Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Nişanlamanın alət və tərtibatları



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Nişanlamanın alət və tərtibatları 
Nişanlama alət və tərtibatlarını aşağıdakı əsas qruplara 
ayırmaq olar: 
1. Kərtik çəkmək və kərtiyi sünbələmək üçün alətlər 
2. Ölçmə alətləri, detalı ölçmək və ölçüləri detaldan miqyasa 
köçürmək üçün alətlər 
3. Çevrə və qövsləri nişanlamaq üçün alətlər 
4. Detalların mərkəzlərini müəyyənləşdirmək üçün alətlər 
5. Hesablama, həlletmə tərtibatları 


20 
Şəkil 2.36 Nişanlama alətləri: a) xətkeş, 
b) bucaqlıq, c) metal qələm, d) pərgar, e) sümbə 
Detalın səthində kərtiyi ucu tavlandırılmış və iti yonulmuş cızıqçəkənlə çəkirlər. Kərtiyi çəkərkən 
cızıqçəkəni iki istiqamətdə əymək lazımdır: biri xətkeşdən kənara, o biri isə cızıqçəkənin hərəkəti 
istiqamətində. Cızıqçəkəni hazırlamaq üçün diametri 3-5mm olan U10 və ya U12 markalı bərk alət 
poladından istifadə edirlər. Cızıqçəkənin uzunluğu 200-250mm -dən çox götürülmür. Onu bir və ya 
ikiuclu hazırlayırlar. Onun bir ucu 45-90ºC bucaq qədər əyilmiş olur. Cızıqçəkəni xətkeşə bərabər sürətdə 
sıxmaq və fikir vermək lazımdır ki, xətkeş detala kip yatmış olsun. Sümbə, kərtiyin (xəttin) boyu uzunu 
kiçik konusvarı oyuqlar çəkmək üçündür. Sümbələmə əməliyyatı nişanlama kərtiklərinin daha yaxşı 
görünməsi üçün aparılır. 
Şəkil 2.37 Reysmus 
Pərgardan emal ediləcək hissə üzərində çevrə və qövs cızmaq üçün istifadə olunur. Emal olunan 
hissənin üzərində pərgar vasitəsi ilə nişanlama apardıqda onun ucları lazımi ölçüyə uyğun açılır. Sonra 
onun uclarından biri hissənin üzərinə sıxılır. Digər ucu müəyyən çevrə formalı cızıq çəkmək üçün fırladılır. 
Pərgarla işlədikdə hissənin üzərində cızıq açılması üçün onu müəyyən qüvvə ilə sıxırlar. Buna görə də 


21 
pərgarın saz və möhkəm olması nəzərdən keçirilməlidir. Alət kimi istifadə olunan pərgar polad 
materialdan hazırlanır. Onun iti ucu tablandırılır ki, yeyilməyə davamlı olsun. 
Emal olunan hissənin üzərində paralel, şaquli və üfüqi xətlər çəkmək üçün reysmusdan istifadə 
olunur. Bununla yanaşı, nişanlanacaq hissəni nişan lövhəsi üzərində yerləşdirmək və yoxlamaq üçün də 
reysmusdan istifadə olunur.
Adi reysmusla yanaşı, üfüqi reysmusdan da istifadə olunur. Üfüqi reysmus adi reysmusa 
nisbətən çox dəqiqdir. Əsasən, böyük çevrə və paralel xətlərin çəkilməsində istifadə olunur. 
Ştangenreysmus daha dəqiq nişanlama apardıqda, mərkəzləri, hündürlüyü yoxlayır və başqa 
nişanlama xətlərini qeyd etdikdə istifadə edirlər. 90ºC-lik bucaqlıq düz bucaqlar qurmaq,
perpendikulyarları bərpa etmək, paralel xətlər çəkmək və məmulatdakı bucaqların düzgünlüyünü 
yoxlamaq üçündür.
Nişanlama ştangenpərgarı iriölçülü çevrəni nişanlamaq və ya böyük xətti ölçüləri ölçmək üçün 
istifadə olunur. Nişanlama ştangenpərgarı bölgüləri olan ştanqdan və iki ayaqdan: hərəkət edən və 
hərəkət etməyən ayaqlardan ibarətdir. Hərəkət edən ayaqda ionius vardır. Alətdə hər iki ayaq üçün 
dəyişdirilən tavlandırılmış və ucu itilənmiş iynələr vardır. 
Şəkil 2.38 Ştangenresmus
 
Şəkil 2.39 Ştangenpərgar
2.1.2 Tələbələr üçün fəaliyyətlər 

Başqa mənbələrdən istifadə etməklə nişanlamanın çertyojdan pəstaha köçürülmə 
qaydalarına dair axtarışlar aparın və nəticələrinizi təqdimata hazırlayın 

Nişanlamanın nümunədən pəstaha köçürülmə qaydalarına dair axtarışlar aparın və 
təqdimatını hazırlayın 

Üzərində nişanlama aparılacaq masaların axtarışlarını aparın və təqdimatını hazırlayın 

Müstəvi nişanlamasına dair araşdırmalar aparın və təqdimat üçün hazırlayın 

Fəza nişanlamasına dair araşdırmalar aparın və təqdimat üçün hazırlayın 

Müstəvi və fəza nişanlamarının təhlilini aparın və müvafiq qeydlər edin və təqdimat 
hazırlayın 

Nişanlamanın yerinə yetirilmə ardıcıllığına dair başqa mənbələrdən axtarışlar aparın və 
təqdimatını hazırlayın 

Metalın emal payının çertyojla tutuşdurulmasına dair araşdırma aparın və təqdimata 
hazırlayın 

Nişanlama aparılacaq detalların hansı səbəbdən rənglənməsini araşdırın, müvafiq 
qeydlər edin və təqdimat üçün hazırlayın 

Kərtik çəkən və kərtiyi sümbələyən alətlərdən istifadə edilməsinə və onların iş qaydasına 
dair başqa mənbələrdən axtarışlar aparın və təqdimat hazırlayın 


22 

Çevrə və qövsləri nişanlamaq üçün istifadə edilən alətlərə və onlarla işləmək qaydalarına 
dair axtarış edin və təqdimat üçün hazırlayın 

Detalların mərkəzlərinin müəyyən edilməsi üçün nəzərdə tutulan alətlərin axtarışlarını 
aparın və əldə etdiklərinizi təqdimata hazırlayın 

Reysmuslardan istifadəyə dair axtarışlar aparın, müvafiq qeydlər etməklə təqdimatını 
hazırlayın
2.1.3 Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
Pəstahların səthində nişanlamanı aparır” 

Nişanlamanı necə təsvir edirsiniz? 

Nişanlamanın əsas məqsədi haqda sizin fikirləriniz necədir? 

Nişanlamada səthlərə çəkilən xətlər necə adlanır? 

Nişanlama aparılan masanı necə təsvir edirsiniz? 

Nişanlamanın dəqiq aparılmaması sonda nələrə gətirib çıxara bilər? 

Nişanlamaların növlərini necə təsvir edərdiniz? 

Müstəvi nişanlamasının təsvirini necə şərh edərdiniz? 

Fəza nişanlamasının təsvirini necə izah edərdiniz? 

Müstəvi və fəza nişanlamalarının təhlilini ifadə edə bilərsinizmi? 

Nişanlamada tətbiq edilən alət və tərtibatları necə təsvir edərdiniz? 

Bucaqlıqdan hansı hallarda istifadə edilə bilər? 

Ştangenresmusla reysmusun arasındakı fərqlərin necə izah edərdiniz? 

Ştangenpərgarın funksiyalarını başa düşdüyünüz tərzdə izah edə bilərsinizmi? 
2.2.1. Təhlükəsizlik qaydalarına əsaslanaraq metalların çapılmasını nümayiş etdirir
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə