Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

 
 
Şəkil 2.4 Mikrometrlə hissənin ölçülməsi 
Dövrlərin sayı millimetrlə göstərilir. Buna görə gilizin üst səthi hər 0,5 millimetrdən bir miqyasla 
bölgülərə ayrılmışdır. Dəqiq ölçünü müəyyən etmək üçün baraban konusvari ucu tərəfindən 50 bərabər 
yerə bölünmüşdür. Barabanın bir tam dövrü 0,5 millimetrdir. Onun üzərindəki hər bir bölgünü tapsaq, 
0,5 : 50 = 0,01 millimetr olacaqdır. 
Hissəni ölçən zaman onun ədədi qiyməti hesablanır. Hesablama zamanı gilizlərin üzərindəki 
göstərici (0,5 millimetrlərin cəmi) müəyyən olunur. Həmin anda giliz üzərindəki miqyas xətti baraban 
üzərində ölçü xətti ilə (0,01 millimetrlərin cəmi) görüşür. Gilizin üzərindəki göstərici ilə baraban üzərində 
uyğun göstərici toplanaraq hissənin ölçüsü təyin olunur. 
Daha aydın olaraq şəkildəki görüntü ilə hesablamanı müəyyən edək. 
Göründüyü kimi giliz üzərində göstərici 89,5 millimetrə bərabərdir. Baraban üzərində isə gilizin 
ölçü xətti 48-ci bölgü ilə görüşür. 48-ci bölgü 0,48 millimetri ifadə edir. Onda hissənin ölçü qiyməti 89,5 
+ 0,48 = 89,98 millimetrə bərabər olacaq (Şəkil 2.5). 


13 
Şəkil 2.5 Mikrometrlə ölçmə 
Mikrometrlərdə mikrometrik vintin yivli hissəsinin uzunluğu 25 millimetrə qədər götürülür. 
Vintin uzunluğunun artırılması ölçmənin dəqiqliyini azalda bilər. Buna görə də mikrometrlər ölçü 
məsafələrindən asılı olaraq aşağıdakı ölçü hüdudlarında buraxılır (Şəkil 2.6). 
Şəkil 2.6 Müxtəlif ölçü hüdudlu mikrometrlər 
Ölçmə aparılmamışdan əvvəl mikrometrlər etalon ilə yoxlanılır. Yoxlama zamanı barabanın 
üzərindəki “0” xətti giliz üzərindəki miqyas xəttinin başlanğıc göstəricisi ilə üst–üstə düşməlidir. Yəni 
mikrometrlərin ölçü hüdudlarından asılı olaraq gilizin üzərindəki 0; 25; 50; 75 və s. Pozulmalar olduğu 
halda mikrometr nizamlanır. Nizamlanmadıqda isə ölçünü hesablayan zaman həmin fərq alınan 
qiymətdən çıxılmalıdır. 
Ölçmə aparan zaman mikrometrik vintin hissəyə sıxılma qüvvəsi yalnız xəbərdaredicinin 
hərəkəti ilə müəyyən olunur. İşçi yerində ölçmə aparılan zaman istiliyin 15-25 dərəcə selsi olması nəzərə 
alınmalıdır. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə