Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Verilən işə əsaslanaraq alətlərdən istifadə qaydalarını nümayış etdirir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Verilən işə əsaslanaraq alətlərdən istifadə qaydalarını nümayış etdirir” 

Çilingərlik alətlərində biri olan çəkiclərdən təhlükəsiz istifadə qaydalarını necə təsvir 
edərdiniz? 

Elektriklə çalışan alətlərlə işlədikdə onlardan istifadə qaydalarını necə təsvir edərdiniz? 

Deşici dəzgahla işləmək qaydalarını necə şərh edərdiniz? 


11 
Təlim nəticəsi 2: Çilingər işinin əsas texnoloji əməliyyatları bilir və prosesi ardıcıllıqla yerinə 
yetirməyi bacarır 
2.1.1. Pəstahların səthində nişanlamanı aparır 
 

Nişanlama işləri 
 Nişanlama – emal payını saxlamaqla ölçülərin çertyojdan və ya nümunədən 
pəstaha köçürülmə prosesidir. Nişanlamanın əsas məqsədi pəstahın emal sərhədini 
göstərməkdən ibarətdir. Nişanlama vaxtı pəstahın üzərinə emal sərhədlərindən 
başqa, deşiklərin mərkəzlərini və oxlarını da köçürürlər. Pəstahı nişanladıqda 
çertyojdan və ya nümunədən onun səthi üzərinə kərtik adlanan xətlər köçürülür. Bu 
zaman hazır məmulatın ölçüləri dəqiq olaraq nəzərə alınmalıdır. Detalın səthlərinə köçürülmüş xətlərə 
kərtik deyilir. Pəstahlara nişan kərtikləri nə qədər səliqəli köçürülsə və bu kərtiklər nə qədər incə olsa 
nişanlama dəqiqliyi yüksək olur. Nişanlamada 0,2- 0,5mm həddində xətaya yol verilə bilər. Nişanlama 
xeyli vaxt aparır və səriştəli yanaşma tələb edir. Nişanlama ən 
məsul əməliyyatlardan biridir, çünki detalın sonrakı emalı və ya 
hazırlanma dəqiqliyi nişanlamanın keyfiyyətindən asılıdır. 
Emal ediləcək hissənin nişanlanması xüsusi masa 
üzərində aparılır. Üzərində nişanlama aparılacaq masanın 
materialı, əsasən, çuqundan olur. Masanın üst səthi emal 
edilərək tam hamar şəklə salınır. Bununla yanaşı, nişanlama 
masasının kütləsi ağır olur. 

Nişanlamanın növləri
Hazırda müxtəlif məqsədlər üçün nişanlamanın bir sıra növlərindən istifadə edilir. Bunlardan da 
biri maşınqayırmada tətbiq edilən nişanlamadır.

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə