Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Ştangenpərgar 
Ştangenpərgar tutucu (dodaqlı) başlığı olan xətkeşdən və onun üzərində hərəkət edən tutucu 
(dodaqlı) çərçivədən ibarətdir (Şəkil 2.7). Ölçmə dəqiqliyini artırmaq üçün çərçivənin üzərində kiçik 
bölgülər yerləşir. Buna nonius deyilir. Çərçivənin tutucusu xətkeşin tutucu başlığına yaxınlaşdırıldıqda 
bir-birinin üzərinə yaxşı oturdulmalıdır. Bir-birinin üzərinə oturdulduqdan sonra onlar arasından işıq 
gəlməməlidir. Bu zaman noniusun üzərindəki “0” xətti xətkeşin üzərindəki “0” xətti ilə üst-üstə 
düşməlidir. Xətkeş üzərindəki bölgülərin miqyası nonius üzərindəki bölgülərin miqyasından fərqlidir. 
Xətkeşin üzərindəki bölgülər 1,0 millimetrdirsə, onda noniusun üzərindəki bölgülər 0,9 millimetrə 
bərabərdir. 
 


14 
 
 
Şəkil 2.7 Ştangenpərgar
 
Deməli, hər 9 millimetr məsafə 10 bərabər məsafəyə bölünmüşdür. Xətkeşin üzərindəki 
bölgülərlə noniusun üzərindəki bölgülər arasında fərq vardır. Bu fərq 1,0 – 0,9 = 0,1 millimetrdir. 0,1 
millimetr ştangenpərgarın dəqiqlik dərəcəsidir. 
Ştangenpərgarlar noniusların üzərindəki bölgülərin miqyasından asılı olaraq müxtəlif dəqiqlikdə 
hazırlanır. Dəqiqliyinə görə ştangenpərgarlar 0,1; 0,05; 0,02 millimetr ölçü dəqiqliyində buraxılır. 
Dəqiqliyi 0,02 millimetr olan ştangenpərgarların noniusunun bölgüləri 0,48 millimetr olur. 
Xətkeşin bölgüləri isə 0,5 millimetrə bərabərdir. 
Şəkil 2.8 Ştangenpərgarla hissənin xaricdən ölçülməsi 
Ştangenpərgarın çərçivəsi üzərinə möhkəm mikrometrik vint bərkidilmişdir. Vintin üzərində isə 
mikrometrik qayka və istiqamətverici xamut yerləşdirilmişdir. Bütün bu hissələr ölçmə zamanı dəqiqliyin 
əldə olunmasına köməklik edir. Ölçmə yerinə yetirilən zaman xamut və çərçivənin hərəkəti sıxıcı vintlərlə 
məhdudlaşdırılır (Şəkil 2.8). 
Şəkil 2.9 Ştangenpərgarla hissənin daxildən ölçülməsi 
Ştangenpərgarla hissənin qalınlığının ölçülməsi bu ardıcıllıqla yerinə yetirilir. Hissə 
ştangensirkulun tutucuları (dodaqları) arasında sıxılır. Sıxılma yüngül qüvvə ilə olmalıdır. Ölçmə 


15 
aparıldıqdan sonra ştangensirkul hissədən ayrılır. Hissədən ayrılmamışdan əvvəl çərçivə xətkeş üzərində 
sürüşməsin deyə çərçivə və xamut üzərindəki vint ilə xətkeşə möhkəm sıxılır. Çərçivə və xamut xətkeşə 
sıxılmasa, sürüşmə nəticəsində ölçü dəyişə bilər. Vintlə sıxılmadan sonra ştangensirkul hissə üzərindən 
götürülür. Ölçü qiyməti hesablanır. Hesabat aparıldıqda noniusun bölgülərindəki “0”-a yaxın olan 
xətkeşin üzərindəki bölgü xətlərindən birinə qədər olan bölgülərin tam millimetrləri göstərir. 
Şəkil 2.10 Diş ölçənlər 
Noniusun digər bölgü xətti xətkeşin başqa bölgü xətti üzərinə düşür. Xətkeşin həmin xəttindən 
noniusun xəttinə qədər olan bölgülər millimetrləri kəsrlə ifadə edir. Ölçü qiymətini almaq üçün kəsrlə 
olan millimetrlər ştangenpərgarın dəqiqlik dərəcəsinə vurulur. 
Əvvəldən qeyd etdiyimiz kimi, ştangenpərgarın dəqiqlik dərəcəsi 0,1; 0,05; 0,02 millimetr olur. 
Dəqiqlik dərəcəsinə vurulmadan alınan qiymətlə xətkeşin göstərdiyi tam millimetrlər toplanır. Bununla 
da ölçü qiyməti tapılır. Dəqiqlik dərəcəsi ştangenpərgarın üzərinə yazılır. 
Ştangenpərgarlar həm xarici, həm də daxili ölçüləri təyin etmək üçün istifadə olunur. Hissələri 
daxildən ölçmək üçün onların tutucularına (dodaqlarına) xüsusi ucluqlar hazırlanır (Şəkil 2.9). Ölçmə 
aparan zaman bu ucluqların qalınlığı nəzərə alınmalıdır. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə