Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Metalların çapılması 
Çapma çilingərlik əməliyyatıdır. Kəsən alətlərdən istifadə etməklə pəstahdan artıq metal qatını 
kənar edirlər. Metal hissələrin çapılma ilə emalı çapma alətləri vasitəsi ilə aparılır. Hissələrin çapma işləri 
aşağıdakı vəziyyətlərdə aparıla bilər: 
- Məngənədə sıxılmaqla; 
- Nişan masası üzərində;
- Zindan üzərində;
- Hissənin öz yerində. 
Metalı çapmaq üçün kəsən alət kimi kəsici hissəsi enli olan metal qələm, kəsici hissəsi dar olan 
qələm və zərbə aləti kimi çilingər çəkicindən istifadə olunur. Metal qələmi (çilingər qələmi) kəsən alət 
olub, başcıqdan, mildən və işlək hissəsi olan itilənmiş tiyəli pazaoxşar yastı kəsici başlıqdan ibarətdir. 
Qələm U7A markalı karbonlu alət poladından hazırlanır və müəyyən bucaq altında itilənir. Metal qələmin 
 
 
Şəkil 2.39 Çapma aləti: enli metal qələm
Şəkil 2.40 Çapma aləti:dar metal qələmi 


24 
itilənmə bucağı emal edilən metalın bərkliyindən asılı olaraq seçilir, metal nə qədər bərk olarsa, itilənmə 
bucağı bir o qədər böyük götürülməlidir. Metal qələmin uzunluğu 100; 125; 150; 175; 200 mm, qalınlığı 
200 mm, işlək ağzının uzunluğu 3-25 mm olur. Dar qələm ensiz qanovcuqlar və işgilyuvalarını çapmaq 
üçündür. Bu qələmin kəsən hissəsi ensiz (dar) hazırlanır. Dar qələm U7, U8 markalı alət poladından 
hazırlanır. Dar qələmin uzunluğu 200 mm, kəsən ağızın eni isə 2-15 mm-dir. Metal qələmi və dar qələmi 
itiləmə dəzgahında, adi cilalama dairəsindən istifadə etməklə itiləyirlər.
Metal hissələrin çapılması işlərini aparmaq 
üçün çilingər çəkici işlədilir. Çilingər çəkici metalı 
çapdıqda, pərçimləmədə, düzəltdikdə tətbiq edilir,
U6 və U7 markalı alət poladından döymə yolu 
ilə hazırlanır, onu yeyələyir və texniki emaldan 
keçirirlər. Çəkicin çəkisi 100 q-dan 800 q-a qədərdir. 
Dəstəyin uzunluğu çəkicin çəkisindən asılıdır. 400 
qramlıq çəkic üçün 350 mm uzunluqda, 800 qr-lıq 
çəkic üçün 450 mm uzunluğunda dəstək lazımdır. 
Çilingər çəkicinin çəkisi yerinə yetirilən işlərdən asılı 
olaraq aşağıdakı kimi götürülür: 

alət və nişanlama işlərində istifadə edilən 
yüngül çəkiclər 
- 50; 100; 150; 200; 300 qr. 

orta çəkiclər: 300-500 qr. olur və müxtəlif təmir işlərində istifadə edilir. 

ağır çəkiclər 500-800 qr olur. 
Metalı aşağıdakı kimi çapırlar: çapan aləti: metal qələmi və dar qələmi sol əl ilə orta hissəsindən, 
çəkici isə sağ əl ilə tuturlar. Qələmi və dar qələmi emal ediləcək səthə nisbətən 25-30ºC bucaq altında 
tutur, qələmin quyruq hissəsinə çəkiclə zərbələr endirirlər. Çapma üsulları işin keyfiyyətinə və 
məhsuldarlığına çox böyük təsir edir. Kövrək materialları (çuqun, tunc) çapdıqda pəstahın kənarlarının 
qopmaması üçün pəstahın kənarından ortasına doğru çapmaq məsləhətdir. Özlü metalları (alüminium, 
bürünc, mis) çaparkən metal qələmin kəsən tilini vaxtaşırı olaraq maşın yağı və ya sabun emulsiyası ilə 
islatmaq məsləhət görülür. 
Şəkil 2.42 Çilingər mçəngənəsi 
Metal hissənin çapılmasında məngənədən istifadə olunur. Bu zaman çapılacaq hissə 
məngənənin dodaqları arasında möhkəm sıxılmalıdır. Bu zaman çapılacaq metal hissənin qalınlığı nəzərə 
alınır. Məngənədə sıxılan metal hissənin çapılacaq səthi onun sıxıcı dodaqlarından bir qədər yuxarıda 
olmalıdır. 
Çilingər işlədiyi zaman ayaqlarını bir qədər aralı vəziyyətdə qoymalıdır. Bədəni isə məngənənin 
paralel ağzına görə 45
0
dönməlidir. 
Şəkil 2.41 Çilingər çəkici


25 
Çapılma zamanı çilingər sağ ayağı məngənənin ağzına paralel qoyub əsas dayaq vəzifəsini 
görməlidir. Sol ayaq isə sağ ayaqla 70
0
bucaq təşkil etməklə yarım addım irəli qoyulmalıdır. Sonra sol 
əldə iskənəni, sağ əldə isə çəkici tutaraq işi yerinə yetirmək lazımdır. 
Şəkil 2.43 Metalın çapılması 
2.2.2 Tələbələr üçün fəaliyyətlər 

Sizin yaşadığınız və ya təhsil aldığınız əraziyə yaxınlıqda yerləşən aqroservislərlə tanış 
olun. Mühərrikdə nasazlıq olduqda harada və necə təmir edilməsi haqqında məlumat 
toplayın. 

Təmirə daxil olmuş mühərriklərdə işlərin hansı ardıcıllıqla yerinə yetirilməsi haqqında 
fikirlərinizi yazın. 

Kəsici hissəsi enli olan metal qələmlə görülən işlərə dair axtarışlar aparın və təqdimat 
üçün hazırlayın 

Kəsici hissəsi dar olan metal qələmlə görülən işlərə dair axtarışlar aparın və təqdimat 
üçün hazırlayın 

Təmir işlərində istifadə olunan nəzarət-ölçü cihazları və onlardan istifadə qaydaları 
haqqında informasiya toplayın. 

Çilingər çəkicləri, onların növləri və istifadə qaydalarına dair başqa mənbələrdən 
axtarışlar aparın və təqdimatını hazırlayın. Kəsici hissəsi enli olan metal qələmlə görülən 
işlərə dair axtarışlar aparın və təqdimat üçün hazırlayın 
2.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə