Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Nişanlamanın yerinə yetirilmə ardıcıllığı



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Nişanlamanın yerinə yetirilmə ardıcıllığı 
Nişanlama zamanı əvvəlcə əsas mərkəzi xətlər çəkilir. Bununla da nişanlama işlərinə başlanılır. 
Bundan sonra qalan xətlər, mərkəzi xətlər nəzərə alınaraq çəkilir. Əvvəlcə bütün üfüqi xətlər, sonra isə 
nəzərdə tutulan bütün şaquli xətlər çəkilir. Bunun davamı olaraq sonra maili xətlər və sonda çevrə və 
əyri xətlər çəkilir. 
Nişanlamaya başlamazdan əvvəl pəstahda: çat, oyuq, qaz qabarcıqları, çəplik və digər 
nöqsanların olmasını diqqətlə yoxlamaq, eləcə də ölçüləri və emal payını çertyojla tutuşdurmaq lazımdır. 
Təbəqə, zolaq və dəyirmi materialdan hazırlanmış pəstahları xüsusi tavada çəkiclə vurmaqla və ya pres 
altında mütləq düzəltmək lazımdır. Pəstahı və ya detalı nişanlama tavası üzərinə qoymazdan əvvəl
səthin nişanlama kərtikləri köçürüləcək hissəsinə tabaşirin suda həll olunmuş məhlulunu yaxırlar. Bu 
tabaşir məhluluna tez quruması üçün dülgər yapışqanı əlavə edilməlidir. Pəstahın təmiz emal olunmuş 
səthini mis kuporosu məhlulu (200qr.su+25-30qr. kuporos) ilə rəngləyirlər. Rəng maddəsini səthə fırça 
ilə nazik qatla yaxırlar. Rəng maddəsi quruduqdan sonra nişanlama əməliyyatı aparılır. Alüminium 


19 
tökmələrinə tez quruyan açıq rəngli boyaqlar və lak, ya da boyaq maddəsi əlavə etməklə spirtdə həll 
edilmiş şellak çəkmək olar. Nişanlaması nəzərdə tutulan detalları ona görə rəngləmək lazım gəlir ki
cızıqçəkən, reysmus və ya pərgar rənglənməmiş səthdə çox zəif iz buraxsın. Rənglənəcək zolağın eni 20-
50 mm olsa kifayətdir. Detal və ya pəstah xüsusi stellaj üzərində və ya nişanlama tavası yanında 
döşəmədə rənglənir.
Şəkil 2.35 Səthlərin nişanlamaya hazırlanması 
Beləliklə, nişanlamanın ardıcıllığı (alqoritmi) aşağıdakı kimi ifadə edilə bilər: 
1. Metalın səthinin nişanlamaya hazırlanması. 
A) Pəstah səthinə baxış və onun səthinin parıldayana qədər sumbata kağızı ilə sürtülməsi
B) Nişanlanacaq səthə boyayıcı material çəkməli və quruyana qədər gözləməli. 
2. Nişanlama. 
Bu əməliyyat aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 
1. Horizontal
2. Şaquli; 
3. Maili; 
4. Dairəvi. 
3. Nəzarət. 
A. Çertyoj üzrə; 
B. Nümunə üzrə
C. Etalon (şablon) üzrə. 
4. Sümbələmək. 
Sümbəni 3-5 mm geri çəkməklə nişanlama xətti üzrə ona zərbələr endirmək.


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə