Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

Şup (ara ölçən) 
Şup (ara ölçən) müəyyən ölçülərə malik bir neçə nazik polad lövhələr yığımından ibarətdir (Şəkil 
2.30).
Hər bir lövhənin üzərində onun qalınlıq ölçüsü yazılmışdır. Təmir və nizamlama işləri aparılan 
zaman ara boşluğunun ölçülməsində şuplardan (ara ölçəndən) istifadə olunur. Ölçmə zamanı istifadə 
olunan lövhələrin üzəri təmiz olmalıdır. Ölçmə işləri başa çatandan sonra şup (ara ölçən) benzinlə 
yuyulub qurudulmalıdır. 


16 
 
Şəkil 2.30 Şup (ara ölçən) dəsti 

Yivölçənlər 
Yivölçənlər də şup (ara ölçən) kimi bir neçə nazik polad lövhələrdən ibarətdir. Həmin lövhələrlə 
yivin addımı (yivlərarası məsafə) ölçülür (Şəkil 2.31). Lövhələrin hər birinin üzərində yivlərin standart 
profillərinə uyğun gələn ölçü (daraqlar) vardır. 
Şəkil 2.31 Yivölçən 
Həmin ölçü lövhələri (daraqları) üzərində yivlərin addımı və sayı yazılır. Yivölçənin gövdəsi 
üzərində 600 rəqəmi yazılmışdırsa, bu metriki yivlərin ölçülməsi üçün nəzərdə tutulur. Əgər 550 
yazılmışdırsa, düyüm yivlərin ölçülməsinə aid olduğunu göstərir. 

Dişölçən (ştangenzubamer) 
Dişölçənlərdən dişli çarxların hündürlüyünü və enini ölçmək üçün istifadə olunur. Dişölçənlər 
bir–birinə perpendikulyar yerləşdirilmiş iki ştangenpərgardan ibarətdir (Şəkil 2.32). Ölçü aparılarkən 
dişin hündürlüyü şaquli, eni isə üfüqi yerləşdirilmiş ştangenpərgarla ölçülür. Dişölçənlərin dəqiqlik 
dərəcəsi 0,02 millimetrdir. İşləmə prinsipi ştangenpərgarda olduğu kimidir. 

Ştangenreysmus
Ştangenreysmusdan, əsasən, hissələrin üzərindəki hündürlüyü və çökəkliyi ölçmək üçün istifadə 
edilir (Şəkil 2.33). İki nöqtə arasındakı hündürlük fərqini ölçmək üçün də ştangenreysmusdan istifadə 
olunur. Ştangenreysmus əsas və onun üzərində yerləşən xətkeşdən ibarətdir. Xətkeşin üzərində hərəkət 
edən çərçivə və boyunduruq yerləşdirilmişdir. Ölçmə aparılan zaman onun tutucularına xüsusi ucluqlar 
geydirilir. Bu ölçmə işinin xarakterlərindən asılı olur. Geydirilmiş ucluqlar tutucuya vint ilə bərkidilir.
Ştangenreysmusun ölçmə iş prinsipi ştangenpərgarda olduğu kimidir. Ölçmə zamanı 0-500 
millimetrə qədər olan ölçülər yoxlanılır. Alətin ölçü dəqiqliyi 0,02 millimetrdir. Ştangenreysmusla ölçmə 
aparılan zaman hər hansı bir düz səthə yerləşdirilir. Ölçü ucluğu hissəyə yaxınlaşdırılaraq ölçmə aparılır. 


17 
Ölmə nəticəsində alınmış qiymətin hesablanması ştangenpərgarda olduğu kimi aparılır. Hissənin və 
səthin formasından asılı olaraq ölçməni aparmaq üçün ştangenreysmusla birgə müxtəlif ölçü ucluqları 
nəzərdə tutulur.
Şəkil 2.33 Ştangenreysmus 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə