Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Çilingər işlərinin növlərini və məqsədini izah edir“



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   2   3   4   5   6   7   8   9   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Çilingər işlərinin növlərini və məqsədini izah edir“ 

Çilingərlik işlərinin məqsədini necə təsvir edərdiniz? 

Çilingərlik işlərinin növləri haqda hansı fikirləri söyləyərdiniz? 

Siz özünüzü bir çilingər kimi görürsünüzmü? 

Çilingərdən hansı səriştələrə malik olmaları haqda nə söyləyərdiniz? 



 
1.2.1. Çilingərin iş yerinin lazımı təchizatını müəyyən edir 

Çilingərin iş yerinin lazımi təchizatı 
Çilingərin iş yerində alətlər üçün onların vəzifəsindən və ölçüsündən asılı olaraq 
xüsusi saxlanma avadanlıqlarından istifadə olunur. Bunun üçün xüsusi yeşiklər, 
arakəsməli şkafcıqlar, rəflərdən istifadə olunur. Lazım olduqda iş yerləri əlavə 
avadanlıqlarla təchiz edilir. Bunlara qaldırıcı-daşıyıcı qurğular, stendlər, çilingər 
dolabı və başqa avadanlıqlar daxildir. 
Emal edilən hissələr üçün hündürlüyü 1,5 metrdən artıq olmayan möhkəm rəflər nəzərdə 
tutulur. İş yerinin düzgün təşkil edilməsi əmək məhsuldarlığının artırılmasında əhəmiyyətli rol oynayır. 
Beləliklə, çilingərin iş yerinin təşkilinə dair tələb olunanlara dair aşağıdakıları göstərə bilərik: 
-
Alətlər, məmulatlar və sənədlər iş 
yerində əlçatan yerdə olmalıdır. O alətlər ki, iş 
zamanı onlardan tez-tez istifadə edilir, onlar işlərin 
yerinə yetirildiyi yerə yaxın qoyulmalıdır; 
-
Kəsici və ağır alətlər, hansılar ki, sağ 
əllə götürülür onlar işçidən sağ tərəfdə, sol əllə 
götürülən alətlər isə sol tərəfdə qoyulmalıdır ki, 
onları götürmək asan olsun
-
Tərtibatları, materialları və hazır 
məhsulları müxtəlif yeşiklərdə yerləşdirməli, kiçik, 
lakin tez-tez istifadə edilən materialları yuxarı 
yeşikdə, ağır və hərdən-bir istifadə edilən 
materialları isə aşağı yeşiklərə yerləşdirmək 
lazımdır; 
-
Nəzarət-ölçü alətlərini onlar üçün 
nəzərdə tutulmuş xüsusi futlarda saxlamaq lazımdır; 
-
İşlər sona çatdıqdan sonra iş zamanı istifadə edilən bütün alət və tərtibatlar çirkdən, 
yağdan təmizlənməlidir. Çilingərlik stolunu metal qırıntılarından və zibillərdən şotka ilə təmizləmək 
lazımdır. 
1.2.2. Tələbələr üçün fəaliyyətlər

Çilingərin iş yerinin təchizatına dair başqa mənbələrdən istifadə etməklə axtarışlar 
aparın və əldə etdiklərinizi təqdimata hazırlayın 

Çilingərin iş zamanı istifadəsinə tez-tez ehtiyac duyulan alətlərin axtarışını aparın və 
təqdimat üçün hazırlayın 

Çilingərlikdə istifadə edilən nəzarət ölçü alətlərinə dair axtarışlar aparın, tapdıqlarınızın 
təqdimatını hazırlayın 
1.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə