Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Çilingərin iş və nəzarət-ölçü alətlərinin saxlanması və onlara qulluq edir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Çilingərin iş və nəzarət-ölçü alətlərinin saxlanması və onlara qulluq edir” 

Siz çilingər olaraq işə başlamazdan əvvəl yerinə yetirəcəyiniz işlərə dair hansı addımları 
atardınız? 

Çilingərlik işlərinin keyfiyyətinə təsir edən amilləri necə təsvir edirsiniz? 

Alət və tərtibatların həmişə saz vəziyyətdə olmasını şərtləndirən amilləri necə şərh 
edərdiniz? 

Nəzarət-ölçü cihazlarının saxlanması qaydalarına dair hansı tədbirlərə əl atardınız? 
 
 1.4.1. Verilən işə əsaslanaraq alətlərdən istifadə qaydalarını nümayış etdirir 

Verilən işə uyğun alətlərdən istifadə qaydaları 
Çilingərlik işləri zamanı müxtəlif alətlərdən, avadanlıqlardan, qurğu və cihazlardan 
istifadə olunur. Onların hər birinin ayrılıqda istifadə qaydaları vardır. Bu istifadə 
qaydalarına düzgün əməl olunmalıdır. Düzgün istifadə edilmədikdə onunla işləyən 
insanlara və ətrafdakılara böyük təhlükə yarada bilər. İş zamanı müəyyən 
zədələnmələrin qarşısını almaq üçün həmin sahə üzrə təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməlidir. 
Hər bir çalışan çalışan bu tələblərə mütləq əməl etməlidir. Yeni işə qəbul olunan hər bir işçi əvvəlcə öz 
işi ilə əlaqəli təhlükəsizlik tədbirləri ilə tanış olur. Hər bir insan öz sağlamlığını qorumaq üçün nəinki iş 
yerində hətta həyatda qarşılaşdığı bütün işlərdə təhlükəsizlik qaydalarına riayət etməlidir. 
Hər hansı bir alətdən istifadə rahat olmalıdır. Çəkic, kuvald və başqa alətlərin dəstəkləri bərk 
ağac materialından oval (ellips) formada hazırlanır. Zərbə alətləri çatsız, əziksiz olmalıdır. 
Zubillərdən çatsız və çıxıntısız, qayka açarlarından çatsız, əziksiz olaraq istifadə olunmalıdır. 
Xüsusi çıxarıcılar (syomniklər) çatsız, deformasiyaya uğramamış, yivləri əzilməmiş olmalıdır. Elektrik 
alətlərinin gövdələri yerlə birləşdirilməlidir. Gövdə və naqilləri etibarlı surətdə izolə edilmiş olmalıdır. 
Pnevmatik alətlər havaverici boru ilə etibarlı birləşdirilməlidir. 
Nasaz avadanlıqla, fırlanan və hərəkət edən mexanizmlə işlədikdə, xüsusi ilə, diqqətli olmaq 
lazımdır. Həmin mexanizm və qovşaqların etibarlı qoruyucu örtüyü olmadıqda işləmək qadağandır. İş 
zamanı istifadə olunan xüsusi geyimin bütün düymələri düymələnmiş olmalıdır. Bununla yanaşı, saçları 
örtən baş geyimində işləmək lazımdır.
Alət və emal edilən hissə stend və qurğuya bərkidilə və ya çıxarıla bilər. Bu yalnız dəzgahın işi 
tam dayandırıldıqdan sonra aparılmalıdır. Emal edilən hissə çilingər məngənəsinə bərkidilir. Bundan 
başqa, hissələrin sürüşməsinə yol verməyən başqa tərtibat da boltlarla möhkəm bərkidilməklə emal 
edilə bilər. Deşici dəzgahda əlcəklə işləmək olmaz. Bununla yanaşı, deşmə zamanı alətlərdən düzgün 
istifadə olunmalıdır.
Metalların emalı zamanı tokar, burğu, itiləyici, cilalayıcı və s. kimi dəzgahlardan geniş istifadə 
olunur. 


10 
Dəzgah işə buraxılıb dayandırılarkən və ya yoxlama apararkən patronun əl ilə tormozlanması, 
habelə bəzi hissələrin çilingər yiyələri vasitəsilə cilalanması, dəzgahda fırlanan hissənin ölçülməsi 
qadağandır. Cilalanma üçün xüsusi quruluşlardan istifadə edilməlidir. Dəzgahda uzun metallar emal 
edilərsə, mütləq arxa dayaqdan istifadə olunmalıdır. Ağır hissələr (l0kq-dan artıq) dəzgaha bağlanıb emal 
olunarsa və ya dəzgahın üst hissələri sökülüb yığılarsa, qaldırma mexanizmlərindən və xüsusi asma 
tərtibatlarından istifadə edilməlidir. 
Emal edilən məmulatı və kəskini möhkəm bərkitmək lazımdır. Məmulatı patronda bərkitdikdən 
sonra açarı patronda qoymaq olmaz, çünki təsadüfən dəzgah işə düşərsə, açar sıçrayaraq ətrafdakıları 
zədələyə bilər. 
Burğu dəzgahında işləyərkən metal mütləq dəzgahın məngənəsinə bağlanmalı, burğu düzgün 
mərkəzləşdirilməlidir. Dəzgah iş sahəsini aydın görməyə imkan verən və şpindel ilə bloklanmış qoruyucu 
çəpərlə təchiz edilməlidir. Burğu saxlayan başlıq şpindeldə möhkəm oturmaqla burğunu möhkəm 
saxlamalı və düzgün mərkəzləşdirməyə imkan verməlidir. 
1.4.2. Tələbələr üçün fəaliyyətlər

Çilingərlik alətlərindən və avadanlıqlarından təhlükəsiz istifadə qaydalarına dair 
axtarışlar aparın və təqdimatənə hazırlayın 

Zərbə aləti olan çəkiclə görülən işlərə dair axtarışlar aparın və bu alətdən təhlükəsiz 
istifadə qaydalarının təhlilini aparın, qeydlər edin və təqdimat üçün hazırlayın 

Emal ediləcək hissənin stend və qurğuya bərkidilməklə emal edilməsinə dair axtarış 
aparın və təqdimat üçün hazırlayın
1.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə