Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   2   3   4   5   6   7   8   9   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Qiymətləndirmə meyarları 
1.
 
Hissələri və yığım vahidlərini hazırlayarkən qaçılmaz xətalar haqda anlayışları sadalayır; 
2.
 
Yığma haqqında ümumi məlumatları izah edir; 
3.
 
Yığmanın texnoloji prosesini ardıcıllıqla nümayiş edir; 
4.
 
Hissə, yığım vahidi, düyün, blok və məmulat haqda anlayışları təsvir edir; 
5.
 
Texniki ölçmələr və müşahidələr haqqında anlayışları tətbiq edir. 



Təlim nəticəsi 1: Çilingər işinin təşkili barədə bilir və qaydalara əsasən iş yerini hazırlamağı bacarır 
1.1.1.
 
Çilingər işlərinin növlərini və məqsədini izah edir 

Çilingər işinin məqsədi və növləri 
Çilingərlik işləri metalların soyuq emalı prosesidir. Bu işlər əl ilə, həm də 
mexanikləşdirilmiş alətlərlə yerinə yetirilir. çilingərlik işlərinin məqsədi emal olunan 
detala çertyojda nəzərdə tutulmuş formanı, ölçüləri vermək və səthlərin kələ-
kötürlüyünü dəf etməkdir. Görüləcək işə uyğun əməliyyatların yerinə yetirilmə 
keyfiyyəti çilingərin səriştəsindən, istifadə olunan alətlərdən, eləcə də emal edilən materialdan asılıdır.
Çilingərlik işlərinə aşağıdakı əməliyyatlar daxildir: nişanlama, çapma, metalları düzəltmə və 
əymə, metalları əl mişarı və qayçı ilə kəsmə, yeyələmə, deşmə, deşikləri zengerləmə və rayberləmə, 
yivaçma, şaberləmə, sürtmə, lehimləmə, yapışdırma.
Metal detalları çilingərlik üsulu ilə emal etdikdə görüləcək işə uyğun əməliyyatları müəyyən 
qayda ilə yerinə yetirmək tələb olunur. bu halda əməliyyatlar bir-birinin ardınca icra olunur.
Detalların emal ardıcıllığını müəyyən edərkən detalların (pəstahın) hansı vəziyyətdə olmasını 
nəzərə almaq lazımdır. Daha kobud emaldan sonra axırıncı emal (bəzək emalı) aparılmalıdır.
Təmirçi-çilingər işlərində avadanlığın işləmə qabiliyyətini saxlamaq əsas şərtlərdən biridir; bu 
halda yeyilib köhnəlmiş və zədələnmiş hissələri təmir edir və ya yenisi ilə əvəz edirlər.
Şəkil 1.1 Çilingərlik işlərinə dair bəzi görüntülər 
1.1.2.
 
Tələbələr üçün fəaliyyətlər 

Digər mənbələrdən istifadə etməklə əl ilə görülən çilingərlik işlərinə dair ilkin axtarışlar 
aparın və təqdimatını hazırlayın 

Başqa mənbələrdən istifadə etməklə mexanikləşdirilmiş alətlərlə yerinə yetirilən 
çilingərlik işlərinə dair ilkin axtarışlar aparın və təqdimatını hazırlayın 

Çilingərlik əməliyyatlarına dair axtarışlar aparın və əldə etdiklərinizə dair qeydlər aparın 
və təqdimatını hazırlayın 
1.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə