə 
müəyyən vəziyyətdə əlaqələndirilmiş pəstahın səthlərində 
qeyd edirlər. Fəza nişanlamasının çətinliyi ondan ibarətdir ki, bu 
halda çilingər müxtəlif müstəvilərdə və bir-birinə nisbətən 
müxtəlif bucaq altında yerləşən detalın ayrı-ayrı səthlərini 
nəinki sadəcə olaraq nişanlayır, həm də bu səthlərin 
nişanlamasını bir-biri ilə əlaqələndirir.

Mikrometr 
Ən çox dəqiqlik tələb edən səthlər xaricdən ölçülmək üçün istifadə olunur. Dəqiqlik dərəcəsi 
0,01 millimetrə qədərdir. 
Şəkil 2.1 Səthlərin nişanlanması 
Şəkil 2.2 Müstəvi nişanlaması
 


12 
Şəkil 2.3 Fəza nişanlaması 
Ölçmə aparıldıqda hissə mikrometrik vint ilə dəstəyə bərkidilmiş daban arasında sıxılır (Şəkil 2.4 
). Sıxılma xəbərdaredici 2-3 dəfə səs verənə qədər davam etdirilir. Vintin və dabanın hissəyə toxunan 
səthi yüksək dəqiqliklə hazırlanır. Ölçünü yerinə yetirən zaman mikrometrik vintin hərəkəti sıxıcı halqa 
ilə məhdudlaşdırılır. Mikrometrik vint arxa tərəfdən baraban və xəbərdaredici ilə əlaqəlidir. Baraban əl 
ilə fırladıldıqda mikrometrik vintdə fırlanır. Eyni zamanda barabanın və vintin bir tam dövrü 0,5 
millimetrə bərabərdir. 

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə