Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Metalların kəsilməsini ardıcıllıqla yerinə yetirir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Metalların kəsilməsini ardıcıllıqla yerinə yetirir” 

Metalların kəsilməsini ümumi halda necə təsvir edirsiniz? 

Nazik təbəqə polad lövhələrin kəsilməsi necə aparılır 

Mexaniki mişarlamadan hansı hallarda istifadə edilir? 

Hansı metalkəsmə alətlərini tanıyırsınız? 

Mişar tiyələrinin müxtəlif formaları haqda fikirlərinizi ifadə edə bilərsinizmi? 

Mişar kəsmə əməliyyatını təsvir edə bilərsinizmi? 

Metalkəsən qayçıların növləri və onlarla görülən işləri necə təsvir edərdiniz? 

Metalların əyilmə əməliyyatlarını necə təsvir edərdiniz? 

Əymə əməliyyatını bütün metal hissələrə və ya məmulatlara aid etmək olarmı? 

Əyiləcək hissənin uzunluğu müəyyən edilməsi hansı mənbədən əldə edilə bilər? 

Elastikliyin əyilməyə təsiri ola bilərmi? 

Əyilmiş və ya əzilmiş hissələri əvvəlki formaya gətirmək üçün hansı əməliyyatdan 
istifadə edərdiniz? 
2.4.1. Pəstahların yeyələnməsini göstərir 

Yeyələmə ilə metalların emalı 
Pəstahın səthindən yeyə vasitəsi ilə metal qatı (pay) götürülməsi əməliyyatına 
yeyələmə deyilir. Aşağıdakı yeyələmə əməliyyatlarından geniş istifadə edilir: 

yastı xarici və əyrixətli səthlərin yeyələnməsi; 

daxili və xarici bucaqların və fasonlu səthlərin yeyələnməsi; 

oyuq, yarıq və çıxıntıların yeyələnməsi. 
Yeyələmə kobud və incə (təmiz) olmaqla iki yerə bölünür. Yeyə səthi xırda dişlər açılmış 
poladdan hazırlanmış müəyyən formalı kəsən alətdir. Metal hissələrin məngənədə sıxılaraq yeyə vasitəsi 
ilə emal edilməsi aşağıdakı ardıcıllıqla aparılır. Əvvəlcə lazımi hazırlıq işləri görülür. Sonra isə emal 
ediləcək hissə məngənənin dodaqları arasında sıxılır. Bu zaman emal edilən səth məngənədən 5-10 
millimetr yuxarıda qalmalıdır. Yeyəni sağ ələ alıb məngənə qarşısında hərəkətsiz vəziyyətdə durmaq 
lazımdır. Bu zaman işi yerinə yetirən şəxsin ayaqları bir-biri ilə təxminən 60
0
bucaq təşkil etməlidir. Sağ 
əl ilə yeyəni hissənin üzərinə, sol əli isə yeyənin üzərinə qoyulur. Sonra o, səlis təzyiq altında irəliyə və 
təzyiqsiz geriyə hərəkət etdirilir, emal olunan hissə tələb olunan qalınlığı alana qədər yeyənin irəli-geri 
hərəkəti davam etdirilir. 


30 
Şəkil 2.20 Yeyələrin müxtəlif formaları 
Tələb olunan irəli-geri hərəkət yeyənin işçi gedişi kimi qəbul olunur. Həmin anda çilingərin sağ 
əli yeyəni emal olunan hissəyə möhkəm sıxmalıdır. Yeyənin geri hərəkəti isə işçi gediş kimi qəbul 
olunmur. Ona görə də geriyə hərəkət zamanı yeyə sərbəst hərəkət etdirilməlidir. Yeyələrin işlək səthləri 
üzərində xırda çıxıntılı dişləri var. Həmin dişlər vasitəsi ilə yeyə metal hissənin üzərindən yonqar (ovuntu) 
şəklində kiçik təbəqələr götürür. Emal olunacaq səthin formasından və yonma qalınlığından asılı olaraq 
müxtəlif növ yeyələrdən istifadə olunur. Ən çox aşağıdakı yeyələrdən istifadə olunur: 
Şəkil 2.20 Enkəsik formaları müxtəlif olan emal səthləri və yeyələri 
a, b - düzbucaqlı; v-kvadrat; q-üçbucaq enkəsikli; d - dairəvi; 
e - yarımdairəvi; j - romb formalı; z - mişar dişi formalı 


31 
- Düzbucaqlı (yastı);
- Yarımdairəvi; 
- Üçbucaqşəkilli;
- Kvadrat; 
- Dairəvi;
- Rombşəkilli və s. həndəsi formalı.
Yastı və qabarıq səthlərin yeyələnməsi, habelə novların və işgil yuvalarının açılması üçün 
düzbucaqlı yeyədən istifadə olunur. 
Yarımdairəvi yeyənin yastı tərəfi ilə müstəvi səthləri yeyələyirlər. Yarımdairəvi tərəfi ilə isə batıq 
səthləri və yarımdairəvi səthlərin yeyələnməsi işi aparılır. 
Daxili bucaqların, üçüzlü deşiklərin və başqa səthlərin yeyələnməsi üçün üçbucaq formalı 
yeyələrdən istifadə olunur. 
Kvadrat və düzbucaqlı deşiklərin, habelə yastı yeyənin çətinliklə girən ensiz yastı səthlərinin 
yeyələnməsi üçün kvadrat yeyələrdən istifadə olunur. 
Dairəvi yeyə dairə və ovalşəkilli deşiklərin və batıq səthlərin yeyələnməsi üçündür. 
Rombşəkilli yeyə dişli çarxların, diyircəklərin yeyələnməsi və həmin hissələrin dişlərindəki 
tilişkələrin təmizlənməsi üçün tətbiq olunur. 
Yeyənin üzərindəki dişli çıxıntılar paralel və çarpaz formada ola bilər. Dişli çıxıntıları paralel olan 
yeyələrdən yumşaq materialdan olan hissələrin emalında istifadə olunur. Materialı bərk olan hissələrin 
emalında isə dişli çıxıntıları çarpaz olan yeyələr tətbiq olunur. 
Yeyələr dişlərin böyüklüyünə görə iki qrupa bölünür:
1) Kobud (iridişli) yeyələr; 
2) Üzlü (narın dişli) yeyələr.
Böyük metal layların kobud yeyələnməsi üçün kobud yeyələrdən istifadə olunur. 
Üzlü yeyələrdən dəqiq işlərin yerinə yetirilməsində istifadə olunur. Kiçik hissələri emal etmək və 
xüsusən, təmiz səth almaq üçün də üzvü yeyələr tətbiq olunur. 
Müəyyən müddət işlədikdən sonra yeyələr yararsız vəziyyətə düşür. Yeyənin yeyilməsi dişlərinin 
kütləşməsinə əsasən təyin olunur. Kütləşmiş yeyələr qum püskürmək, turşularla təmizləmək və yenidən 
dişli çıxıntılar açmaq yolu ilə bərpa olunur. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə